16:36 13.12.2019 1209

"Elxan Məmmədov elə özü milliyə baş məşqçi olsun" - SORĞU

Azərbaycan milli komandasında daha bir dönəm başa çatdı. AFFA-nın İcraiyyə Komitəsi bugünkü iclasından sonra Nikola Yurçeviçi yığmamızın baş məşqçisi postundan istefaya göndərdi. 

"Dəyişdiyi məşqçilərin sayı qrupda yığdığı xal sayından çox olan millimiz bu dəfə kimə tapşırılacaq?" Artıq futbol camiəsini maraqlandıran sual bundan ibarətdir. 

Elə bunu nəzərə alaraq Sport7.az sorğu keçirib. Futbolumuzu başında duranlardan daha çox sevib, daha ürəkyandıranlar millimizin başında kimi görmək istədiklərini açıqlayıblar.

Kənan Məstəliyev ("Rekord.az" saytının baş redaktoru): "Bu gün üçün Yurçeviçin göndərilməsi doğru qərardır. Əslində, onun gətirilməsi səhv idi, bunu anlamaq üçün isə bir il və bir seçmə mərhələ gərək oldu. Həmişə qeyd etmişəm, Nikola Yurçeviç yaxşı məşqçi idi, ancaq bizə baş məşqçi lazımdır. Millinin baş məşqçisi olacaq şəxsin xarizması, nüfuzu olmalı, necə deyərlər, ağırlığı ilə sözü keçməlidir. Yurçeviç isə sadə bir futbol adamı, mütəxəssisi idi. Gördüyü işə də, onun nəticəsinə də hamılıqla şahidlik etdik.

Yerinə gələcək şəxsin kimliyinə gəlincə, prinsip etibarilə kimin gəlməsinin heç bir fərqi yoxdur. Gələn özüylə Avropa səviyyəli 20-30 futbolçu gətirməyəcək ki, oynatsın. Yenə həmin əliyevlər, vəliyevlər, məmmədovlar, həsənovlar meydana çıxacaq, yenə onlardan mədət umacağıq. Ona görə də perspektiv vəd edən yerli məşqçilərdən birinə şans verilməlidir. Əcnəbi mütəxəssis həm böyük xərc deməkdir, həm də nəticə aşağı-yuxarı elə eyni olacağından dağa-daşa düşməyə ehtiyac yoxdur. Amma bu, bizim istəyimizlə deyil. Çünki məndə olan məlumata görə, federasiya artıq Balkanlar istiqamətində axtarışa çıxıb ordan məşqçi gətirməyi planlaşdırır".

Hüseyn Cəbrayıloğlu ("Xəzər Lənkəran" klubunun sabiq mətbuat katibi): "İstənilən halda, kim gəlsə belə dəyişiklik olmayacaq. Uzağı son mərhələdə 1 xal yığdıq, yeni gələn də 3 xal yığar. Ölkə futbolu tamamən üfunət iyi verir və kompleks tədbirlər görülməlidir. Biz sadəcə illəri və on illəri itirə-itirə gedirik".

Rəşad Ergün ("Komanda.az" saytının baş redaktoru): "Azərbaycan milli komandasını yerli mütəxəssislərdən birinə tapşırmaq lazımdır. Onsuz da bu komanda ilə nəyəsə nail olmaq mümkün deyil. Özümüzü aldatmayaq, ya da futboldan anlayışı olmayanlar nə qədər istəsələr, özlərini aldada bilərlər, aldatmağa icazə verərlər. Sosial şəbəkədə Robert Prosineçkinin adı çəkilir. Niyə? DÇ-2018-də 10 xal tolpadığı üçün? San Marinonu iki oyunda məğlub etdiyi üçün Prosineçkinin ətəyindən yapışmaq nə dərəcədə məntiqli, ağıllı addım olar? Və əlimizi vicdanımızın üzərinə qoyaq: Yurçeviçli milli komandanın da yer aldığı qrupda Xorvatiya, Slovakiya, Macarıstan, Uels kimi rəqiblərdən birinin əvəzində San Marino olsaydı, biz AÇ-2020-nin seçmə mərhələsini 1 xalla başa vurardıqmı? Sadəcə, bir xorvatın bəxti gətirmişdi, digərininki gətirmədi. Bir daha deyirəm, milli komandanı yerli məşqçilərdən birinə tapşırıb, "nə xal qazandı, qazandı, min bərəkət" demək gərəkir. Bizim problemimiz əsas milli komandaya kimi olanlardır, onları həll etmək, üzərində baş sındırmaq lazımdır".
 


Elman Cəfərli ("Cümhuriyət" qəzetinin redaktoru): "Təbrizin "Traktor" klubundan ayırlandan sonra türkiyəli mütəxəssis Mustafa Dənizli işsizdir. Onu dəvət etmək olar. Amma ən yaxşı namizəd hazırda kazanın "Rubin" klubunda idman direktoru olan Qurban Berdıyevdir. Məncə, o, Azərbaycan yığmasında uğur qazana bilər".

İlkin Abbasov (Sosial şəbəkə fəalı, futbol azarkeşi): "Qurban Berdıyev... Bugünkü gənc komandaya zəhmli, eyni zamanda əlində olan materialla maksimum nəticə verə biləcək baş məşqçi lazımdır. Üstəlik Berdıyev bizim mentaliteti yaxşı bilir. Həmçinin inanclıdır. Milli komandanın üzvlərinin əksəriyyətinin inanclı olması onlarla dil tapmağa rahatlıq yaradacaq. Və ən əsası Berdıyev digər məşqçilərdən fərqli olaraq tapşırıqla oturub-duran deyil. Yox, əgər yerli məşqçi təyin olacaqsa, Şahin Diniyev gəlsin. Diniyev ölkənin ən güclü baş məşqçilərindən biridir və hazırda işşizdir. Futbolçuları yaxşı tanıyır. Amma AFFA-da köklü dəyişiliklər baş verməsə, kimin təyin olunması önəmli deyil. Əsas yanaşmanın dəyişməsidir. Bütövlükdə futbola yanaşma dəyişməlidir. Əgər bu baş verməyəcəksə, elə Elxan Məmmədov özü baş məşqçi olsun".

Kamran Əsədov (Tarixçi-alim): "İlk növbədə qeyd edim ki, Azərbaycan və dünya futbolunu çox yaxından izləyirəm. Burada təkcə başı dəyişmək lazım deyil, yəni, baş məşqçini dəyişməklə iş bitmir. Komandaya yeni oyunçular lazımdır. Axı toplananların yerini dəyişəndə, cəm dəyişmir. Yaxşı olar ki, futbol çempionatlarının inkişaf etdiyi ölkələrdən kimsə gəlsin. Şərt deyil ki, A liqasında olsun, misal üçün İngiltərənin, Almaniyanın B liqasında çalışmış məşqçi də olar. Çünki onlar özlərini təstiqləmək üçün yaxşı nəticədə maraqlı olacaqlar. Təəssüf ki, nizam və ciddilik baxımdan millimiz çox xoşagələn səviyyədə deyil. Bizə bu işi ciddi və sərt şəkildə görə biləcək adam lazımdır. Yəni oyunçuları hətta cəzalandıracaq biri lazımdır. Tək məşqçi ilə iş bitmir, onun məşqçi komandası olmalıdır. Amma o komandaya yerli mütəxəssis daxil etmək olmaz. 

Bu gün azarkeş millidən haqlı olaraq küsüb. Heç bir yerli məşqçi onu qaldıra, azarkeşi barışdıra bilməz. Çünli milli çempionatımızın səviyyəsi ilə dünya və Avropada uğur əldə etmək olmaz. Digər tərəfdən Türkiyədən məşqçi gətirilməsinin tərəfdarıyam. Bildiyim qədərilə, Mustafa Denizli "Traktor"dan ayrılıb. Onu dəvət etmək olar. Düşünürəm ki, bu dəfə Türkiyədən məşqçi dəvət etsək, nəticəyə müsbət təsir göstərər. Əsas isə, yeni heyətin yığılmasıdır".
 
Müşviq Məmmədov (Azarkeş): "Yurçeviçin yerinə kimin gəlməsindən asılı olmayaraq, birinci növbədə ölkədə münasibəti dəyişmək lazımdır. Qurban Qurbanov gələndə 6 illik müqavilə bağlandı, o da uzunmüddətli strategiya hazırladı, həmsindaki ilk illərdə nəticə tələb olunmamalıydi. Nəticədə AFFA-da oturan "ağıllılar" öz bildiyini elədilər. Uzun illərdi eyni yerdə eyni işi görən yarıtmaz adamlar kimi gətirir gətirsin, nəticə dəyişməyəcək".

Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunub. Onunla həmin vaxt 1 illik müqavilə bağlanılıb. Yurçeviçin rəhbərliyi altında millimiz AVRO-2020 seçmə qrup mərhələsində 1 xal toplayaraq qrup sonunçusu olub. 

Röya Kərimli
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2020
18:03

Paytaxt klubunda yeni baş məşqçi

17:39

"Yuventus" Sarrini istefaya göndərdi - RƏSMİ

17:25

"Baku Sportinq" uşaqları ödənişsiz hazırlayacaq

17:11

Mövsümün ən yaxşısı adına namizədlər

16:57

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO

16:55

Çempionlar Liqası: Son 2 vəsiqənin sahibləri müəyyənləşəcək - YENİLƏNİR

16:17

Koronavirusa yoluxan Mirhüseyn Seyidov: "Ağrılarım azalıb"

15:40

"Qarşımızda qoyulan məqsədlərə çatmışıq" - MÜSAHİBƏ

15:14

“Fənərbağça”nı “Başakşəhər”ə dəyişdi

14:41

Tərlan Əhmədov istefaya göndərildi

14:08

Xanlar Qurbanovun ölüm səbəbi açıqlandı - Koronavirus...

13:31

Premyer Liqada "ən yaxşı məşqçi" adına namizədlər

13:05

Arda Turan "Qalatasaray"a görə iki məşhur klubun təklifindən imtina edib

12:42

PSJ-nin baş məşqçisinin ayağı sındı

12:17

Nicat Qurbanov zədəsindən danışdı: "3 həftə çəkəcək"

11:56

Xaqani Məmmədov "Qəbələ"nin əsas komandasında

11:40

Xanlar Qurbanov dünyasını dəyişdi

11:27

Premyer Liqamızın püşkatma mərasiminin vaxtı bəlli oldu

11:17

Azərbaycanda “transfer pəncərəsi”nin vaxtı dəqiqləşdi

11:09

Azərbaycan Premyer Liqasının startı müəyyənləşdi - PFL açıqladı

10:36

Hovuz kənarından paylaşdığı FOTO böyük marağa səbəb oldu

10:28

"Məsuliyyəti üzərimə götürürəm" - "Real"ın müdafiəçisi

10:03

Ronaldonun qolları "Yuventus"a fayda vermədi - VİDEO

09:50

"Mançester Siti" "Real"ı ÇL-dən kənarlaşdırdı - VİDEO

09:12

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

08:20

Bu qız özəl plastikası ilə rekordlar qırır - FOTOLAR

02:00

Ronaldu 10 il idi ki, belə aqibətlə üzləşmirdi

01:00

"Qəbələ" məşqçisi ilə vidalaşdı

00:42

"Real" və "Yuventus" ÇL-lə vidalaşdı - YENİLƏNİB

07 Avqust 2020
22:32

Tuhelin ayağı sındı

22:31

Prosineçki özünə iş yeri tapdı

22:26

Səmədov karyerasını bərpa etdi

21:23

Azərbaycanda açıq havada idmana icazə verildi - RƏSMİ

19:29

"Zirə" milli üzvü ilə müqavilə yenilədi

18:19

"Keşlə" yeni transferini açıqladı

18:01

Bakıda çempion olan güləşçi öldürüldü

17:39

UEFA klublarımıza neytral meydanda oynamağı təklif etdi

17:23

"Səbail" braziliyalı futbolçu ilə yolları ayırdı

17:15

"Real"ın futbolçusu koronavirusa qalib gəldi

16:41

Premyer Liqa: Əvəzetmə sayı ilə bağlı qərar ləğv olundu

16:22

"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

16:10

Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi

15:59

"Qarabağ"ın futbolçuları bu gün koronavirus testindən keçəcək

15:43

Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

15:24

Azərbaycanlı futbolçu koronavirusa yoluxdu

14:24

"Roma" MY-nin müdafiəçisini alır

14:21

UEFA Azərbaycan klublarına vəsait ayıracaq

13:59

Döyüşə qondarma bayraqla çıxan erməni idmançı cəzalandırıldı

13:37

"Sumqayıt"dan ayrılan futbolçu "Makkabi"də?

13:17

Çempionat yubanır, Byazinin işi çətinləşir - Heyəti necə quracaq?

12:51

Ştuxlik gedəsi olmadı - AFFA-dan rəsmi cavab

12:30

Filip Novak "Fənərbağça"da!

12:06

Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi: "Ukraynalıların işinə yarayırıq, bizimkilərin yox"

11:55

Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu

11:09

"Roma"nı məğlub edən "Sevilya" rekord qırdı

10:50

Həftənin oyunçusu adına namizədlər

10:36

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...

10:20

"Sevilya" "Roma"nı üstələdi - VİDEO

10:03

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTOLAR

09:58

Emin Ağalarov "Qarabağ" formasında - FOTO

09:45

"Bayer”ə bir qol bəs etdi - VİDEO

09:32

"Barselona" 4,5 milyon avroya aldığı futbolçuya elə qiymət qoydu ki... - ŞOK RƏQƏM

09:17

Renat Dadaşovun komandası AL-də mərhələdə adladı - VİDEO

09:06

Avropa Liqası: 1/4 finalda görüşəcək cütlüklər

08:54

Ronaldu yeni imicdə - FOTO

01:04

AL: Bütün 1/4 finalçılar bilindi

00:08

Millimizin sabiq baş məşqçisi postundan getdi

06 Avqust 2020
19:56

Çilili forvard "İnter"lə müqavilə bağladı - RƏSMİ

17:54

Daha bir bölgə klubu fəaliyyətini dayandırır?

17:16

"Fənərbağça"da yeni baş məşqçi

Facebookdan bizi izləməyi unutmayın.