
Yeni mövsümdən qadınlar arasında Azərbaycan Yüksək Liqasında çıxış edəcək "Möminə Xatun" voleybol komandasının adı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Muxtar Respublika təmsilçisi "Naxçıvan" adı altında fəaliyyət göstərəcək.
Bildirilib ki, təsisçi və klub rəhbərliyinin ortaq qərarı, Azərbaycan Voleybol Federasiyasının razılığı ilə klub bundan sonra "Naxçıvan" adı altında fəaliyyət göstərəcək.
Bu addım komandanın həm yerli, həm də gələcəkdə beynəlxalq arenada Naxçıvanın vahid idman brendi kimi tanınmasına xidmət edəcək.