Azərbaycan atleti Rüstəm Məmmədov Avropa çempionatına vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, üçtəkanla tullanmada Balkan çempionu olan idmançımız bu növ üzrə qitə çempionatına lisenziya əldə edib.
O, martın 6-9-da keçiriləcək yarışda mübarizə aparacaq. Atletimiz Niderlandın Apeldorn şəhərindəki çempionatda mükafatlar üçün yarışacaq.