Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında ilk görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığmamızın ilk rəqibi İspaniya olub.
Rumıniyanın "Horia Demian” idman zalında baş tutan qarşılaşmada təmsilçimiz uduzub - 0:3.
Qeyd edək ki, komandamız Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparır. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.
Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Qızıl Avropa Liqası
A qrupu
28 may
İspaniya – Azərbaycan 3:0 (25:22, 25:22, 25:12)
Fanat.Az