"Xankəndi" "Neftçi"nin köhnə bazasında başladı - Bu komanda ilə sınaq matçına çıxacaq

"Xankəndi" "Neftçi"nin köhnə bazasında başladı - Bu komanda ilə sınaq matçına çıxacaq

1-ci Liqa təmsilçisi "Xankəndi" yeni baş məşqçisi Röyal Nəcəfovun rəhbərliyi altında dünəndən məşqlərini bərpa edib. Fanat.Az -ın məlumatına görə, Qarabağ təmsilçisi "Neftçi"nin köhnə bazasında bir araya gəlib. Sözügedən komandanın milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmində yoxlama görüşü keçirəcəyi də dəqiqləşib. "Xankəndi" oktyabrın 2-də Binə qəsəbə stadionunda MOİK ilə üz-üzə gələcək. Xatırladaq ki, əvvəlki iş yeri bu yay ayrıldığı "Baku Sportinq" olan Nəcəfov baş məşqçi postunda Zaur Hacıyevi əvəzləyib. Klub yeni təyinatı hələ rəsmən açıqlamayıb. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər