"Azərreyl” voleybol klubu Türkiyədə təlim-məşq toplanışı keçirir.
Fanat.Az xəbər verir ki, Famil Ağayevin baş məşqçisi olduğu komanda toplanış çərçivəsində beynəlxalq turnirdə də qüvvəsini sınayır. İstanbulda 6 komandanın iştirakı ilə keçirilən turnirin A qrupunda yer alan "Azərreyl" ilk oyununu "Qalatasaray”a qarşı keçirib və 0:3 (25:15, 25:18, 25:17) hesabı ilə uduzub.
"Azərreyl” qrupda oyununu "PTT Spor”a qarşı keçirəcək.
Qeyd edək ki, turnirin B qrupunda "Sarıyer Bələdiyyəspor”, "Çan Genclik Kale Spor” və "Kuzeyboru” komandaları mübarizə aparır. Reqlamentə əssasən, "üçlük”də ilk pillənin sahibləri final oynayacaq. İkinci yeri tutacaq komandalar yarışın 3-cüsünü müəyyənləşdirəcək. "Azərreyl” startda "quru hesabla” uduzduğundan çempionluq şansını böyük ehtimalla itirib.
Fanat.Az