Tokio 2020-də qadın voleybolçular mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, açılış oyununda İtaliya ROK-u (Rusiya Olimpiya Komitəsi) bir set uduzmadan yenib.
ABŞ Argentinaya Serbiya isə Dominikan Respublikasına eyni aqibəti yaşadıb.
Günün mərkəzi matçı B qrupunda Çin və Türkiyə arasında oynanılıb. "Ay-ulduzlular" Rio-2016-nın qalibi və Tokio-2020-nin əsas favoriti sayılan Çin millisini "quru hesab"la üstələyərək iddiasını ortaya qoyub.
Yaponiya - Keniya, Braziliya - Cənubi Koreya görüşlərində favoritlərin qələbəsi qeydə alınıb. Yaponiya və Braziliya aktivlərinə ilk qələbələrini yazıblar.
A qrupu
Serbiya - Dominikan Respublikası - 3:0 (25:18, 25:12, 25:20)
Yaponiya - Keniya - 3:0 (25:15, 25:11, 25:23)
Braziliya - Cənubi Koreya - 3:0 (25:10, 25:22, 25:19)
B qrupu
ROK (Rusiya Olimpiya Komitəsi) - İtaliya - 0:3 (23:25, 19:25, 14:25)
ABŞ - Argentina - 3:0 (25:20, 25:19, 25:20)
Çin - Türkiyə - 0:3 (21:25, 14:25, 14:25)
Nihat