Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban "CSM Lugoj" klubunun heyətində Rumıniya Super Kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, 27 yaşlı yığma üzvünün çıxış etdiyi kollektiv final matçında "CSO Voluntari"ni 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə üstələyib.
Qeyd edək ki, bu, Yelizaveta Rubanın hazırkı klubunda ilk tituludur.