14:38 11.08.2021 11470

Faiq Qarayevdən ağır sözlər: "Cavid Qurbanov dedi ki..."

"Eyni şeyi hər dəfə danışmaq istəmirəm. Bugünkü vəziyyəti yaxşı bilirsiniz. Rəhbərliklə də söhbətimizdə bu barədə ürək ağrısı ilə danışıram".

Fanat.Az-ın "Report"a istinadən yaydığı məlumatı görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev mətbuat konfransında ölkədə bu idman növünün vəziyyəti barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycanda hər zaman voleybol olub: "Ölkədə voleybol çox sevilir. Əfsuslar olsun ki, klublar qəflətən bağlanmağa başladı. Çox görüşlərim oldu. Buna biganə qala bilməzdim. Nazirlərlə görüşdüm, cənab Prezidentə də məlumat verdim. Belə olmaz axı. Fərdi idman növlərində fərqli, komanda növlərində vəziyyət fərqlidir. Klub rəhbərlərini çağırmışam, onlarla iclas keçirdim. Klublar olmasa, inkişaf mümkün deyil. Futbolda heç olmasa 8 klub var. Cavid Qurbanovla da görüşmüşəm. Bir kişi və bir qadın klubu ilə nə edə bilərik? İki Azərbaycan komandası ardıcıl 2 dəfə avrokuboklarda final oynayıb və ölkəyə ən güclü voleybolçular gəlir. Futbola görə də ürəyim ağrıyır. Mən voleybola həyatımı vermişəm".

Qarayev hər kəsin voleyboldan uğur gözlədiyini söyləyib: "İlham Əliyev hamımızın prezidentidir. Məni Türkiyədən dəvət etdi, hər şeyə sıfırdan başladıq. Hər kəs voleyboldan uğur gözləyir. 4 dəfə dünya çempionatında çıxış etmişik, 9 dəfə Avropa çempionatında final oynamışıq. Amma bu gün bizdə klublar yoxdur. Pandemiyadan öncə Cavid müəllim işi öz üstünə götürmüşdü. Ondan sonra dedi ki, gücüm cəmi 2 klub saxlamağa çatır. Banklarla, şirkətlərlə görüşürük. "Vakıfbank"ı Çempionlar Liqasında final oynadan ilk baş məşqçi mənəm. Hələ 1997-ci ildə bu komandaya 1,5 - 2 milyon ayırırdılar. Bu gün bizdə hansısa bank klub saxlayır? Xeyr. Mən kiməm ki, hansısa bankdan bunu istəyim. Onlara da deyilməlidir".

Qarayevin sözlərinə görə, onun yeri kabinet yox, idman zalıdır: "Mən indi gənc məşqçilər yetişdirməli, məsləhətçi işləməliyəm. Klub olmayandan sonra oyunçular, məşçilər nə etsinlər, harada işləsinlər? Bu işi düzgün qurmaq lazımdır ki, davam etsin. İki klubla çempionatı necə saxlamaq olar? Niyə "Rabitə"ni, digər klubları açmırlar? Bu, milli məsələdir. Voleybola maraq yaratmalıdırlar. Ümumiyyətlə, söhbət bütün idman növlərindən gedir. Yuxarıdan göstəriş verilməli, 4 illik proqram hazırlanmalıdır. Mənim adım-sanım var. İki klubla necə işləyim?"
 
"BU VƏZİYYƏTƏ GÖRƏ UTANIRAM"

Faiq Qarayev jurnalistlərlə görüşündə yığmanın Avropa çempionatındakı şanslarını da dəyərləndirib.

O bildirib ki, Serbiya, Rusiya kimi kollektivlərin qarşısına çıxmaq üçün 4 il hazırlaşmalısan: "Pandemiya vaxtı voleybolçulara proqram verdik. Sonra öz-özümə dedim ki, ayıbdır. Evdə oturub-qalxmaqla məşq etmək olmaz. Bəlkə də bu, fərdi idman növündə fayda verər. Amma voleybol üçün münasib variant deyil".

Super Liqa və Yüksək Liqanın taleyinə də toxunan federasiya rəsmisi çempionatın keçirilməsinin sual altında olduğunu söyləyib: "Mən 2 klubla necə çempionat təşkil edim? Hazırda yalnız "Azerreyl" və "Murov" fəaliyyətini davam etdirir. Bu vəziyyətə görə utanıram. Ölkə rəhbəri voleybolu çox yaxşı bilir. Yəqin ki, bəzi dəyişikliklər edəcək. Vətən müharibəsindəki qələbə hamımızı ruhlandırıb. Yaxşı idmançılar, mütəxəssislər var. Prezidentdən bir xahişimiz var ki, bu idman növünün yenidən ayağa qalxması üçün yardım etsin. Bizə bir az kömək lazımdır. Ölkədə voleybolun ölməsini istəmirəm. Bunun üçün yalnız ölkə rəhbərliyinin tapşırığı olmalıdır".

Qeyd edək ki, Avropa çempionatında A qrupunda yarışacaq millinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

Facebookdan bizi izləməyi unutmayın.
X