13:54 09.12.2019 2370

Azərbaycanın gürcü futbolçusu və model xanımı... - MÜSAHİBƏ

Uzun illər Azərbaycan klublarında çıxış edən futbolçu Nuqzar Kvirtiya və həyat yoldaşı, tanınmış model İnna Kvirtiyanın Sport7.az saytına müsahibəsini təqdim edirik: 

- Nuqzar, Azərbaycana gəlişinizi necə xatırlayırsınız? 
- 2009-cu "Olimpik Şüvəlan" komandası Gürcüstana təlim-məşq toplanışına gəlmişdi. Həmin vaxtlarda mən Moskvada yaşayırdım. Mənə zəng gəldi və Gürcüstana qayıtmağımı istədilər. "Olimpik Şüvəlan"ın iki yoldaşlıq matçında iştirak etdim. Komandanın baş məşqşçisi Əsgər Abdullayev, prezidenti isə Fikrət müəllim idi. Mənə dedilər ki, gedirik Bakıya müqavilə bağlamağa. Müqavilə imzalandıqdan sonra Əsgər müəllim mənə 10 nömrəli formanı verdi. Bu mənim üçün gözlənilməz və xoş oldu. Çünki atam da karyerası ərzində 10 nömrə altında çıxış edib. 
 


- Bəs siz karyeranız ərzində hansı klublarda çıxış etmisiniz? 
- "Spartak" (Moskva), "Ximki", "Ryazan", AZAL ("Olimpik Şüvəlan"), "Turan", "Quriya", "Esperans de Zarzis" kimi klubların şərəfini qorumuşam. 

- Bəs bu klublardan hansı sizə daha doğma olub? Harada yaxşı, harada "unudulmaz" günləriniz keçib? 
- İlk vaxtlar əsas məsələ uyğunlaşmaq olur. Ancaq mən yeni yerlərə tez öyrəşirəm. Çox ünsiyyətçiləm və tez dost tapıram. Əlbəttə ki, mənə komanda yoldaşılarım və "İnter"də çıxış edən gürcü futbolçular Lomaiya, Abramidze, Adamiya və Odikadze kömək oldular. Yaxşı vaxtlar idi, o zamanlar legionerlər Nikolay Kozaçuks, Artyom Vaskov və soydaşlarım Ramaz Cabnidze, Roman Qoqinaşvili ilə bir evdə qalırdıq. Demək olar ki, zamanımız birgə keçirdi. Ancaq mənə ən doğma klub təbii ki, AZAL ("Olimpik Şüvəlan") olub. Çünki orada 6 mövsüm keçirtmişəm. Burada klubun tarixində ən yaxşı bombardir və 191 rəsmi oyunla klub tarixində ikinci ən çox oyun keçirən futbolçu oldum. 
 


- Həyat yoldaşınız İnna xanımla da Bakıda tanış olub ailə qurmusunuz...
Nuqzar: İnna ilə 2009-cu ilin sonlarında ortaq dostlarımız sayəsində tanış olmuşuq. Onlar paytaxt restoranlarından birində İnna ilə görüşümü təşkil etmək qərarına gəldilər. İnnanı gözləyərkən çox həyəcanlı idim. O, içəri daxil olanda hər şey kinolarda olduğu kimi asta kadr kimi keçirdi gözüm önündən. Saçları uçuşurdu, asta-asta yeriyirdi. Axı o modeldir... (gülür) Onunla çox çətinliklə danışa bildim, çox utanırdım. O bizimlə 10 dəqiqə qaldı, təcili getməli olduğunu deyib, getdi. İnnanın məni bəyənmədiyini düşündüm, əhvalım pozuldu. Çünki özümə inanım yox idi. Ancaq 2-3 gün keçdikdən sonra yenidən görüşdük və bundan çox şad oldum. 
İnna: Biz 1 ilə yaxın görüşdük. Nuqzardan evlilik təklifi aldığıma çox təəccüblədim. Ancaq bu 8 ildə heç vaxt peşman olmadım. O, sürprizlərlə dolu insanıdır. Əgər əlinə hansısa fürsət düşürsə, sürpriz etmək imkanını qaçırtmır. Mən elə bir görüş xatırlamıram ki, sürpriz etməsin. Ancaq ən vacib və özəl gün onun evlilik təklifi etdiyi gün idi. 

- İnna, həmin anı bizim üçün də təsvir edərsiniz? 
- Nuqzar, ailəsi Bakıya gələndə məni dəvət edib onlarla tanış etmişdi. Yeni ili birgə qeyd etmək üçün məni Moskvaya dəvət etdi. Orada mənə sürpriz edəcəyini demişdi. Yeni il gecəsi məni "Qırmızı meydan"a gətirdi və gözlərimi bağladı. Gözlərimi açanda Nuqzarı önümdə diz çökmüş və əlində üzüklə gördüm. Belə şeylər daha çox filmlərdə olur. Təbii ki, bu məni çox xoşbəxt etdi, ancaq buna heç hazır deyildim və bir neçə dəqiqədən sonra "özümə gəldim". (gülür)... Həyəcandan nə reaksiya verəcəyimi bilmədim. Ancaq bu, çox romantik idi. Həmin vaxt bacısı da bizimlə birgəydi. Nuqzarın anası ona zəng edib nə cavab verdiyimi soruşdu. Biz isə Nuqzarla qucaqlaşdıq. Həyəcandan heç nə deyə bilməmişdim. 
 


- İnna, Nuqzar ilə münasibət qurmazdan öncə futbolla maraqlanırdınız? 
- Nuqzarla tanış olana kimi futbolla bağlı heç bir təsəvvürüm yox idi. Ancaq o, bu sevgini mənə aşılaya bildi. Və artıq mən də futbolu anlayıram, onun adi yox, strateji oyunçu olduğunu anlayıram. Artıq axşamlar birgə futbol izləmək bizim üçün adı haldır. 

- İnna, futbolçu ilə ailəli olmaq çətindir? Çünki futbolçular evdən çox klubun bazasında qalmalı olurlar...
- Nuqzar Kvirtiyanın həyat yoldaşı olmaq yaxşıdır, rahatdır, bütün parametrlər komfortludur. O, çox ürəyiaçıqdır, sanki uşaqdır. Mənim şəhzadəm var və çox xoşbəxtəm. Düzü, əvvəllər çətin idi, çünki mən ona çox öyrəşmişdim. O mənim çəkilişlərimdə, mən isə Nuqzarın oyunlarında həmişə yan-yana idik. İlk vaxtlar 1 aylıq harasa gedəndə, telefon, skayp, votsapla əlaqə yaradıb çətinliyi aradan qaldırırdıq. Ancaq onun ilk və uzun səfəri Afrikada keçirdiyi 6 ay oldu. Özümü o zamanlar günahkar hiss edirdim ki, onun yanında deyiləm. Ancaq Nuqzar rahatlığım və təhlükəsizliyim üçün burada qalmağımı məsləhət görmüşdü. 
 


- Nuqzar, İnna çox gözəl xanımdır və model olaraq işləyir. Bütün gözlərin onun üzərində olduğuna görə qısqanclıq hissi keçirirsənmi? 
- Qısqanmaq üçün əvvəlcə özünə inamın olmamalıdır. Mən həm İnnaya, həm də özümə güvənirəm. Bizi kilsədə birləşdirdilər və biz Allaha söz verdik. Ona görə də sadiq olmaq məsuliyyəti daşıyırıq. Bizim dünyada sınaqlar çoxdu, ancaq heç vaxt məsuliyyətimizi unutmamalıyıq. Biz hər ikimiz dinə bağlı insanlarıq, kilsəyə gedib dua edirik və bir-birimizə çox inanırıq. 

- Hazırda həyatınız, işləriniz necə gedir? 
- Hazırda aktiv olaraq küçə futbolunun (fristayl və panna) inkişafı üçün çalışıram. Keçən il ilk dəfə olaraq peşəkar futbolçular arasında turnir keçirtdim. Azərbaycanda WSFF və WFFA (World Street Football Federation, World Freestyle Football Association) rəsmi nümayəndəsiyəm. UEFA-nın reytinqində Avropanın ən yaxşı 24 fristayleri sırasındayam. Bildiyiniz kimi, Avro-2020-nin rəsmi maskotu futbol fristayleridi və turnirin Bakıda keçiriləcək 4 oyununda mən Bakını təmsil edəcəyəm. 
 


Onu da qeyd edim ki, keçmiş komanda yoldaşım Amil Ağacanovla birgə "White City Club De" adlı məktəb açmışıq. Amil burada qapıçılar üzrə fərdi məşq keçirir. Həmçinin "Urban Kings Azerbaijan" adlı fristayl və panna üzər məşqlər aparılan küçə futbolu məktəbim var. "Yutub" kanalıma tanınmışları dəvət edib futbol müsabiqəsi keçiririk. 
 

Həyat yoldaşım isə model olaraq fəaliyyətini davam etdirir. Həmçinin özünün "Ines Qvirtiya" adlı geyim brendinin dizayneri və SMM menecer olaraq çalışır. Və ən əsası bizim sevimli qızımız Qabriellanı böyüdüb, tərbiyə edir. 

Röya Kərimli
 











Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2020
18:03

Paytaxt klubunda yeni baş məşqçi

17:39

"Yuventus" Sarrini istefaya göndərdi - RƏSMİ

17:25

"Baku Sportinq" uşaqları ödənişsiz hazırlayacaq

17:11

Mövsümün ən yaxşısı adına namizədlər

16:57

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO

16:55

Çempionlar Liqası: Son 2 vəsiqənin sahibləri müəyyənləşəcək - YENİLƏNİR

16:17

Koronavirusa yoluxan Mirhüseyn Seyidov: "Ağrılarım azalıb"

15:40

"Qarşımızda qoyulan məqsədlərə çatmışıq" - MÜSAHİBƏ

15:14

“Fənərbağça”nı “Başakşəhər”ə dəyişdi

14:41

Tərlan Əhmədov istefaya göndərildi

14:08

Xanlar Qurbanovun ölüm səbəbi açıqlandı - Koronavirus...

13:31

Premyer Liqada "ən yaxşı məşqçi" adına namizədlər

13:05

Arda Turan "Qalatasaray"a görə iki məşhur klubun təklifindən imtina edib

12:42

PSJ-nin baş məşqçisinin ayağı sındı

12:17

Nicat Qurbanov zədəsindən danışdı: "3 həftə çəkəcək"

11:56

Xaqani Məmmədov "Qəbələ"nin əsas komandasında

11:40

Xanlar Qurbanov dünyasını dəyişdi

11:27

Premyer Liqamızın püşkatma mərasiminin vaxtı bəlli oldu

11:17

Azərbaycanda “transfer pəncərəsi”nin vaxtı dəqiqləşdi

11:09

Azərbaycan Premyer Liqasının startı müəyyənləşdi - PFL açıqladı

10:36

Hovuz kənarından paylaşdığı FOTO böyük marağa səbəb oldu

10:28

"Məsuliyyəti üzərimə götürürəm" - "Real"ın müdafiəçisi

10:03

Ronaldonun qolları "Yuventus"a fayda vermədi - VİDEO

09:50

"Mançester Siti" "Real"ı ÇL-dən kənarlaşdırdı - VİDEO

09:12

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

08:20

Bu qız özəl plastikası ilə rekordlar qırır - FOTOLAR

02:00

Ronaldu 10 il idi ki, belə aqibətlə üzləşmirdi

01:00

"Qəbələ" məşqçisi ilə vidalaşdı

00:42

"Real" və "Yuventus" ÇL-lə vidalaşdı - YENİLƏNİB

07 Avqust 2020
22:32

Tuhelin ayağı sındı

22:31

Prosineçki özünə iş yeri tapdı

22:26

Səmədov karyerasını bərpa etdi

21:23

Azərbaycanda açıq havada idmana icazə verildi - RƏSMİ

19:29

"Zirə" milli üzvü ilə müqavilə yenilədi

18:19

"Keşlə" yeni transferini açıqladı

18:01

Bakıda çempion olan güləşçi öldürüldü

17:39

UEFA klublarımıza neytral meydanda oynamağı təklif etdi

17:23

"Səbail" braziliyalı futbolçu ilə yolları ayırdı

17:15

"Real"ın futbolçusu koronavirusa qalib gəldi

16:41

Premyer Liqa: Əvəzetmə sayı ilə bağlı qərar ləğv olundu

16:22

"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

16:10

Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi

15:59

"Qarabağ"ın futbolçuları bu gün koronavirus testindən keçəcək

15:43

Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

15:24

Azərbaycanlı futbolçu koronavirusa yoluxdu

14:24

"Roma" MY-nin müdafiəçisini alır

14:21

UEFA Azərbaycan klublarına vəsait ayıracaq

13:59

Döyüşə qondarma bayraqla çıxan erməni idmançı cəzalandırıldı

13:37

"Sumqayıt"dan ayrılan futbolçu "Makkabi"də?

13:17

Çempionat yubanır, Byazinin işi çətinləşir - Heyəti necə quracaq?

12:51

Ştuxlik gedəsi olmadı - AFFA-dan rəsmi cavab

12:30

Filip Novak "Fənərbağça"da!

12:06

Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi: "Ukraynalıların işinə yarayırıq, bizimkilərin yox"

11:55

Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu

11:09

"Roma"nı məğlub edən "Sevilya" rekord qırdı

10:50

Həftənin oyunçusu adına namizədlər

10:36

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...

10:20

"Sevilya" "Roma"nı üstələdi - VİDEO

10:03

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTOLAR

09:58

Emin Ağalarov "Qarabağ" formasında - FOTO

09:45

"Bayer”ə bir qol bəs etdi - VİDEO

09:32

"Barselona" 4,5 milyon avroya aldığı futbolçuya elə qiymət qoydu ki... - ŞOK RƏQƏM

09:17

Renat Dadaşovun komandası AL-də mərhələdə adladı - VİDEO

09:06

Avropa Liqası: 1/4 finalda görüşəcək cütlüklər

08:54

Ronaldu yeni imicdə - FOTO

01:04

AL: Bütün 1/4 finalçılar bilindi

00:08

Millimizin sabiq baş məşqçisi postundan getdi

06 Avqust 2020
19:56

Çilili forvard "İnter"lə müqavilə bağladı - RƏSMİ

17:54

Daha bir bölgə klubu fəaliyyətini dayandırır?

17:16

"Fənərbağça"da yeni baş məşqçi

Facebookdan bizi izləməyi unutmayın.