15:24 08.03.2018 853

"Kəpəz"in futbolçusu: "Biz uduzmağa layiq komanda deyilik"

"Kəpəz”in oyunçusu Tərzin Cahangirovun klubun saytına müsahibəsi

- Qış fasiləsindən sonrakı üç oyunda minimal hesablı məğlubiyyətin ardından "Kəpəz” ötən tur nəhayət ki, qələbə qazana bildi. Əvvəlcə "Səbail”lə matç haqda fikirlərini öyrənək.
- Hələ "Səbail”ə kimi oyunlarda xallar qazana bilərdik. Hətta çempionatda ən güclü rəqiblərimizdən olan "Qarabağ”la görüşdən də xal götürmək mümkün idi. "Neftçi” ilə matçda qolu son dəqiqələrdə buraxdıq, qalib də gələ bilərdik. Bunun üçün imkanlarımız da oldu. "Keşlə”yə qarşı görüşdə də meydanda vuruşduq amma xal götürmək mümkün olmadı. Ona görə "Səbail”lə qarşılaşma bizim üçün vacib idi və maksimum nəticə üçün oyuna çıxmışdıq. Heç-heçə belə sərf etmirdi. Şükür ki, məqsədimizə çatdıq. Uşaqlar ürəklə vuruşdular.

- Komandanın qazandığı qələbədə sənin rolun böyük oldu. "Kəpəz”ə penalti qazandırıb qol da vurdun. Özünü qələbənin memarı hesab edirsən?
-  Xeyr, qələbəmizin memarı tək bir insan yox, bütün komandadır. Baş məşqçidən tutmuş futbolçulara qədər hamının uğurumuzda payı var. Belə azarkeşləri olan komandanın üzvü kimi həmişə qalib gəlməyi istəyirik. Vurduğum qoldan çox stadionda yaşanan atmosfer xoşuma gəldi. Gəncədə oynamaq möhtəşəmdir. Burada oynamaq, azarkeşləri sevindirmək gözəl hisdir. Qolu kimin vurmasından asılı olmayaraq qələbəni komanda qazanır.

- Yeri gəlmişkən, qolu vurandan sonra əlinlə tribunanı göstərdin. Nəyə işarə edirdin?
- Qolumu bizi dəstəkləyən azarkeşlərimizə həsr etdiyimdən onları nişan verirdim. Bu qol onların haqqı idi. Sosial şəbəkələrdə xoş sözlər yazırlar, açığı, çox xoşuma gəlir. Qoy bilsinlər ki, qələbə qazanmağı çox istəyirik. Əvvəlki oyunlarda bəxt də sanki bizdən üz döndərmişdi. Onların görmək istədiyi "Kəpəz” yavaş-yavaş geri qayıdır.

- Qarşıda daha bir çətin oyun var. Keçmiş klubun "Qəbələ”yə qarşı mübarizə aparacaqsınız. Bu görüş haqda nə düşünürsən?
- Çətin oyun olacaq, "Qəbələ” son iki turda uduzub. Aydın məsələdir ki, onlar gedişatı düzəltməyə çalışacaqlar. Amma "Kəpəz” asan təslim olan komanda deyil. Biz də meydana uğurlu nəticə üçün çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdır.

- "Kəpəz”in artıq özünə gəldiyini söyləmək olar?
- Hamı görür ki, komanda mövsümün ilk dövrəsindəki "Kəpəz” deyil. Yunis Hüseynovun gəlişindən sonra klubda çox dəyişiklik baş verib. Bununla elə başa düşülməsin ki, bizdən əvvəl heyətdə olan oyunçular zəif olub.Onda da komandada yaxşı uşaqlar vardı, indi də. Biz uduzmağa layiq komanda deyilik. Meydanda mübarizə aparmağı sevən kollektiv var. Bunu yəqin ki, hamı görür.

- Hər bir futbolçunun arzusu əsas heyətdə oynamaqdır. "Kəpəz”in keçirdiyi son dörd oyundan üçündə ilk "11-lik”də yer almısan. Demək olar ki, artıq yerin möhkəmlənib?
- Əlbəttə ki, "Kəpəz”ə oynamaq üçün gəlmişəm. Bunun üçün də əlimdən gələni edəcəm. Məşqlərdə öz üzərimdə dayanmadan çalışıram. Məşqçidən forma almaq asandır, amma onu qoruyub saxlamaq çətindir. Çalışıram ki, hər oyun əsas heyətdə meydana çıxım. Yeri gəlsə qol da vurum, məhsuldar ötürmə də verim ki, komanda qələbə qazansın. 

Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

25 Sentyabr 2020
21:50

Ayxan Abbasov: "İsmayıla ikinci sarı vərəqə verilməli idi"

21:45

Qurban Qurbanov: "Oyunun gedişatına baxsaq, nəticədən razıyam"

21:15

"Qalatasaray" hücumçusunu icarəyə verdi

21:01

"Qarabağ" 90+5-də qurtuldu, "Sumqayıt" lider oldu

18:15

"Kəpəz"dən növbəti heç-heçə

17:40

Rafael Ağayevin karyerasını davam etdirməsi üçün daha bir stimul

17:17

Daha 3 futbol hakimində koronavirus aşkarlandı

16:48

"Neftçi"nin yeni transferi milli komandaya çağırıldı

16:25

“Qarabağ” “Legiya”nı keçsə...

15:57

Millətlər Liqasında final mərhələsinin vaxtı açıqlandı

15:42

"Neftçi" klubu yeni sponsorla müqavilə bağladı

15:21

Millimizin baş məşqçisi federasiya prezidenti oldu

14:54

Federasiyaya prezident seçkiləri təxirə salındı

14:23

FIFA nizamnaməni pozan assosiasiyaya cəza verdi

14:04

"Neftçi" - "Qəbələ" matçı Rəhim Həsənova tapşırıldı

14:02

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:24

“Neftçi” – “Qəbələ” - 53-cü duel

12:57

Millimizin baş məşqçisi əməliyyat olundu

12:39

"Qarabağ"ın rəqibi sifariş ərizəsini UEFA-ya təqdim etdi

12:04

Tottinin səsli mesajı qadın futbolçunu komadan ayıltdı

11:57

"Fənərbağça" yeni hücumçu aldı

11:47

"Qarabağ"ın oyununa hakim təyinatları açıqlandı

11:32

"Legiya" - "Qarabağ" matçının saatı açıqlandı

11:24

Rumıniya klubu məğlubiyyətə görə Əliyar Ağayevi günahlandırdı

10:43

Dünyanın ən varlı futbolçusunun yeni klubu müəyyənləşdi - 28 milyardı var

10:26

Türkiyə millisinin sabiq üzvünü öldürmək üçün killer tutan arvadına şok cəza - FOTOLAR

10:02

"Qarabağ"a qarşı mövsümün ən vacib oyununa çıxacağıq"

09:40

"Legiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı

08:20

Loranı görənlər sörfinqi sevir - FOTOLAR

01:38

Avropa Liqası: Pley-offun bütün cütləri müəyyənləşdi

01:08

Avropa Liqası: "Qarabağ"ın rəqibi bilindi, "Beşiktaş" uduzdu

00:26

UEFA Superkuboku: "Bavariya" əlavə vaxtda sevindi

00:21

Azərbaycan Premyer Lİqasında hakim təyinatları açıqlandı

00:03

Əliyar Ağayev qovdu, meydan sahibləri uduzdu - VİDEO

24 Sentyabr 2020
22:28

Dieqo Qodin A Seriyasında klub dəyişdi

20:41

Azərbaycan millisinin oyun günləri müəyyənləşdi

18:56

Millətlər Liqasının finalının keçiriləcəyi tarix açıqlandı - RƏSMİ

18:40

Dünyanın ən yaşlı futbolçusu elitada rekord qırdı

18:25

"Fənər" tanzaniyalı hücumçu gətirir - RƏSMİ

17:34

Gənclər Liqasının formatı dəyişdi

17:16

UEFA prezidentindən azarkeşlərlə bağlı açıqlama

16:53

"Çelsi"nin forvardı getmək istəyir - SƏBƏB

16:35

"Qarabağ"ın heyətində itki

16:09

Yeni mövsümün püşkü atıldı

15:50

I Divizionda yeniliklər

15:36

"Qarabağ" və "Legiya"nın şansları bərabərdir"

15:14

Elxan Məmmədov UEFA-ya hesabat verdi

14:53

Fitnes zalları necə fəaliyyət göstərəcək? - Nazirlik açıqladı

14:32

UEFA Mahir Emrelinin cəzasını açıqladı

14:16

"Keşlə"yə qarşı 20-ci oyun

13:59

Futbolçu "Neftçi"nin xahişi ilə millimizdən kənarlaşdırıldı

13:45

"Çelsi" 25 milyonluq transferi açıqladı

13:36

"Sabah"ın baş məşqçisi dəyişdi

13:07

U-19 millimizin heyətində dəyişiklik

12:21

Azərbaycanlı idmançının beynəlxalq turnirdəki medalı əlindən alınır

11:59

TƏBİB: İdman sahəsində dopinqdən istifadə mütəmadi hal alıb

11:45

Azərbaycan Kubokunun qalibi 39 yaşında futbola qayıtdı

11:24

AGF hakimlərlə qayda pozuntularından danışdı

11:09

Mahir Emrelinin zədəsi ağırlaşdı

10:21

“Qarabağ”ın 7 illik hegemonluğuna son qoyula bilərmi?

09:56

Tətil bitdi, məşqlərə davam

09:38

"Sabah"ın yeni transferi məşqlərə qoşuldu

09:00

Rozi bu gözəlliyi 14 saat məşqlə qoruyur - FOTOLAR

03:21

"Barselona"nın forvardı "Atletiko"da - RƏSMİ

00:50

Çempionlar Liqası: "Mölde" macarlara 3 qol vursa da...

23 Sentyabr 2020
23:43

"Barsa" 18 yaşlı futbolçusuna 400 milyon qiymət qoydu

22:00

Avropa Liqası: "Lex" pley-offa darmadağınla yüksəldi

21:23

Terim: "Hayduk"a qarşı "Neftçi" ilə oyundakı heyəti..."

21:02

Mövsümün ən yaxşısı kim olacaq? - UEFA açıqladı

20:34

"İnter"ə döndüyüm üçün xoşbəxtəm"

Facebookdan bizi izləməyi unutmayın.