Azərbaycan atleti Yekaterina Sarıyeva Türkiyənin İstanbul şəhərində keçirilmiş beynəlxalq turnirdə uğura imza atıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Atletimiz yarışda gümüş medal qazanıb.
Sarıyeva üçtəkanla tullanmada mübarizə apararaq 13.38 metrlik nəticə göstərib.
Qeyd edək ki, Yekaterina Sarıyeva 12 qat Azərbaycan çempionu və qapalı məkanlarda ölkə çempionatının 7 qat qalibidir.