Qadın voleybolçular arasında Bahar Kuboku turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, 3-cü yer uğrunda oyunda "Azərreyl" və UNEC komandaları üz-üzə gəliblər. Meydandan 3:0 (25:20, 25:14, 25:16) hesablı qələbə ilə ayrılan "Azerreyl" bürünc medallara sahib çıxıb.
Final matçında isə "Abşeron" və "Murov" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Rəqibini 3:0 (25:23, 25:18, 25:18) hesabı ilə məğlub edən "Abşeron" Bahar Kubokunun qalibi olub.
Bahar Kuboku
18 mart
3-cü yer uğrunda oyun
14:00. "Azərreyl" - UNEC - 3:0 (25:20, 25:14, 25:16)
AVF-in idman zalı
Final
16:00. "Abşeron" - "Murov" - 3:0 (25:23, 25:18, 25:18)
AVF-in idman zalı