Bu gecə İtaliya Superkubokunun final görüşü reallaşıb.
Fanat.Az xəbər verir ki, "Mapey-Çitta-del-Trikolore"də baş tutan həlledici matçda "Yuventus" "Napoli" ilə qarşılaşıb.
İlk yarısı qolsuz bitən oyunda hesabı turinlilərin superulduzu Kriştianu Ronaldu açıb. Görüşün 80-ci dəqiqəsində "Yuvenstus"un qapısına penalti təyin edilsə də, neapolluların italiyalı forvardı Lorentso İnsinye şansından faydalana bilməyib. Əsas vaxta əlavə edilmiş 5-ci dəqiqədə isə Morata son nöqtəni qoyub.
Beləliklə, "Yuventus" tarixində 9-cu dəfə İtaliya Superkubokuna yiyələnib.
İtaliya Superkuboku
"Yuventus" - "Napoli" 2:0
Qollar: Ronaldu, 64, Morata 90+5