10:03 28.09.2019 1937

Nə hörmət qazana bildi, nə də azarkeş sevgisi

İlqar Tağıyev
 
"Neftçi"nin baş məşqçisi Roberto Bordinin adı çəkiləndə nədənsə yadıma Borodino döyüşü düşür. Doğrudan da Bordinlə Borodinonun səslənişində və yazılışında oxşarlıq var. 209 il əvvəl Borodino çölündə fransızlarla ruslar arasında olan döyüşlə futbol mütəxəssisinin nə əlaqəsi? Tarixdə baş verən bütün hadisələr və insanlar arasında zərrə qədər də olsa oxşarlıq tapmaq mümkündür...

Ötən ilin əvvəlində "Neftçi"nin rəhbərliyində dəyişiklik oldu. Əvvəl Kamran Quliyev kluba prezident təyin olundu. Bir qədər sonra isə Quliyevlə "Sumqayıt"da çiyin-çiyinə çalışmış Ceyhun Sultanova klubun idman direktoru vəzifəsi həvalə olundu. Yeni rəhbərlikdən gözləntilər çox idi. Klubun daha da peşəkarlaşması, struktur islahatlar, itirilən azarkeş sevgisinin qaytarılması, düzgün transferlər və ən əsası çempionluq... Yeni rəhbərliyin məqsədi də məhz bunlar idi. Həqiqətən, geridə qalan ilyarıma nəzər salsaq, klubda xeyli iş görüldü, komanda və kollektiv yeniləndi, azarkeşlər də yavaş-yavaş tribunaları doldurmağa başladılar. Qalırdı tək çempionluq, bunun üçün zaman lazım idi. Bu yöndə atılan ilk addımlardan biri komandaya əcnəbi məşqçinin gətirilməsi oldu. Roberto Bordin. Liviya əsilli italiyalı baş məşqçinin dosyesinə nəzər saldıqda, ilk baxışdan seçim doğru görünürdü. Amma Avroliqada yaşanan "Uypeşt" fiaskosu Bordinin bacarığına şübhələr yaratmağa başladı. Üstəlik, ölkənin 1 nömrəli komandası "Qarabağ"ın əlindən çempionluq marafonunu almaq o qədər də asan deyildi. Hər halda, bir oyundakı uğursuzluq hansısa məşqçinin bacarığını əsla şübhə altına salmamalıdı. "Neftçi" rəhbərliyi də belə etdi və yeni məşqçi ilə yola çıxdı.

Ötən mövsümə nəzər salsaq, "Neftçi" həqiqətən çempionata maraq, rəng qatdı. Düşünmək olardı ki, ilk mövsümündə çempionluğu "Qarabağ"dan ala bilməyən Bordin bu il "Neftçi"ni ağ günə çıxaracaq. Bunun üçün rəhbərlik Bordinə lazım olan futbolçuları transfer etdi. Bu gün Premyer Liqa klublarının transferlərinə nəzər salsaq, "Qarabağ"dan sonra ən səviyyəli əcnəbilər "Neftçi"dədir. Voyislav Stankoviç, Baqali Dabo, Stiven Monroz, Yevangelos Platellas, Dario, Mamadu Mbodj, Donald Gerye... Yerli futbolçular da Azərbaycan reallığında xüsusi çəkiyə malikdilər. Emin Mahmudov, Səlahət Ağayev, Namiq Ələsgərov, Rəhman Hacıyev, Rauf Əliyev... Belə "orkestr"ə bacarıqlı maestro lazımdır ki, ortaya normal "simfoniya" çıxarsın. Təəssüf ki, zamanla sübut olundu ki, "Neftçi"nin "maestro"su bacarıqlı deyil. İlk 5 turda yığılan 5 xal və ya itirilən 9 xal, Avroliqada "Bney Yehuda" səddində ilişmə bunu deməyə əsas verir. Təkcə futbol meydanındakı uğursuzluqlarmı?

"Neftçi"nin indiki durumda olmasının bir neçə səbəbi var. Onlardan birincisi Bordinin komandada hörmətinin az olmasıdı. 1-ci turda "Sabah"la oyundan əvvəl adının siyahıya salınmadığı bilən Baqali Dabonun baş məşqçiyə etirazı, daha sonra azarkeşlərə ünvanladığı təhqiredici ifadə, 3-cü turda "Sumqayıt"la oyunun son dəqiqələrində vurulan qələbə topundan sonra Anton Krivotsyukun aranı qatması... Siyahını uzatmaq olar. Sonuncu olay elə axırıncı tura təsadüf etdi. "Keşlə" ilə matçın 35-ci dəqiqəsində Donald Geryenin ikinci sarı vərəqə ilə meydandan qovulmasından sonra (bu da intizamsızlığın bir formasıdı) baş məşqçi məcburi əvəzetməyə əl atdı və Dario Federikonu oyundan aldı. Bundan əsəbiləşən Dario əl-qol hərəkətləri ilə deyinə-deyinə meydandı tərk etdi. Təsəvvür edək ki, "Qarabağ" oyunların birinin lap əvvəlində azlıqda qalır və Qurban Qurbanov futbolçulardan kimisə məcburən əvəzləyir. Bundan qeyzlənən həmin futbolçu əl-qol hərəkətləri ilə məşqçinin qərarına etiraz edir. Mümkün deyil! Çünki "Qarabağ"da hamı Qurbanova və onun qərarlarına hörmətlə yanaşır. Demək ki, intizam var. İntizam isə uğur qazanmaq üçün vacib amillərdən biridir. Təəssüf ki, "Neftçi"də bunu görmürük.

Bordinin özü də aydan arı, sudan duru deyil. Qalmaqala meylli, uğursuzluğu başqalarının üzərinə atmağı sevən birisidir. "Bney Yehuda" ilə cavab oyunundan sonra rəqibin baş məşqçisi Yezef Abuksislə meydanın mərkəzində yersiz dilləşmə buna sübutdur. Daha yaddaqalan bir qalmaqal ötən mövsümün gedişində "Zirə"nin baş məşqçisi Samir Abasovla olmuş və italiyalı buna görə meydandan qovulmuşdu. Bordinin timsalında hakim qərarlarına çılğıncasına etiraz etməyi hər oyunda görmək mümkündü. Baş məşqçi hərəkətləri ilə futbolçulara nümunə olmalıdı. Futbolçu özünü apara bilməyən birisindən hansı örnəyi götürə bilər?

İtaliyalının əleyhinə olan amillərdən biri də azarkeşlərin ondan küskün düşməsidi. Ardıcıl uğursuzluqlar komandanın ən böyük azarkeş qrupudan olan "Forza Neftçi"ni dilə gətirdi. Daha bir neqativ hal baş məşqçinin zaman-zaman taktiki səhvlər buraxması və ən əsası yerli futbolçulara güvənməməsidi. Bordinin gəlişinə kimi komandanın əsas heyətində yer alan Namiq Ələsgərov, Rəhman Hacıyev, qısa zamanda özündən söz etdirməyi bacaran gənc Ömər Buludov daha çox ehtiyatda qalırlar. Eyni sözlər bəzi legionerlərə də aiddi. Ötən mövsüm əsas heyətdə özünü sübut edən Mamadu Mbodj bu mövsüm bir oyunda da meydana çıxmayıb. Təbii ki, bunlar komandada daxilində narazılıq yaranmasına səbəb olur.

Qısası, Bordin "Neftçi"də olduğu müddətdə nə futbolçular arasında düz-əməlli hörmət sahibi oldu, nə də azarkeşlərin sevgisini qazandı. Üstəlik, rəhbərliyin ona olan ümidlərini də heçə endirdi. Çempionluq üçün mübarizəyə başlayan komanda 6-cı pillədə qararlaşıb. 5 turda lider "Qarabağ"dan 10 xal geridə qalmaq əsl faciədi. Hansısa fors-major hadisə baş verməsə, "Qarabağ" bu il də çempion olacaq. "Neftçi"nin isə bu gedişlə Avroliqaya düşməmək qorxusu var. İndiki halda...

Tarixdə bütün hadisələr və insanlar arasında bir oxşarlıq tapmaq mümkündü. 1812-ci ildə Fransa imperatoru Napoleon Bonapart Rusiyanı işğal etmək üçün yürüşə çıxmışdı. Ruslarla ilk böyük qarşıdurma həmin ilin 7 sentyabrında Borodino kəndi yaxınlığında baş vermişdi. 12 saatlıq ağır döyüşlərdən sonra qalib gələn olmasa da, Rusiyaya böyük ümidlərlə hücum etmiş Napoleon anlamışdı ki, müharibədə uduzan tərəf o olacaq. Fransız imperator hiyləgərlik edərək bir neçə dəfə Rusiya çarı Aleksandra elçi göndərərək sülh sazişi imzalamağı təklif etmişdi. Təbii ki, öz şərtləri ilə. Aleksandrdan cavab çıxmamışdı. Müharibədə məğlub olacağını anlayan Napoleon üçün ən yaxşı variant işğal planından əl çəkmək idi. Lakin hikkəsi buna imkan verməmiş və sona kimi getmişdi. Nəticəsi hamıya məlumdu. Bəzi tarixçilər Napoleonun məğlubiyyətinin səbəblərini soyuq hava ilə əlaqələndirirlər. Əslində isə qüdrətli Napoleon ordusunun məğlub olmasına ordudakı intizamsızlıq, döyüşçülər arasında ayrı-seçkilik və aclıq səbəb olmuşdu. Hətta orduda hannibalizm hallarının baş verdiyini sübut edən faktlar mövcuddu.

Çempionluğu hədəfləyən Bordin də artıq məğlub olduğunu yaxşı bilir. Amma hikkəsi bunu qəbul etməsinə mane olur. Güman ki, baş məşqçi mövsümün sonuna kimi komandada qalmaq, başqa sözlə, müharibəni sona kimi aparmaq istəyir. Napoleona "dur" deyən yox idi. Bəs Bordinə?

Qayıdaq "indiki hala". Bordin "Neftçi"dən 2 halda gedə bilər. Ya məşqçi özü istefa verməli və müqaviləsinin sonuna kimi ona çatacaq məbləğdən imtina etməlidi. Bu, o qədər də inandırıcı görünmür. Bayaq qeyd etdiyim kimi, eqosu var. Üstəlik, çempionluq, uğur olmasa belə müqavilədə nəzərdə tutulan pulu qəpiyinə kimi alacaq. Ya da srağagün toplantı keçirən və Bordindən uğursuz nəticələrə görə hesabat tələb edən Müşahidə Şurası onu istefaya göndərməlidi. Bu halda təbii ki, baş məşqçiyə təzminat ödəniləcək. İndiyə kimi görülən işlərin, rəhbərlik tərəfindən edilən transferlərin fonunda ziyanın yarısından da qayıtmaq xeyirdi. Çempionluğun olmayacağı dəqiqdi. Heç olmasa, intizamı, özünəinamı, azarkeş sevgisini qaytarmaq olar, gələn mövsüm üçün hazırlıqlara indidən start verilər. Bu gün "Neftçi"nin "Qəbələ" ilə oyunda qalib gəlməsi də vəziyyəti dəyişməyəcək. Müharibədə məğlub olacaqsansa, döyüşdə qalib gəlməyin nə mənası?

"525-ci qəzet"
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2020
17:17

"De Bröyne dünyanın ən yaxşı yarımmüdafiəçisidi" - Quardiola

16:58

Fariz Nəcəfov: "Tələsik qərarlara ehtiyac yoxdur"

16:16

PL-də ayın ən yaxşı oyunçusu adına namizədlər: "Liverpul"dan heç kim yoxdu

15:52

"Qarabağ"dan ayrılan futbolçu Azərbaycanla vidalaşdı

15:50

"Qəbələ"nin prezidenti açıqladı: Baş məşqçi kim olacaq?

15:27

Nurməhəmmədov dünyasını dəyişdi

15:09

"Həbiblə döyüşdə Qetjiyə azarkeşlik edəcəm"

15:01

"Barselona"nın futbolçuları Xaviyə müraciət etdilər

14:29

Serena Uilyams 2 yaşlı qızı ilə birlikdə məşq etdi - FOTOLAR

14:27

AFFA-nın Roy Kinə təklif etdiyi məbləğ açıqlandı

13:36

"Liverpul" "Arsenal"ın antirekordunu təkrarladı

13:05

"Atletiko"nun yeni forması - FOTO

12:45

"Sabah"ın yeni baş məşqçisi məlumdu - ÖZƏL

12:42

Aygün Kazımovanın qızı braziliyalı futbolçu ilə əylənir - VİDEO

12:38

Vaqner Lav Qazaxıstan klubunda!

12:33

Zidan Messinin "Barselona"dan ayrılmasını istəmir

12:16

"Qəbələ"nin legioneri Azərbaycanı tərk etdi

12:03

Alisa Şmidt gözəlliyini belə göstərdi - FOTO

11:48

"Bavariya"nı "Liverpul"a dəyişir

11:33

"Sabah" baş məşqçisini istefaya göndərdi

11:30

Sane rəsmən "Bavariya"da - FOTOLAR

11:14

Roy Kin Azərbaycanda yaşamaq istəmir

10:57

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

10:53

"Barsa" Xavi ilə razılaşdı - ƏMƏKHAQQI AÇIQLANDI

10:10

Messi "Barselona"dan ayrılır

09:58

"Napoli" də "Atalanta" ilə bacarmadı - VİDEO

09:52

Ramos "Real"a 3 xal qazandırdı - VİDEO

09:15

"Mançester Siti" "Liverpul"u darmadağın etdi - VİDEO

00:05

Millinin qapıçısının qızı narkotik alverinə görə saxlanıldı

02 İyul 2020
23:12

"Qarabağ"ın ispanları getdilər

22:15

Bundesliqa: Son turun ən yaxşı 5 qolu - VİDEO

21:30

MY və MS istəyir, "Barselona" satmır

20:25

La Liqa: "Real" növbəti matçına çıxır

19:10

Quardiola onları "Mançester Siti"nin heyətində görmək istəyir - ADLAR

18:15

Fransız futbolçu Messiyə dediklərinə görə üzr istədi

18:06

AFFA yeni mövsümün hakimlərini təsdiqlədi

17:44

Zidan Manedən əl çəkmir

17:24

"1.50 metr boyunda olan yarım-autistik uşaq" - Dünya çempionundan Messinin ünvanına ağır sözlər

16:51

Çempionlar Liqasında yeni mövsümün tam təqvimi açıqlandı

16:19

Emeri İtaliya A Seriyasında?

15:53

Naqatomo vidalaşdı, göz yaşlarını saxlaya bilmədi - FOTOLAR

15:38

"Mançester Siti", yoxsa "Liverpul"?

15:14

"Müştərimin "Qarabağ"a keçmək variantı realdı"

14:57

Superkubok ləğv edildi

14:35

Atasına sarıldı, sevinc göz yaşlarına boğuldu - Pyaniç "Barsa"ya transferini belə qeyd etdi (VİDEO)

13:52

Kubokun finalında qalmaqal: Azarkeşlər sosial məsafəni pozdu, oyun dayandı - FOTOLAR

13:20

"Barselona" yeni baş məşqçisini açıqladı - RƏSMİ

12:55

Rus futbolçu "Qarabağ"a "pul oxudu" - GƏLİR?

12:42

İstefanın bir addımlığında: "Barselona"nın futbolçuları baş məşqçiyə qarşı

12:29

"Qarabağ" yeni transferini açıqladı - FOTO

12:01

Cey Ar Smit və Lebron Ceyms yenidən komanda yoldaşı olacaqlar - RƏSMİ

11:48

Ronaldu ilə sevgili olduğunu deyən gözəl çılpaq FOTOsunu paylaşdı

11:37

Klopp: "Mənə çempion koridoru lazım deyil"

11:34

"Arsenal" və "İnter" Qrizmann uğrunda mübarizə aparır

11:04

Milan belçikalını aldığı qiyməti açıqladı - RƏSMİ

10:53

"Beşiktaş"ın sabiq "Qarabağ"lıya təklif etdiyi məbləğ açıqlandı

10:25

Sane artıq Münhendədi - Tibbi müayinədən keçdi

10:20

Azərbaycanlı mütəxəssis ərəblərlə yeni müqavilə imzaladı - FOTO

09:55

"Milan" xal itirdi - VİDEO

09:35

"Arsenal"dan dörd cavabsız qol - VİDEO

09:20

"İnter"dən darmadağın - 6:0 (VİDEO)

09:00

Beş qol vuruldu, "Çelsi" uduzdu - VİDEO

08:20

Soldatova gözəlliyinin dəyərləndirilməsini istədi - FOTOLAR

00:35

"Roy Kin AFFA ilə razılaşsa, səxavətlə mükafatlandırılacaq"

01 İyul 2020
22:35

Mario Qomesin vurduğu ən yaxşı 5 qol - VİDEO

21:30

"İnsanlar indi bizim ağrılarımızı başa düşməyə başlayırlar" - Anri

19:47

Gerye "Qarabağ"a qayıtdı - ÖZÜ DEDİ

19:10

"Mançester Siti"dən ayrılır - Quardiola təsdiqlədi

18:15

"Arsenal"da yeni müqavilə - FOTOLAR

17:37

"Borussiya"nın yeni forması - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image