"Sərhədçi” klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.
Fanat.Az federasiyaya istinadən xəbər verir ki, müraciətdə komandanın baş məşqçisi Qüdrət Məlikov və oyunçu Ramiz Bağırovun COVID-19 virusuna yoluxduqları qeyd olunub. Klub rəhbərliyi həmin şəxslərin məşq prosesində komandanın digər üzvləri ilə təmasda olduqlarını nəzərə alaraq fevralın 2-də və 5-də Azərbaycan Yüksək Liqasının müvafiq olaraq, MOİK və “Murov” ilə oyunlarının başqa tarixə dəyişdirilməsini istəyib.
Bu müraciət əsasında “Sərhədçi”nin hər 2 qarşılaşması təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri hələ müəyyənləşməyib.