Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanın Samboteli şəhərində beynəlxalq "Savaria" turnirinə mübarizəyə başlayıb.
Fanat.Az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız ilk oyunda Macarıstan seçməsi ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2 (25:23; 23:25; 17:25; 25:22; 17:15)
Qeyd edək ki, Azərbaycan millisi bu gün Niderland, avqustun 7-də isə Çexiya ilə üz-üzə gələcək.