15:02 10.12.2019 1059

Elxan Məmmədova sualın cavabı - V hissə

2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycanı layiqincə təmsil etməsi idi. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi proqramın əsas tərkib hissələri kimi önə çəkilmişdi.

Fanat.Az-ın Dövlət Proqramının nə dərəcədə yerinə yetirildiyi ilə bağlı "Elxan Məmmədova sualımız var" lahiyəsindən xəbərdarsız. Hər dəfə bir sual və bir cavabdan ibarət olacan araşdırmamızın artıq 4 hissəsi yayımlanıb. (I hissə, II hissə, III hissə, IV hissə)

Sual:

Milyonlar qarşılığında qeyd etdiyiniz 100 mindən artıq uşaq-yeniyetmələrdən niyə rəqabətədavamlı futbolçular çıxmadı, Dövlət Proqramından istifadə edərək assosiasiya  bu illər ərzində uşaq-gənclər futboluna ümumilikdə nə qədər maliyyə xərclədi və bunun qarşılığı niyə verilmədi?

Sualın cavabı:

Milli məğlub olur, uşaq futbolu yada düşür, yaş üzrə yığmalar bərbad çıxış edir, uşaq futbolu yada düşür. Legioner həyatı yaşayan, ciddi uğur qazanan futbolçumuz yoxdur, yenə uşaq futbolu yada düşür… 

Bu problemləri  yada salan, fəryad qoparan təkcə mətbuat, kənardan haqlı tənqidlərini edənlər deyil. AFFA-da uzun illər çalışmış məşqçilər, kabinetlərdə əyləşən mütəxəssislər deyir. Belə olan halda 10 ildən çox müddətdə nə edilib? Axı bu illər ərzində futbola külli miqdarda dövlət vəsaiti xərclənib.
Uşaq futbolu deməklə futbolçu yetişmir. Gərək şərait yaradasan, ortaya ciddi, gələcəyi təmin edə biləcək layihələr qoyasan. Bunu da ilk növbədə ölkədə futbolun strateji inkişafına cavabdeh AFFA etməlidir.

Assosiasiyada  digər sahələrlə yanaşı Layihələrin Təminatı Departamenti də baş katib Elxan Məmmədovun nəzarətindədi. Hələ açılıb-bağlanmış "Mançester Yunayted Məktəbi” layihəsi də AFFA strukturuna salınmışdı. Futbolda həyata keçirilən bütün layihələr katiblikdən keçir, onların birbaşa rəhbərliyi ilə həyata keçirilir. Bununla paralel sayı-hesabı bilinməyən əcnəbi futbolçular milliləşdirilir, yığmalara cəlb edilir. Bu qədər layihələrə milyonlar xərcləndiyi halda, milliəşdirilənlərə nə ehtiyac var və ya niyə keyfiyyətli futbolçular üzə çıxmır. Dara düşəndə də "klublar günahkardır" deyilir. Əlbəttə, klublar da yaxasını kənara çəkə bilməz. Amma "Bakı", "Qəbələ" akademiyalara üstünlük verəndə, bəzi klublar istedadlar üzə çıxaranda AFFA-dakı cavabdehlər onlara nə köməklik etdilər? Xoşbəxtliyi Berlində axtardılar, menecerlər şəbəkəsi qurub milliyyəti bilinməyən, əsasən yararsız, Azərbaycana heç bir aidiyyatı olmayan legioner futbolçulara milli pasport aldılar. Ardından elə həmin menecerlər belə desək, klublara əl uzatdılar. 10-dan çox əcnəbi direktorlar gətirərək komandalara "yapışdırıldı”. Hər birinə dövlət hesabına illik 100 minlərlə dollar ödənildi. Menecer-kadrlar bu "layihədən" yaxşı faiz tutdular. 

Sonda nə baş verdi? Klublar dağıldı, yaxşı qazanc dalınca Azərbaycana gələnlər ölkəni tərk etdilər.

Uğurlu layihə idisə, niyə bu gün klublarda futbolçu yetişmir? Onsuz da klubların əksəriyyəti AFFA-nın nəzarətindədir. Klublar günahlandırılırsa, gülünc layihələrin törətdiyi fəsadlar niyə ikinci plana keçirilir? Niyə assosiasiyada meşin qapılar arxasında əyləşənlərin səriştəsizliyi, yürüdülən futbol siyasətinin qeyri-şəffaflığı qabardılmır? 

UEFA hər dəfə uşaq futbolunun inkişafı üçün klublara maliyyə yardımı edir. Son illərin köçürmələri milyonlarla ölçülür. Beynəlxalq qurum Azərbaycan futbolunun gələcəyini nəzərə alırsa, yerli futbol qurumundakı hakimiyyət  niyə hər şeyi qulaqardına vurur? Klublara sırınan əcnəbi direktorlara xərclənən milyonlarla hər bir şəraiti qurulmuş, artıq futbolçu verən "Bakı" akademiyası xilas edilə bilməzdimi? Məgər belə mümkünsüz missiya idi? Təbii ki, yox. Sadəcə şəxsi maraqlar ön plana çəkilmiş, nüfuz savaşı dumanlı beyinləri qıcıqlandırmışdı.

Ən ağrılı sahə, uşaq futboluna rəhbərlik futbola heç bir aidiyyatı olmayan marketoloq-dosta tapşırılıb. Belə olan halda hansı inkişafdan danışmaq olar? 
Təməli yanlış qoyulan sahədən "bar" ummaq Antarktidada banan yetişdirilmək sevdasına bənzəyir. 

Futbol üzrə yeganə olimpiya çempionumuz Iqor Ponomaryov da uşaq futbolunun bərbad vəziyyətdə olması ilə bağlı danışıb. Adam özü bu torpaqda yetişdiyi üçün Azərbaycan futbolunun potensialına bələddir (Hərçənd onun da indi dilə gəlməsi başqa yazı mövzusudur). Heç kim danışmasa belə, futbola cavabdehlər var və onlar məsuliyyət daşıyırlar. Buna görə də milyonlarla vəsait federasiyanın hesabına köçürülür və layihələri həyata keçirənlər də bəllidir. Dövlət başçısı məmur özbaşınalıqlarına görə dəfələrlə ictimai nəzarətin olması məsələsini qabardıb, mətbuatda obyektiv yanaşmanın vacibliyini vurğulayıb, problemlərin qaldırılmasını istəyib. 

AFFA-da layihələrə cavabdeh baş katib isə öz komfortundan razılığını bildirir. 

Bu ölkədə vaxtilə Avropa, dünya çempionluğunu qazanmış gənclərimiz yetişib. İndi daha yaxşı şəraitdə bunun daha artığı olmalı idi. 

Günahı kənarda axtarmaqla işi bitmiş saymaq ən azı futbol ictimaiyyətinə qarşı böyük sayğısızlıqdır. Rəhbərsənsə, ilk növbədə özünütənqidin güclü olmalıdır. Ponomaryovların indi dilə gətirdiyi tənqidlər müzakirəyə çıxarılmamalıdır. Onsuz da obyektiv tənqidlər illərdir yazılır, deyilir. Əsas mövcud xaosdan qurtuluş yolunun tapılmasıdır. Buna çalışmaq, buna can atmaq lazımdır.

Şübhəsiz, bu gün Dövlət Proqramına uyğun nəticə tam fərqli olmalı idi. Elə proqramın nəticələr bölümündə yazıldığı kimi, kütləvilliyin təmin edilməsi, bölgələrdə iş yerlərinin açılması, beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanması, nəticələrin təmin olunması.

Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin sözünə qüvvət, uşaq futbolunda, yığmalarda elə acınacaqlı vəziyyətdi ki, sabah San Marino üzərində qələbə də sensasiya sayılacaq. Bunları biz demirik, AFFA-da, baş katibin komitə layihələri çərçivəsində ətrafına topladığı məşqçilər deyir. Onlar yəqin ki, Elxan Məmmədova qarşı "qərəzli" olmazlar.

Uşaq futbolunda dönüşün yaradılması üçün ilk növbədə layihə rəhbərlərinin futbola dönüşü lazımdır.

Əli Sahib
Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2020
19:35

"Yuventus" Sarriyə böyük təzminat ödəyəcək - MƏBLƏĞ

18:03

Paytaxt klubunda yeni baş məşqçi

17:39

"Yuventus" Sarrini istefaya göndərdi - RƏSMİ

17:25

"Baku Sportinq" uşaqları ödənişsiz hazırlayacaq

17:11

Mövsümün ən yaxşısı adına namizədlər

16:57

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO

16:55

Çempionlar Liqası: Son 2 vəsiqənin sahibləri müəyyənləşəcək - YENİLƏNİR

16:17

Koronavirusa yoluxan Mirhüseyn Seyidov: "Ağrılarım azalıb"

15:40

"Qarşımızda qoyulan məqsədlərə çatmışıq" - MÜSAHİBƏ

15:14

“Fənərbağça”nı “Başakşəhər”ə dəyişdi

14:41

Tərlan Əhmədov istefaya göndərildi

14:08

Xanlar Qurbanovun ölüm səbəbi açıqlandı - Koronavirus...

13:31

Premyer Liqada "ən yaxşı məşqçi" adına namizədlər

13:05

Arda Turan "Qalatasaray"a görə iki məşhur klubun təklifindən imtina edib

12:42

PSJ-nin baş məşqçisinin ayağı sındı

12:17

Nicat Qurbanov zədəsindən danışdı: "3 həftə çəkəcək"

11:56

Xaqani Məmmədov "Qəbələ"nin əsas komandasında

11:40

Xanlar Qurbanov dünyasını dəyişdi

11:27

Premyer Liqamızın püşkatma mərasiminin vaxtı bəlli oldu

11:17

Azərbaycanda “transfer pəncərəsi”nin vaxtı dəqiqləşdi

11:09

Azərbaycan Premyer Liqasının startı müəyyənləşdi - PFL açıqladı

10:36

Hovuz kənarından paylaşdığı FOTO böyük marağa səbəb oldu

10:28

"Məsuliyyəti üzərimə götürürəm" - "Real"ın müdafiəçisi

10:03

Ronaldonun qolları "Yuventus"a fayda vermədi - VİDEO

09:50

"Mançester Siti" "Real"ı ÇL-dən kənarlaşdırdı - VİDEO

09:12

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

08:20

Bu qız özəl plastikası ilə rekordlar qırır - FOTOLAR

02:00

Ronaldu 10 il idi ki, belə aqibətlə üzləşmirdi

01:00

"Qəbələ" məşqçisi ilə vidalaşdı

00:42

"Real" və "Yuventus" ÇL-lə vidalaşdı - YENİLƏNİB

07 Avqust 2020
22:32

Tuhelin ayağı sındı

22:31

Prosineçki özünə iş yeri tapdı

22:26

Səmədov karyerasını bərpa etdi

21:23

Azərbaycanda açıq havada idmana icazə verildi - RƏSMİ

19:29

"Zirə" milli üzvü ilə müqavilə yenilədi

18:19

"Keşlə" yeni transferini açıqladı

18:01

Bakıda çempion olan güləşçi öldürüldü

17:39

UEFA klublarımıza neytral meydanda oynamağı təklif etdi

17:23

"Səbail" braziliyalı futbolçu ilə yolları ayırdı

17:15

"Real"ın futbolçusu koronavirusa qalib gəldi

16:41

Premyer Liqa: Əvəzetmə sayı ilə bağlı qərar ləğv olundu

16:22

"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

16:10

Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi

15:59

"Qarabağ"ın futbolçuları bu gün koronavirus testindən keçəcək

15:43

Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

15:24

Azərbaycanlı futbolçu koronavirusa yoluxdu

14:24

"Roma" MY-nin müdafiəçisini alır

14:21

UEFA Azərbaycan klublarına vəsait ayıracaq

13:59

Döyüşə qondarma bayraqla çıxan erməni idmançı cəzalandırıldı

13:37

"Sumqayıt"dan ayrılan futbolçu "Makkabi"də?

13:17

Çempionat yubanır, Byazinin işi çətinləşir - Heyəti necə quracaq?

12:51

Ştuxlik gedəsi olmadı - AFFA-dan rəsmi cavab

12:30

Filip Novak "Fənərbağça"da!

12:06

Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi: "Ukraynalıların işinə yarayırıq, bizimkilərin yox"

11:55

Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu

11:09

"Roma"nı məğlub edən "Sevilya" rekord qırdı

10:50

Həftənin oyunçusu adına namizədlər

10:36

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...

10:20

"Sevilya" "Roma"nı üstələdi - VİDEO

10:03

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTOLAR

09:58

Emin Ağalarov "Qarabağ" formasında - FOTO

09:45

"Bayer”ə bir qol bəs etdi - VİDEO

09:32

"Barselona" 4,5 milyon avroya aldığı futbolçuya elə qiymət qoydu ki... - ŞOK RƏQƏM

09:17

Renat Dadaşovun komandası AL-də mərhələdə adladı - VİDEO

09:06

Avropa Liqası: 1/4 finalda görüşəcək cütlüklər

08:54

Ronaldu yeni imicdə - FOTO

01:04

AL: Bütün 1/4 finalçılar bilindi

00:08

Millimizin sabiq baş məşqçisi postundan getdi

06 Avqust 2020
19:56

Çilili forvard "İnter"lə müqavilə bağladı - RƏSMİ

17:54

Daha bir bölgə klubu fəaliyyətini dayandırır?

Facebookdan bizi izləməyi unutmayın.