13:10 17.02.2020 977

Azərbaycan qadın futbolunun açılmayan sirləri… - MÜSAHİBƏ

Azərbaycanın qızlardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov Sport7.az saytına müsahibəsində qadın futbolunun bugünkü vəziyyətindən, problemlərindən və cəmiyyətə qaranlıq qalan məqamlardan, bir sözlə, qadın futbolunun incəliklərindən danışdı.

- Siyasət bəy, Azərbaycanın qadın futbolunda vəziyyət necədir?
- Biz qadın futboluna yuxarı-aşağı 2010-cu ildən başlamışıq. 2012-ci ildə Bakıda qadın futbolu üzrə dünya çempionatı keçirildi. Əsas hazırlıq müddəti həmin vaxt idi. Həmin illərdə bizdə qadın futbolu üzrə liqalar yox səviyyəsində idi. 2010-cu ildən köklü bir başlanğıc oldu. Federasiya qadın futbolunun inkişafı ilə bağlı qarşısına məqsəd qoydu. Həmin ili U-16 liqası yaradıldı. Bütün respublika üzrə liqada 12 komanda var idi. Artıq 2020-ci ildir və bizim 3 liqamız var - U-13, U-16 və Yüksək Liqa. 

Bizim məktəblərlə bağlı layihələrimiz var. Bu il sınaq üçün U-11 liqası da yaratmışıq.  Hələ stadionlara daşımamışıq. Test üçün yaradılmış bu liqanın inkifaşına baxacağıq. Məqsədimiz odur ki, bu liqanı stadionlara keçirək. 

Hazırda U-13 liqasında 30-dan çox, U-16-da 12, Yüksək Liqada isə 8 komanda mübarizə aparır. Bu bizim inkişafımız üçün böyük yoldur. Düzdür, kütlə var, ancaq keyfiyyət tərəfdən sıxıntılarımız çoxdur. Çalışırıq ki, olan kütlədən maksimum keyfiyyət əldə edək. Bundan əvvəl bizim U-15, U-17, U-19 və rəsmi olmasa da, A milli komandamız olub. Bu A millini 19 yaşı tamam olan böyük qızları itirməmək üçün formal olaraq yaratmışdıq. Artıq federasiyanın göstərişi ilə rəsmi olaraq A milli komandası formalaşdı və hazırda Avropa çempionatında iştirak edirik. Qrupda Polşa, Çexiya, İspaniya və Moldova yığmaları ilə mübarizə aparırıq. Artıq qrupun üç matçını keçirmişik və digər oyunlara hazırlaşırıq.

Bundan əlavə, federasiyada qərar verildi ki, bəzi qızlarımızı yaxın ölkələrə - Türkiyə, Rusiya, Qazaxıstan klublarına legioner kimi göndərək. Federasiyanın da çox böyük dəstəyi ilə xaricdə olan menecerlərlə əlaqə yaratdıq, iş qurduq. Bu da yaxşı effekt verdi. Bizim hazırda Türkiyə, Rusiya, Qazaxıstan və hətta İslandiyada oynayan qızlarımız var. Bu cür işlərimiz indi də davam edir. Düzdür, indi fasilədir, ancaq bəzi qızların klublarla danışıqları gedir. Bütün məsələlər alınsın, kimin hansı kluba getdiyi açıqlanacaq. Qeyd etdiyim ölkələrin qadın futbolu bizimkindən daha öncədən inkişaf edib və orada liqaların səviyəsi bizimkindən daha yaxşıdır. Ona görə də qızlar milli toplanışlarına gələndə daha yaxşı formada olurlar. Həmçinin oyun praktikaları da daha yaxşı olur.
 


- Qadın futboluna aid xəbərlər mediada çox az yayımlanır. AFFA-nın rəsmi saytında və ya səhifəsində hər hansısa məlumat yazılanda xəbər tuturuq. Bir neçə dəfə özüm də cəhd etmişəm, ancaq bir çox hallarda qadın futboluna aid olan şəxslər, futbolçular danışmırlar. Belə olan halda da cəmiyyət qadın futbolundan xəbərsiz qalır. Məsələn, uşaqlar gedirlər xaricdə oynayırlar, ancaq kimsənin bundan məlumatı olmur. Bu hal mətbuatın qadın futboluna maraqsız olduğundan qaynaqlanır, yoxsa qadın futbolunun nümayəndələri mətbuatdan qaçırlar? 
- Əslində, qadın futbolunda işləyən insanların mediadan qaçması düzgün olmazdı. Kişi futbolu qadın futboluyla müqayisədə daha maraqlıdır. İnsanlar da, media da daha çox kişi futboluna yönəlir. Ancaq qadın futboluyla bağlı da, qızların xaricdə hansı kluba getməsiylə bağlı AFFA-nın saytı, sosial şəbəkə hesablarında lazımınca məlumatlar verilmişdi. Ola bilər, kişi futboluna baxanda qadın futbolu nisbətən kölgədə qalır. Qadın futbolunda işləyən biz məşqçilər, mütəxəssislər və s. mediadan qaçmırıq. Əksinə, istəyərik ki, mediadan dəstək görək, təbliğ olunsun. Məsələn, bir şey deyim: biz 2010-cu ildə bu işə başlayanda ailələrə yalvarırdıq ki, qızlarını futbola versin. Lakin hazırda biz sevinirik ki, bəzi valideynlər qızlarını özləri futbola gətirirlər. Bu da tək bizim deyil, həm də medianın sayəsində olub. 2010-2012-ci illər arasında mediada doğrudan da böyük işlər getdi, DÇ-dan əvvəl böyük təbliğat aparıldı. Bir çox ailələrin fikrini dəyişə bildik, bunda da medianın böyük rolu var. Ölkədə bəlkə də elə ailələr var ki, bilmir ki, bizdə də qadın futbol klubları var. Buna görə də media tərəfi bizimçün böyük dəstəkdir, bunu həmişə üzərimizdə hiss eləmişik. Qadın futbolunu medianın sayəsində daha yaxşı yerlərə gətirə bilərik.

- Bir qədər əvvəl qeyd etdiniz ki, qadın futbolunda kütlə olsa da, keyfiyyətlə bağlı problemləriniz var. Paytaxtda olan komandalarda bildiyim qədəri ilə məşqçilər futbolla məşğul olan şəxslərdir. Lakin rayonlarda elə deyil... Bölgələrdə qızların yüksək səviyyədə inkişaf etməməsinin səbəbi futbolu elə də dərindən bilməyən, daha çox bədən tərbiyəsi müəllimliyindən futbola gələn məşqçilərdən qaynaqlana bilərmi?
- Düzdür, bizdə liqalar var, kütlə var, istəyirik həmin kütləni keyfiyyətə çevirək. Keyfiyyətə çevirmək istədiyimiz bəzi mövzular da klubda işləyən məşqçilərlə bağlıdır. Bölgələrdə qadın futbolunda çalışan şəxsləri lisenziyalara cəlb etmək istəyirik. Bu, kişilər də ola bilər, qadınlar da. Onları bir müddər dərslərə qoşuruq. Məşqlərə baxırlar, Milli komandaların toplanışları zamanı açıq məşqlərə baxırlar, millinin məşqçiləri ilə ünsiyyət qurub müzakirələr aparırlar. Əsasən hansı yöndə işləmək lazım olduğunu izah edirik. Əsas önəm verdiyimiz şey lisenziyadır. Lisenziyasız məşqçini liqaya götürmürük. Minimum C lisenziyası olmalıdır. Ancaq çalışırıq ki, klublara A, B lisenziyalı məşqçiləri cəlb edık. Bu yöndə də işlər gedir. Keyfiyyət məsələsini artırmaq üçün liqada olan məşqçiləri fikir, ideya olaraq daha yaxşı yerlərə gətirmək vacibdir.

- Qadın futbolunda çalışan məşqçilərin kurslardan fotolar AFFA-nın saytında qarşıma çıxır. Bu fotolarda diqqətimi çəkən bir məqam var. Kişilər 35 yaş aralığında karyerasını bitirdikdən sonra məşqçiliyə başlayır. Amma dünən-srağagün, hətta bu gün də futbol oynayan gənc qızlar kurslarda iştirak edib, dərəcə alırlar. Bir-neçə il futbol oynadıqdan sonra keçirlər məşqçiliyə. Bunlar özləri nə vaxt futbolun bütün sirlərinə yiyələnib, peşəkar futbolçu olurlar ki, məşqçiliyə keçirlər?!
- Məqsəd əvvəlcə kütləni, daha sonra keyfiyyəti artırmaqdır. İstəyirik liqalarda qız məşqçiləri çoxaldaq. Qeyd etdiyiniz, gənc yaşda məşqçiliyə başlayan qızlar planımızın tərkib hissəsidir. Liqalarda xanım məşqçilər çoxalanda istər-istəməz ailələrə daha rahat olur. Biri var qızını kişi məşqçiyə etibar edəsən, biri də var qadın məşqçiyə. Gənc yaşlarında məşqçiliyə başlayan qızları oxutdurub, bilik veririk. Elə qızlar var ki, doğrudan da həvəsi var, özü axtarır, tapır. Bəzi qızları aşağı yaş qrupu liqalarında klublara köməkçi kimi göndəririk ki, təcrübə toplasın. Çünki gələcəkdə qız məşqçilərimiz nə qədər çox olsa, o qədər də kütlə böyüyə bilər və biz həmin kütlədən keyfiyyət ala bilərik. Məqsədimiz budur.
 


- Yəni, o qızları futboldan qaçırtmamaq üçün belə şərait yaradırsız...
- Bəli, bu, bir plandır, onlara stimuldur. Bizdə elə gənc qızlar var ki, özləri araşdırmalar edirlər, axtarırlar, bilgilər toplayırlar. Elə qızlar var gedirlər məktəblərdə özlərinə komanda yığırlar, qızları hazırlayırlar. Onların stimulunu əlindən almamalıyıq. Onları biz ən aşağı liqaya cəlb edirik ki, praktika yığsınlar və biz gələcəkdə onlardan faydalana bilək.

- Uzun illər Azərbaycanın qadın futbolunun adı bir çox qalmaqallarda hallanıb. Əvvəlcə legionerlərlə bağlı "lipa" məsələsi, daha sonra "lez" məsələsi. Xüsusilə də son məsələyə görə cəmiyyətdə mənfi fikir formalaşdı. Valideynlər belə şeylərə qızlarını futbola buraxmaqdan yayındır. Ancaq bunlarla bağlı qadın futbolunu idarə edənlər tərəfindən heç bir açıqlama verilmirdi. Bəlkə bu müsahibə vasitəsi ilə bir sıra qaranlıq məqamlara aydınlıq gətirib, cəmiyyətdə formalaşan mənfi fikirləri aradan qaldıra bilərsiniz...
- Bəzi şeylər oldu və keçdi. Biz olanlarla yaşasaq, inkişaf edə bilmərik. Ona görə önümüzə baxmalıyıq. Biz yaxşı işimizlə nələrisə insanlara çatdırmalıyıq. İşimizdə səhvlər ola bilər. Hamı səhv edə bilər, səhvsiz insan yoxdur. Ancaq çalışmalıyıq ki, olunan səhvlərdən bir nəticə çıxaraq və bir də o səhvləri etməyək. Bəzi şeylər var ki, onlara həm federasiya, həm də məşqçilər tərəfdən maksimum nəzarət olunur. Çalışırıq təbliğat aparaq. Məktəblərdə tədbirlər keçirirlər, milli komanda oyunçularını həmin tədbirlərə dəvət edirlər. Mən özüm də bir neçə məktəbdə olmuşam. Orada bu məsələlər haqqında danışılır. A milli komandanın hansısa xaricdə legioner olan futbolçuları öz həyatı haqqında, yaxşı şeylər, pis şeylər nə oldu - onlar haqda danışırlar. Bütün Respublika üzrə biz məktəblərdə belə layihələr keçirdirik. Regionlarda əyləncəli festivallar baş tutur, orada da bəzi təbliğatlarımızı aparırıq, çalışırıq bu layihələrə valideynlər də gəlsin, onların da fikrini bu yöndə dəyişək. Əvvəlki illərə baxanda çox dəyişikliklər var. Qadın futbolunda say, kütlə artıb. Bəzi mövzuları klub məşqçilərinə tapşırmışıq ki, nəzarət eləsinlər. Çünki valideynlər sizə güvənərək qızları gətirirlər. Biz klublar, federasiya və milli komanda olaraq sıx əməkdaşlıq edirik, çox şeyi məsləhətləşirik ki, ən yaxşı yerlərə gələk, daha da inkişaf edək.

- Qızlarla işləmək sizin üçün asandır, yoxsa çətin. Çünki məlum olduğu kimi, qadın psixologiyası kişilərə nisbətən çox fərqlidir. Həssas, incə və küsəyən olurlar. 
- Çətin sözü az olar, çox çətindir. (gülür)... Məsələn, oyunu uduzursan və komanda psixoloji olaraq yüklənir. Bir var, komanda olaraq bir duruma düşəsən və komandanı o durumdan çıxarasan. Biri də var komanda yox, tək-tək komanda üzvləri... Gərək hərəsiylə ayrılıqda danışasan. Həqiqətən, çox çətindir. Mən 2010-cu ildən etibarən burdayam, qadın futbolu mənə çox şeylər öyrədib. Ancaq qadın futbolunda olduğum üçün bu illər ərzində heç peşman olmamışam. Düzdür, çox çətindir. Başqa bir komandanı ümumi hazırlaşdırmaq ayrı, qızları hazırlaşdırmaq isə tamam ayrıdır. Sanki hərəsi bir komandadır, hərəsinin öz psixologiyası olur və bununla da yola gedirlər. Komandada neçə qız varsa, elə bil ki, komandanın içində bir o qədər komanda var. Hərəsiylə gərək fərdi hazırlaşasan. Problem budur.
 


- Artıq 10 ildir qadın futbolunda ciddi işlər getsə də, qızlardan ibarət milli komandalarda legionerlərin sayı azalmır. 
- Biz çalışırıq ki, bu, say olaraq azalsın. Bəzi komandalarda olan qızlar var ki, onların yüz faiz Azərbaycanla bağlılığı var. Amma siyahıda elə qızlar var ki, elə bilərsən, bunun heç Azərbaycanla yaxınlığı yoxdur. Ancaq bunun əminliyini verə bilərəm ki, bağlılıq var. Hə, iki nəfər qızımız qıraqdan ola bilər. Yenə deyirəm, bizdə kütlə var, bu kütlədən keyfiyyət almaq istəyirik. Ancaq hazırda bəzi mövqelər var ki, bizim liqalarda o mövqeyə istədiyimiz səviyyədə futbolçuları tapa bilmirik. Buna görə də məcbur qalıb o mövqelərə 1-2 nəfər oyunçu gətiririk. Bu da nəyə görə? Gənc oyunçularımız var, onlar o mövqeyə hazır olana qədər müvəqqəti bir şeylər lazımdır ki, biz o yeri dolduraq. Səbəb budur. Bir müddət keçəndən sonra görəcəksiniz ki, millilərdə öz yetirmələrimiz oynayacaq. Sadəcə, bir az vaxt lazımdır.

- Keçmiş futbolçu xanımlarla müsahibələrimdə komandalarda legionerlərin ön plana çəkilməsi, öz qızlarımızın kənarda qalmasından şikayətlər ediblər. Maraqlıdır, indi vəziyyət necədir? Bu, milliləşdirilmiş legionerlərin heyətdə yer alıb, özümüzünkülərin kənarda qalması qızlar arasında qısqanclıq yaradırmı? 
- Qızların 85-90 faizinə federasiya şərait yaradır ki, xarici klublara getsinlər və özlərini orada göstərsinlər. Onlar o liqalarda oynayıb, çətinliyi görürlər. Həyatda asan şey yoxdur. Əvvəl necə idi - 15-17 nəfər daxili liqalardan, 2-3 nəfər də qıraqdan gəlirdi. İndi amma demək olar ki, vəziyyət əksinədir. Hamısına da eyni səviyyədə baxılır. Məşq proseslərində kim önə çıxırsa, çalışırıq oyunlarda da maksimum o insanlara şans verək. Bizdə belə şey yoxdur ki, bizə şans verilmir, ona şans verilir və s. Bunu əminliklə deyə bilərəm.

Röya Kərimli
Oxşar xəbərlər

Xəbər lenti

01 Aprel 2020
01:13

Ciddi zarafatlar zamanı

31 Mart 2020
21:55

Avropada oynayan ən yaxşı gənc futbolçu

21:09

Koronavirusa yoluxan məşhur idmançını ələ saldı

20:25

Karantinə alınan voleybolçularımızdan son xəbər

20:05

Aronyanın xanımı vəfat etdi, azərbaycanlı məşhurlar başsağlığı verdi

19:52

Azərbaycanın həbsdə olan məşhur idmançılarından yeni xəbər

19:40

Şəhriyar Məmmədyarov ilk “10-luq”dakı yerini itirdi

19:37

“Sabah” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ödədi - VİDEO

19:34

Altay Əliyev və ailəsi fonda 3000 manat ianə köçürdü

19:30

Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI

18:30

MY 130 milyona alacağı ulduza daha nə vəd etdi? - SON DURUM

18:25

"Tottenhem" bütün işçilərinin maaşlarını azaltdı

17:49

Maykl Cordanın həyatından bəhs edən sənədli film apreldə yayımlanacaq - VİDEO

17:29

Bundesliqada 30 aprelə kimi fasilə olacaq

16:57

Çempionlar Liqasının qalibi oktyabrda müəyyənləşəcək

16:26

Dünya və Avropa çempionunun gözəl qızı Ceyd - FOTOLAR

16:22

Dastin Porye Ferqyusonla döyüşdə Həbibi əvəzləməyə hazırdı

15:57

Həbib Ferqyusonu bu vəziyyətə sala biləcəkmi? - VİDEO

15:36

Çempionatlar nə vaxt başlayacaq? - UEFA-nın təklifləri

15:03

Atası kimi klub prezidenti olmaq istəyir - FOTOLAR

15:02

Kobi Brayantın sonuncu oyununda istifadə etdiyi dəsmal 33 min dollara satılıb

14:27

Evdə iki məğlubedilməz

14:23

"Qəbələ"nin futbolçusu: "Bu, mənim üçün vacib addımdı"

14:18

"İtaliya A Seriyası bərpa olunmayacaq" - Totti

13:57

Karantin qaydalarını pozan futbolçu 150 min funt cərimə ödəyəcək - FOTOLAR

13:32

"Borussiya" oyunçusunun transfer qiymətini azaltmayacaq - 110 milyon avro

12:49

"Xəzər Lənkəran" böyük futbola qayıda bilər - RƏSMİ

12:47

Ronaldu satıla bilər - "Yuventus"da koronavirus böhranı

12:33

"Azərbaycan futbolu məni təəccübləndirdi"

12:15

"Barselona" fransız futbolçu ilə yolları ayırır

12:13

Həbsdə olan Mübariz Mənsimovdan xəbər var

11:38

"Koronavirusu zarafata salanlar axmaqdılar"

11:26

Əmirin Çəhrayı Panterası

11:21

21 yaşlı futbolçuya fantastik məbləğ - Rekord qırılır

10:51

"Real"da da maaşların azaldılacağı gözlənilir

10:20

Ferqyusonla döyüşdə Həbibi Castin Qeyci əvəzləyə bilər

09:47

"Barselona" və "Real"ın marağı ona təsir etmir" - Martinesin meneceri

09:44

"Maaşların azaldılmasını Messi təklif etdi"

09:23

Fransalı jurnalistlər Messidən inqilabçı düzəltdi - FOTO

09:15

Özil ata oldu - FOTO

09:14

Modriç ölkəsi üçün aparat aldı

08:55

Qambiyalı forvard Türkiyədən qaçdı

30 Mart 2020
19:25

"Ferqyusonla döyüşün baş tutmaması böyük bir faciə deyil" - Həbibin atası

18:30

"Neymar önəmli oyunçudu, amma əvəzedilməz deyil"

17:54

NBA-da mövsümün ən həlledici basketləri - VİDEO

17:31

Noyer 4 illik müqavilə tələb edir, "Bavariya" razılaşmır

16:54

Həbib: "İstənilən rəqiblə döyüşməyə hazıram, sadəcə məkanı və vaxtı deyin"

16:23

Tokio olimpiadasının yeni tarixi rəsmən açıqlandı - YENİLƏNİB

16:21

"Barselona" futbolçularından örnək addım: Maaşlarının 70% azaldılmasına razılıq verdilər

16:20

Slavço Georgievski: "Bu məsələ hələ də mənə əzab verir"

16:11

"Karateçi qız obrazını ustalıqla canlandıraram" - MÜSAHİBƏ+FOTOLAR

15:37

Martinesin "Barselona"ya transferi baş tutmaya bilər

15:16

Fatih Terim xəstəxanadan buraxıldı

14:57

"Real"ın ulduzu bu modelə görə ailəsini tərk edib - FOTOLAR

14:50

Koronavirusdan sağalan oyunçuların xəstələrə qan verməsi istənilir

14:32

"Futbol üçün çox darıxmışam" - "Barselona"nın ulduzu

13:56

"Uimbldon" da ləğv olunur

13:33

1xBet’in yeni Winning Games aksiyasında PlayStation 4 Pro qazanın!

13:30

Koronavirus PSJ-yə baha başa gələcək

12:53

Çempion arvadı necə döymək lazım olduğunu canlı yayımda göstərdi - VİDEO

12:39

Quardiola fransız futbolçunu komandasında görmək istəyir

12:14

"Ferqyusonla döyüş Səudiyyə Ərəbistanında keçirilməyəcək" - Həbibin meneceri

11:58

Serxio Ramosla "Real" arasında fikir ayrılığı yaranıb

11:26

Mourinyunun rəmzi komandasında kimlər var? - SİYAHI

11:10

Ronaldo karantin qaydalarını pozdu

10:54

Premyer Liqa oyunları xüsusi təcrid düşərgələrində keçirilə bilər

10:30

Rəşad Sadıqovdan koronavirusla mübarizəyə kapitansayağı dəstək

10:25

“Hop elədim”lə tullanmağın fərqi

10:10

İnsanları evdə qalmağa çağırdı, özü avtomobil qəzası törətdi - FOTOLAR

09:56

"Spartak"ın prezidentinin qızı belə şəklə düşüb - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.