00:17 07.06.2021 501

Yakub Jezniçak: "Emreli "Legiya"nın oyun üslubuna uyğundur"

"Qarabağ”ın sabiq müdafiəçisi Yakub Jezniçak keçmiş komanda yoldaşı Mahir Emrelinin Polşanın "Legiya” klubuna transferini dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, polşalı futbolçu ölkəsinin mətbuatına müsahibəsində bu transferin faydalı olacağına əminliyini vurğulayıb:
 
- "Qarabağ”da birgə oynadığınız Mahir Emreli "Legiya”ya transfer olunur. Bu, paytaxt klubu üçün yaxşı bir transferdir?
- Məncə, çox yaxşı transferdir. Birincisi, Mahir gənc futbolçudur. İkincisi, onun "Legiya”nın oyun üslubuna uyğun futbolçu olduğunu düşünürəm. Çünki "Qarabağ” da Varşava komandası kimi oynayır. Elə onlar da öz liqalarında "Legiya” kimi hegemonluğa malikdir. Düşünürəm ki, dərhal heyətə düşə biləcək və komandanın oyun fəlsəfəsini dərk edəcək bir oyunçudur. "Legiya”ya başqa klublardan və liqalardan gələn oyunçular çox olub. Amma onların əksəri fərqli bir sistemdə hazırlıq keçiblər, oynayıblar. Mahirdə isə belə problem olmayacaq, o, "Legiya”nın oyun üslubuna tez uyğunlaşacaq. Üstəlik, çox güclüdür, sürətlidir, çox yaxşı texnikası və sol ayağı var.
 
- Onun Azərbaycanın ən yaxşı futbolçusu olduğunu qeyd etdiniz. Polşa çempionatının da ən yaxşı hücumçusu olacağına dair bir açıqlama verə bilərsən? "Qarabağ” əvvəlki mövsümdə "Legiya”ya 3:0 qalib gəlmişdi...
- Fikrimcə, bu cür müzakirələrin mənası yoxdur. Mahir "Legiya”da öz keyfiyyətini ortaya qoymalı və qollar vurmalıdır. Emrelinin böyük potensialı var. Mən onun özü ilə də danışmışam. Mahir "Legiya”ya Avropa futbolunun bir dayanacağı kimi baxır. Onun bu cür düşünməsi çox xoşuma gəlir.
 
- Onun ən böyük üstünlükləri nələrdir?
- Sol ayaqla zərbələri. Topu onun ayağına düşən kimi tez qapıya zərbə vurmağa çalışır. Və bu zərbələri çox güclüdür. Texnikası da yaxşıdır, rəqiblərindən sıyrılmağı bacarır. Lakin ən böyük üstünlüyü solaxay olması və güclü zərbələridir.
 
- Bəs çatışmazlıqları?
- Hava toplarında və uzun ötürmələrdə bir az problemlər yaşa bilir. Amma bu, mənim "Qarabağ”da oynadığım dövrdə belə idi. Mən oradan ayrılandan sonra komandanın çıxışını izləməmişəm. Hazırda dediyim məqamları düzəldibsə, deməli, heç bir çatışmazlıq yoxdur.
 
- Kombinasiyalı oyuna daha çox yararlıdır, yoxsa əks-hücumlarda?
- Hər iki taktikaya da uyğun gəldiyini düşünürəm. Sürətlidir, açıq sahəyə qaça bilər, amma eyni zamanda kombinasiyalı oyuna da uyğundur. "Qarabağ” özünü Varşavada necə təqdim etmişdisə, komanda şəklində oynamışdısa, öz çempionatlarında da elə çıxış edir. Mahir də texniki cəhətdən yaxşı bir oyunçudur.
 
- O, həm də sizin yaxın dostunuzdur. Xaraktercə necədir?
- İnsanlara çox açıqdır. Azərbaycanda elə bir mədəniyyət var ki, bu insanlar görüşməyi və birlikdə vaxt keçirməyi çox sevirlər. Gənc ikən Fransanın "Lans” klubunun akademiyasında təhsil alıb. O bir müsəlmandır, amma dinə görə narahat olmaz. Özünü kollektivdə asanlıqla tapa bilər. Komandada həm azərbaycanlılarla, həm də legionerlərlə çox yaxşı münasibətləri vardı. Zarafat etməyi bacarır. İngilis dilində çox danışır. Rusca, türkcə də danışa bilir. Fransızca da ünsiyyət qurur, amma "Qarabağ”da bu dildə danışacaq bir adam yox idi. Polşa dilini də tez öyrənə biləcəyinə inanıram. Bildiyimiz kimi, rus dili polyak dilinə bənzəyir. Azərbaycanda oynadığım zaman rus dilində problemim olmadı. Mahirin də Polşada çox şeyi anlayacağını düşünürəm.
 
- Həmyerliləri onu burada isti qarşıladılar. Mahir Azərbaycanda çox bəyənilir, yoxsa azərbaycanlıların xasiyyəti belədir ki, tanıdıqları hər adamı belə qarşılayırlar?
- Hər iki amilin olduğunu düşünürəm. Bu, məni təəccübləndirmir. Çünki Polşada bir neçə azərbaycanlı ilə tanış olmuşam. Sosial şəbəkələrdə onlarla yazışıram, görüşürəm. Azərbaycanlılar çox istiqanlı, tanıdıqları ilə yaxından maraqlanan insanlardır. Digər tərəfdən, Mahir orada ulduz idi və çox populyar bir futbolçudur. O da hamı ilə çox tez əlaqə qurur. Mən Azərbaycana gələndə bir neçə gündən sonra tanış olduq. O və İbrahim Şehiç iki ildə ən yaxşı dostlarıma çevrildi. Xatırlayıram ki, Mahir həmişə çox iddialı idi və uduzanda, zəif matçlar keçirəndə məyus olurdu. Onun "Legiya”da heç bir probleminin olmayacağına inanıram. Bu komandaya tez və asan uyğunlaşacağını düşünürəm.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2021
08:15

"Qəbələ"nin sabiq çalışdırıcısı "Rostov"un baş məşqçisi oldu

08:00

"Barselona" Avstriya təmsilçisinə uduzdu

00:28

Niderland millisinin baş məşqçisi açıqlandı - RƏSMİ

00:20

Tokio 2020: Bir medal, bir final şansı

00:03

"Qarabağ" AEL-lə oyuna belə hazırlaşdı - FOTOLAR

00:02

ÇL: Mahir Emreli oynadı, Zaqrebdən "sülh"lə döndü

04 Avqust 2021
23:16

"Chessable Masters": Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

21:45

Qurban Qurbanov AEL-dən danışdı: "Belə komandalara qarşı oynamaq..."

21:35

"Barselona" Messi ilə bağlı qərarını verdi - SON DURUM

20:46

Tokio 2020: Ukraynalılarla rusları qarışıq saldılar

19:57

Xames Rodriges Rusiya klubuna keçə bilər

19:33

PSJ-nin qapıçısı "Nitsa" yolunda

18:45

Vladimir Zelenski azərbaycanlı güləşçini təbrik etdi - FOTO

18:30

Lukaku "Çelsi"yə qayıdır

18:00

İnvestisiya şirkəti La Liqaya milyardlar xərcləyəcək

17:59

Model futbolçu sevgilisinə görə ölüm təhdidi altında yaşayır - FOTO

17:42

Eriksen "İnter"in məşqində

17:27

"Sabah" gürcü hücumçu transfer etdi

17:15

Tokio 2020: Deputat Ukraynaya ilk "qızıl"ı qazandırdı

17:00

Vaqif Sadıqov “Neftçi”yə inanır: “HİK çatdırmırdı”

16:44

UFC prezidenti: "Dua edəcəm ki, Vitor bu axmağı nokaut etsin"

16:22

Tokio 2020: Dünən Varholm, bu gün Maklaflin

16:06

FİFA-dan millinin forma sponsoru "Puma"ya xəbərdarlıq

15:39

Ulduzlar sosial şəbəkələrdə - FOTOLAR

15:16

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazandı

15:10

“Hədəf ilk “üçlüy”ə düşməkdir” - Yaşar Vahabzadə

14:57

Premyer Liqada rekord məbləğə transfer reallaşa bilər

14:39

Yuri Syominin yeni iş yeri bəlli oldu

14:08

Tokio 2020: Dünya çempionlarımızın rəqibləri müəyyənləşdi

13:57

"Zirə"dən yeni transfer

13:45

“Sülh”ə yaraşıq verən qollar: "Neftçi" - HİK

13:30

Qarabağa qayıdış: "Qubadlıya güləş mütləq qayıdacaq!"

13:19

Yunan-Romada birinci, Qazyumovdan sonra ikinci

13:15

Lui Van Qal baş məşqçi təyin olundu

12:29

Tokio 2020: Olimpiyadalar tarixində nadir rast gəlinən qiymətləndirmə - 0.0

12:15

Tarixdə bu gün: Əlamətdar olaylar

11:59

Asim Xudiyev Konfrans Liqasının oyununda

11:24

MBA-da 261 milyonluq müqavilə

11:17

MBA klublarından yeni transferlər

11:00

Tokio 2020: Türkiyə mübarizəni dayandırdı

10:45

Mirabdulla işarə etdi, hakim sarı göstərdi - Oyundankənar

10:39

İtaliya mətbuatından böyük iddia: Ronaldu bu kluba keçir

10:30

Co Hart Premyer Liqadan getdi

10:11

Müsəlman idmançı olimpiadaya damğa vurdu - Duyğusal anlar

10:00

Günün transfer xəbərləri: "Qalatasaray"ın futbolçusu Meksikaya gedir

09:48

Türkiyə idman tarixində ilk

09:26

Tokio 2020: Turan Bayramovun rəqibi məlum oldu

09:00

Akademiya koordinatoru: "Gələn kimi dərhal müşahidə apardım"

08:32

İPL penalti təyinini qəlizləşdirir

08:26

"Neftçi"nin futbolçularından Avroliqada gözəl qollar - VİDEO

08:20

"Qarabağ" yeni transferi ilə müqavilənin müddətini açıqladı - FOTO

01:05

ÇL: "Olimpiakos" bolqarlarla "sülh" bağladı, PSV darmadağın etdi - YENİLƏNİB

00:45

UEFA Konfrans Liqası: III təsnifat mərhələsi başladı - YENİLƏNİB

00:39

HİK-in baş məşqçisi: "Cavab matçında sürpriz ola bilər"

00:35

Samir Abasov: "Cavab matçında hər şeyə sıfırdan başlayacağıq"

03 Avqust 2021
23:01

"Chessable Masters": Şəhriyar Məmmədyarov Aronyana uduzdu

22:53

Avropa Liqası: “Neftçi”nin şansı Finlandiyaya qaldı

22:11

Nazim Babayev: "Parisdəki Olimpiya Oyunlarında görüşəcəyik"

20:18

Burak Elmas: "Falkao və Fequli özlərinə yeni klub tapsın"

19:30

Kubok oyunu təxirə düşdü

18:31

Mövsümə Masazırda start veriləcək

18:30

"Arsenal" yeni transfer üçün çalışır

18:14

Medalın birini İsrailə, birini Azərbaycana həsr etdi

17:30

İbrahimoviç geri dönür

17:11

Rafiq Hüseynovun atası: "Əsas da ermənini udduğuna görə sevinirəm"

16:53

Erməni güləşçidən Rusiyaya atmaca

16:36

"Qarabağ" millimizin futbolçusunu transfer etdi

16:26

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

16:11

Həftə sonu daha bir sınaq

15:48

Olimpiya medalçımız: "Bu, atamın qələbəsidir"

Facebookdan bizi izləməyi unutmayın.