13:33 07.10.2020 1245

Yelena Şabovta: "Qarabağdakı müharibə gələcək xoşbəxt həyat üçün zəruri olan əməliyyatdır"

"Mən SSRİ-də anadan olmuşam və böyümüşəm. Bizim hamımızın milliyyəti var idi, amma heç kim bunu göstərmir və heç bir vəchlə təhqir etmirdi”. 

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan voleybolunun əfsanəsi Yelena Şabovta sosial şəbəkə paylaşımında yazıb.

Uzun illər Azərbaycan millisinin liderlərindən olan Ukrayna əsilli voleybol veteranı Dağlıq Qarabağda baş verənlərə biganə qalmayıb. Bununla bağlı rus və ingilis dillərində paylaşım edən Şabovta Azərbaycan sevgisini gizlətməyib: "SSRİ-nin dağılmasından sonra mənim taleyim elə alındı ki, voleybol karyeramı davam etdirmək üçün Bakıda, Azərbaycanda qaldım. Bu, 1990-cı il idi. Qorxulu faciə və Azərbaycanın bütün ailələrinə toxunan acı. Dağlıq Qarabağda vəziyyət... Gördüyümü sözlə ifadə etmək çətindir. Azərbaycanda 15 il yaşayıb, vətəndaşlıq alıb və bu ölkənin yığmasında çıxış edərkən yalnız sevgi, dəstək və isti münasibət hiss etmişəm. Azərbaycan günəşli ölkədir. Bu ölkədə insanlar öz mehribanlıqlarını göstərirlər. Mən həmişə Bakıya qayıdanda xoşbəxtlik və sevgi axını hiss edirəm. Bura mənim ikinci vətənimdir! Mənim evim, mənim ailəmdir!”.

Şabovta 30 ildir sürən Qarabağ probleminə də toxunub: "30 il keçib. Azərbaycan çox dəyişib. Amma azərbaycanlılar elə olduqları kimi qonaqpərvər qalıb. Lakin bu 30 il ərzində Dağlıq Qarabağ acısı daim açılan və sağalmayan böyük yara kimi qalıb. Çünki bura Azərbaycan torpağıdır. Ancaq orda bir nəfər də azərbaycanlı yoxdur və əvvəl orda yaşayanlar indi Azərbaycanın başqa rayonlarında qaçqın statusu ilə məskunlaşıb. Babalarının və ulu babalarının yaşadığı torpaqlarsız 30 il qaçqın statusundadırlar”. 

Paylaşımını səhifəsinə Azərbaycan bayrağı ilə yerləşdirən Şabovta hazırda cəbhə xəttində baş verənləri torpaqlarımızın işğaldan azad olunması baxımından vacib əməliyyat adlandırıb: "Azərbaycan özünün qədim mədəniyyəti olan gözəl ölkədir. Burada dünyanın bütün millətləri yaşayır. Bu, sülh ölkəsidir. İndi orada gedən müharibə gələcək xoşbəxt həyat üçün zəruri olan əməliyyatdır. Öz torpağında və öz əcdadları ilə birgə həyat. Bu, azadetmədir. Sülh və ədalət üçün dua edirəm. Qarabağ Azərbaycandır!”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

Facebookdan bizi izləməyi unutmayın.
X