Azərbaycanlı voleybol hakimi kişilər arasında Çelenc kuboku yarışlarına təyinat alıb.
Fanat.Az xəbər verir ki, turnirin 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Episentr” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan) matçının baş hakimi Zaur Hacıyev olacaq. Həmyerlimizə türkiyəli Demir Deniz kömək edəcək.
Görüş yanvarın 12-də Ukraynanın Qorodok şəhərində təşkil olunacaq.