Bu il Rusiyada keçirilməsi nəzərdə tutulan kişi voleybolçular arasında dünya çempionatı ləğv edilib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyası (FIVB) məlumat yayıb.
Qurum Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra vəziyyətin gərginləşməsindən və Ukrayna xalqının təhlükəsizliyindən ciddi şəkildə narahatlıq keçirdiyini, bu səbəbdən mundialın ölkədə keçirilməsinin mümkün olmayacağını bəyan edib.
Qeyd edək ki, Rusiyadakı mundial avqustun 26-dan sentyabrın 11-dək keçirilməli idi.
Sahib