Voleybol üzrə millimizin sabiq hücumçusu Natalya Məmmədova karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə onun klubu "Volero le Kannet” məlumat yayıb.
Xəbərə görə, komandasının "Mark En Barel” oyunu Natalyanın karyerasında sonunçu matç olub.
Qeyd edək ki, milliləşən ukraynalı voleybolçu 2003-cü ildə "Azərreyl”ə transfer olunub, bir il sonra yığmamıza cəlb edilib. O, 2004-18-ci illərdə millimizdə çıxış edib.
Fanat.Az