Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Polşanın Krakov şəhərində təşkil olunan ənənəvi "Vaqner Memorialı"nda son oyunu keçirib. Millimiz Norveç komandası ilə üz-üzə gəlib.
Fanat.az xəbər verir ki, hər iki komanda üçün üçüncülük baxımından əhəmiyyət kəsb edən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 0:3(19-25, 17-25, 14-25). Beləliklə, millimiz turniri sonuncu sırada tamamlayıb.
12.24
Polşada keçirilən kişi voleybolçular arasında "Vaqner Memorialı" davam edir. Turnirdə iştirak edən Azərbaycan millisi bu gün sonuncu oyununu keçirəcək.
Fanat.az xəbər verir ki, yığmamız norveçli həmkarları ilə münasibətlərinə aydınlıq gətirəcək.
Əvvəlki iki görüşdə məğlub olan komandaların görüşü üçüncü yerin sahibini müəyyənləşdirmək baxımından önəmlidir. Turnirin qalibinin adına Polşa və Misir millilərinin duelindən sonra aydınlıq gələcək.
Azərbaycan - Norveç qarşılaşması Bakı vaxtı ilə 15:00-da start götürəcək.
Qeyd edək ki, 4 komandanın dairəvi sistem üzrə mübarizə apardığı turnirin ilk oyununda Misir yığmasına 0:3 hesabı ilə uduzan millimiz ev sahibi ilə görüşdə də eyni hesabla məğlub olub.