Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın yığmaya qayıdışı baş tutmayıb.
Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, pandemiya dövründə 2 dəfə koronavirusa yoluxan 31 yaşlı hücumçunun səhhətində problemlər var. Təcrübəli oyunçu bu səbəbdən Avropa çempionatında komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Avropa çempionatında A qrupunda yarışacaq millinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. (Report.az)