Azərbaycan millisinin 31 yaşlı voleybolçusu Odina Əliyeva karyerasını Braziliyada davam etdirəcək.
Fanat.Az "otempo.com.br" saytına istinadən xəbər verir ki, hücumçu bu ölkənin "Sesi" klubuna keçib.
Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova da "Sesi"nin uğurları üçün çalışır.
Fanat.Az