Polşada keçirilən kişi voleybolçular arasında "Vaqner Memorialı" davam edir. Turnirdə iştirak edən Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.
Fanat.az xəbər verir ki, ilk oyunda misirli həmkarlarına uduzan komandamız Polşa millisi ilə görüşdə də meydanı məğlub tərk edib - 0:3(15:25, 12:25, 10:25).
Qeyd edək ki, 4 komandanın iştirak etdiyi turnirdə millimiz son görüşünü iyulun 11-də Norveçə qarşı keçirəcək.
Sahib