15:13 17.02.2020 822

Qara Qarayev: “Mənim “Qarabağ”a borcum var”

"Qarabağ” oyunçusu Qara Qarayev modern.az saytının "Qarabağ söhbəti” layihəsinə müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.
 
- Çox zaman futbolu siyasətə qatırlar, "futbol da bir siyasətdir”deyirlər. Sizcə, bu fikirlər nə dərəcədə doğrudur?
- Düzü, siyasətə marağım olmadığı kimi, münasibətim də yoxdur. Məncə, siyasət daha fərqli oyundur. Futbol siyasətə qarışmaz.

- Amma siyasətə qarışmayan heç nə yoxdur. Siyasəti sevməsək də ondan baş çıxarmaq lazımdır.
- Baş çıxartmaq istəyərəm, amma istəmirəm. Mənə görə, siyasətdə dürüstlük yoxdur.

- Bəlkə, insanların istəkləri dəyişib?! Necə fikirləşirsiniz?
- Doğrusu odur ki, dəyişən zaman deyil. Məncə, insanlar, onların düşüncələri, istəkləri dəyişib. Gənc olsam da, indiki dövrün şərtlərilə ayaqlaşmıram. Ancaq geri qalmaq da mümkün deyil.

- Əslən qarabağlısınız. Klubdakı fəaliyyətinizdən başlayaq.  Necə oldu ki, "Qarabağ” klubunu seçdiniz?
- Futbola gəlməyim asan olmayıb. Ailəm futbolçu olmağıma qarşı idi. Çünki məcburi köçkün olaraq  ailəmin marağı daha çox dolanışığa diqqəti yönəltmək idi. Məşğuliyyətimiz isə heyvandarlıqla bağlı idi. Dədəm də bizim rayonda çox tanınmış çobanlardan olub. Bu gün də dədəmin çobanlıq etdiyini şərəflə səsləndirirəm. Çobanlıq işində bir dürüstlük var.

Ümumiyyətlə, futbolçu olmağıma icazə vermirdilər, sonra gizli-gizli futbolla maraqlanmağa başladım. Ailəmizdə bunu biləndə evdə bir az mübahisə düşdü. Düşünmürəm ki, indi də o düşüncədədirlər. Sadəcə, o vaxt reallığı görüb futbolçu olmağımı istəmirdilər. Futbola başladığım dönəmlərdə qəssab işləyirdim. Bunu hər zaman deyirəm. Futbol sahəsindəki müəllimlərimə, məşqçilərimə bu gün də təşəkkürüm sonsuzdur. Elnur müəllim sağ olsun, elə bir anda mənə kömək etdi ki... Hardasa 3-4 ay oynamağa başladım. Elə oldu ki, mənim məşqlərə getməyə pulum olmadı. Bu o demək idi ki, yarımçıq saxlamalı idim. Mən Elnur müəllimə yaxınlaşıb artıq məşqlərə gələ bilməyəcəyimi dedim. Çünki biz Füzulidən məcburi köçkün olaraq gəlmişdik. Çətin dönəmlər yaşamışdıq. Və bunlar davam edirdi. Hamısını ona söylədim. Həmin vaxt Elnur müəllim məndən davam etməm üçün pul istəsəydi, heç vaxt futbola geri qayıda bilməyəcəkdim.

Onun sayəsində pulsuz olaraq oynamağı davam etdirdim. Düşünürəm ki, o hadisə mənim həyatımda dönüş nöqtəsi oldu. Elnur müəllimin o jesti mənim üçün əvəzsiz borcdu. Qara Qarayev olmağımda həmin anın rolu var. Həmin məqamda Elnur müəllim mənə qarşılıqsız olaraq imkan yaratmışdı. Beləcə, Elnur müəllimlə məşqlərimizi daha 3-4 ay davam etdirdik.

Sonra Türkiyədən "Qarabağ”a məşqçilər korpusu gətirdilər. "Qarabağ”ın oyunçusu olmaq mənim üçün xəyal idi. Biz azarkeş olaraq oyunlara gedirdik. Sonradan elə oldu ki, klub uşaq yığmağa başladı.  Deyirdilər ki, özünə inanan varsa gəlsin,  yoxlanışdan keçsin. Mən də razılaşdım. Elnur müəllimə dedim, o da getməyimə icazə verdi.  Birinci yoxlanışdan "Qarabağ”a düşdüm. Futbol hekayəmiz belə başladı.

- Bizim bir çox futbol klubumuz var. Niyə məhz "Qarabağ” klubu?
- Əvvəla, hər şeydən öncə qarabağlıyam. Füzulidə doğulmuşam. Ancaq o vaxtlar orada oynamaq  mənim üçün xəyal idi. Böyüdükcə düşündüm ki, artıq bu, mənim daxilimdən gələn bir istəkdir. Qarabağlı olaraq o klubun nümayəndəsi olmaq, o kluba fayda vermək, içimdən gələn hiss idi.

Böyüdükcə o hisslərimin adını daha rahat tapa bildim. Bu, sadəcə bir yol idi. Bu yol olmaya da bilərdi. Amma "Qarabağ”da oynamağımla bağlı xüsusi istəyim olub.

- Siz "Qarabağ”a gedəndə orada tanınmışlardan kimlər var idi?
- Əslində "Qarabağ”a 2005-ci ildən  qoşuldum.  O zamanlar tanıdığım adamlar yox idi, sadəcə yoxlanışa gəlmişdim. Həmin vaxt mənimlə birlikdə səhv etmirəmsə, 365 nəfər qeydiyyatdan keçmişdi. Onlardan 2 nəfər kluba seçildi. Biri mən, biri Əli adlı oğlan idi. İndi o zamankı oyunçuların heç biri oynamır. Sadəcə mən pillə-pillə bu mərhələyə gəldim.



- Onlar tab gətirə bilmədilər?
- Bilirsiniz, hər birimizin qarşında bir şans var. O şansın arxasında da böyük əziyyətlər, istəklər, xarakterlər durur. Təbii, bu başqa mövzudur. Amma bəzən şans elə bir anda elə bir yerə gətirib çıxara  bilər ki, hər şey fərqli olar. Biz buna idman şansı deyirik. Baxın, məndə o baş verdi. Düşünürəm ki, müəyyən yerə gəlmək üçün o şansla bərabər daha çox çalışırdım. Baxmayaraq ki, 28 yaşım var, çox əziyyət çəkmişəm. Heç bir şey asan əldə olunmur.

- Xaricdə keçirilən oyunlarda sizin üçün daha çox yadda qalan məqamları sadalaya bilərsiniz?
- İndi də "Qarabağ”ın oyunçusu kimi bütün atributları evdə qoruyuram. Corab, şortik, mayka,  hər şeyi özüm üçün saxlamışam. Düşünürəm ki, "Qarabağ” olaraq bizim 2017-cü ildə Çempionlar Liqasının qrupuna düşməyimiz həyatımın ən önəmli hadisələrdən biri oldu. Düzdür, qrupda bütün oyunlarda məğlub olduq. Amma qrupa düşməklə biz Azərbaycana o qədər sevinc yaşatdıq ki... Əslində, sözdə deyil, işimdə, əməlimdə vətənpərvərəm. Birinci elim, obam, təmsil olunduğum zona, sonra isə Vətənim. Bu o demək deyil ki, Vətənim mənim üçün ikinci plandadır. Sadəcə, ailə üzvlərim, ya da dostlarla oturanda  Füzulini,  Qarabağ zonasını önə çəkirəm. Amma xaricdə olanda mənim üçün bölgə söhbəti yoxdur. Artıq Azərbaycan və Qarabağ var. "Qarabağ”da oynadığım dönəmdə hər zaman nəsə bir borcum olduğunu düşünürəm, bunu necə ödəyəcəm və neyniyəcəm kimi fikirlər mənə hakim olur. "Qarabağ”  klubu mənə futbol oynamağı deyil, Qarabağı sevməyi, Qarabağı təbliğ etməyi, Vətən , əxlaq məsələlərini, cəmiyyətdə özünü doğru, düzgün aparmaq, insanlara nümunə olmağı öyrətdi. Ona görə də mənim üçün "Qarabağ” klubunun əvəzsiz yeri var. Bunu klubda oynayanların əksəriyyəti bilir.

"Qarabağ”a olan bu borcu qaytarmalıyam. Biz elə bir tarixə imza atmışıq ki, Qarabağın adını idmançı olaraq bütün dünyada tanıtmışıq. Bununla da müəyyən qədər borcumuzu ödəyə bildik. Ümumiyyətlə,  Qarabağı, klubu, idmanı, idmanın faydalarını hər yerdə təbliğ etmək istəyirik. Həyat yolum yəqin ki, bununla tamamlanacaq. Əlimizdən gələni edirik ki, bu yolda ən azından insanlara bir örnək olaq, nəyisə çatdıra bilək. Çünki biz idmanla azarkeşlər arasında əlaqə yaratmağı düşünürük. Bəzən əks təbliğatı da görürük.

Baxın, "Qarabağ” Lüksemburqla oynayır. Biz Qarabağı, Ağdamı təmsil edirik. Amma düşmən orada Qarabağ barəsində təbliğat aparmaq istəyir. Qarabağın kimlə məxsus olduğunu artıq oyun göstərir. Düşünürəm ki, orada ermənilərin göstərdiyi bütün təbliğatların hamısı çirkinlikdən başqa bir şey deyildi.

- Füzuli işğal ediləndə bir yaşınız olub. Amma doğulduğunuz yerləri qəribə şəkildə, 100 il orada yaşamış adam kimi xatırlayırsınız…
- 1992-ci ildə Füzulidə anadan olmuşam. O yerləri  görməmişəm. Müəyyən yaş keçdikcə elə hiss edirəm ki, o yerlərdə olmuşam, küçələrdə gəzmişəm. Bilmirəm, bu bir bağlılıqdırmı, yoxsa, bir çağrıdırmı? Məni başa düşməyiniz üçün  gərək 1 milyon qaçqını danışdırasınız. O zaman biləcəksiniz ki, biz nələr çəkirik. Çox istəyirəm ki, yay vaxtı  doğma vətənimə gedim, amma bu mümkün deyil.

- Sizinlə bərabər klubunuzda əcnəbi futbolçular da oynayır. Maraqlıdir, Qarabağ mövzusunu necə qarşılayırlar?
- Dünyada torpaq, Vətən problemi yaşayan xalqlar çoxdur. Məsələn, götürək bosniyalıları. Onlar da bizim kimi eyni taleyi yaşayıblar. Bosniyalı oyunçu İbrahim Şehiçlə söhbət zamanı həmişə biri-birimizi yaxşı anlamışıq. Şehiçin atası müharibədə dünyasını dəyişib.

Demək istəyirəm ki, torpaq məsələsində əqidə, dini baxış olaraq bizə yaxın olanları vardı. Amma  braziliyalı, ispaniyalı futbolçular bu məsələdə yabançıdırlar. Çünki onlar müharibə görməyən idmançılardır. Bosniyalı Şehiç və biz bu müharibələrin mərkəzində olmuşuq.

- "Qarabağ” klubunda Qarabağ necə təbliğ olunur?
- Bütün respublika əhəmiyyətli günlərdə məşqlərimizə başlayan zaman baş məşqçi iclas edir.
Həmin tarixin önəmini danışır və günün Qarabağ üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayır. Klub olaraq önəmli tarixi günlərimizin təbliğatı aparılır. Bizim üçün öncə Qarabağdı, sonra şəxsimiz.

- Nə zamansa fikrinizdən keçibmi ki, təbliğat məsələsində idmançı olaraq ələ düşən fürsətdən istifadə edəsiz?
- Bu məsələlər planlaşdırmaqla olmur, zaman özü yardımçı olur.  Zaman bizə fürsət verirsə, biz o fürsətdən istifadə edirik. Məsələn, biz "Atletiko” Madridlə oynayan zaman oyunun kapitanı var idi. Ölkəmiz və Qarabağ  haqqında o qədər xoş sözlər dedi ki...

Bu da bizə sayğılarının olduğunu göstərdi. Oyun boyunca üzərimizə düşən işi hər fürsətdə təbliğ edirik. Bəzən danışmaq, kimlərəsə nəyisə başa salmaq, nəyisə göstərmək bizim işimiz olub.

- Sizin bu formada təbliğat aparmanıza düşmən tərəf necə baxır?
- Bizim üçün düşmən tərəfinin neqativ ya da pozitiv nəsə deməsi önəmli deyil. Mənim üçün qarşı tərəf yoxdur. Məsələn, "Düdelanj”la oyunda Lüksemburqun idman naziri bizdən üzr istədi. Düşünürəm,  elə bir təbliğat etmək lazımdır ki başqa dövlətin idman naziri rəqibdən üzr istəməsin. Biz belə təbliğatlat aparmamalıyıq. Biz açıq, şəffaf təbliğat aparmalıyıq. Hərdən də düşünürəm ki, bizim təbliğata ehtiyacımız yoxdur. Bizdə hər şey göz qabağındadır. Daha çox həqiqətləri işimizlə əməlimizlə tanıtmalıyıq.

Hesab edirəm ki, haradasa xüsusi bir şey edib dünyaya çatdırmaqdansa, bir fikir, tarix ortaya qoyub dünyanı cəlb etmək daha faydalıdır. Çünki bir çox ölkələr artıq reklam olunan nəyəsə fərqli yanaşır. Harada işin sübutu varsa, ona daha ciddi və qəbuledilən yanaşılır. Düşünürəm biz gənclər özümüzü o kateqoriyaya aid etməliyik. Təbliğatımızı  daha çox sübutlar, təhlillər üzərində qurmalıyıq. Qeyri-etik danışmaq bizə yaraşmaz.

- Maraqlıldır, bir futbolçu, vətəndaş olaraq Qarabağın azadlığını necə görürsüz? Sizcə, hansı yolla Qarabağ azad oluna bilər? Sülh, yoxsa müharibə?
- Ümumiyyətlə sülh ən yaxşısıdır. Hər zaman sülhün tərəfdarıyam. Müharibədə insanlar məhv olacaq. Mənə görə dünyanın xilası sülhdədir. Düşünürəm ki, o torpaqları da almaq üçün  Azərbaycanda lazımınca qeyrətli və döyüşkən oğullarımız, canından keçəcək əsgərlərimiz var. Müharibə yolu ilə də məsələni həll edə bilərik. Amma yenə də sülh yolu ilə geri qaytarılmasının tərəfdarıyam.

- Maraqlı bir məqam var.  1992-ci ildə Füzulidə doğulmusuz. Füzuli rayonu isə 1993-cü ildə işğal olunub. Yəni siz Füzulini heç cür xatırlaya bilməzsiniz. Amma Füzulini sanki görmüş kimi danışırsız.
- Fərqli görünə bilər. Çünki o torpaqlarda böyüməmişəm, oraları görməmişəm. Düşünürəm ki, bu hiss mənə vətənimin olmamasından irəli gəlir. Çünki indiki məqamda vətənim mənim ayaqlarım altında deyil. Sadəcə Füzulidə doğulmuşam. Düşünürəm ki,  içimdəki fikir məni ora daha çox cəlb edir, məni daha çox ora aparır. Sözsüz ki, ailəm hər zaman bu mövzuya toxunur. Evimizdə Füzulinin elə bir hissəsi yoxdur ki, o barədə danışılmasın. Mənim də təsəvvürümdə Füzuli əhatəli canlanıb.

5-6 il əvvəl mən də mövzuya fərqli yanaşırdım. Əslində fərqli yanaşmaq yox, dərk edə bilmirdim ki, mən ora getməliyəm, qalmalıyam, yoxsa, burda daha yaxşıyam. Amma müəyyən mənada zaman keçdikcə artıq o sualların cavabını anladım. Məsələn, bu yaxınlarda Cocuq Mərcanlıya getmişdik. Bizim kəndimiz həmin yerdən bir az o tərəfdədir. Mən oranı gözümlə gördüm. O hisslər nə idi, mən də anlamadım. Təmas xəttində yazılıb ki, "olmaz, keçmək təhlükəlidir”. Yəni öz torpağına getmək niyə bu qədər əlçatmaz olsun ki?!..

- Bəlkə dünyanın tanınmış futbolçularına müraciət edib onları kəndinizə aparasınız. İşğal altında olan kəndinizə. Belə bir fikir keçibmi beyninizdən?
- Elə bir fikrim heç zaman olmayıb. Düşünmürəm ki, xarici futbolçularda belə maraq olsun. Açığını deyim, heç vaxt marağım da olmayıb. Hansısa bir idmançıyla münasibətimiz varsa, bu, real ola bilər, mənim dəyər verdiklərimə dəyər verər, hörmətlə yanaşar. Amma tanımadığımız futbolçularla bu ideyanın paylaşılması real görünmür. Münasibətimiz olanlarla bu işi görmək olar.

- Sadəcə bunu kampaniya şəklinə salmaq olar. İstər idmançılar, istərsə də sənətçilər olsun. Onlar çox vaxt belə kampaniyalara qoşulurlar və xalqı arxalarınca apara bilirlər.
- Bu kampaniyanın razılığı asan bir şey deyil. Çünki bu kampaniya hansısa bir məktəbə, hansısa təhsil ocağına, hansısa bağçaya ziyarət deyil. Bu kampaniya xüsusi bir işdir. Əslində, bir təkilif olaraq çox yaxşıdır. Gələcəkdə etmək olar.

- Məsələn, sən idmanla məşğulsan, futbol oynayırsan. İndiki uşaqlar arasında sənin kimi olmaq istəyənlər də az deyil. O uşaqların içində vətənə sevgini hiss edə bilirsən? Balaca Qaralar varmı onların içində?
- Düşünürəm ki, uşaqların Qarabağ anlayışı, tərbiyələri, davranışları, cəmiyyətdə özlərini aparmaları ailədən gəlir. İdmançı olaraq düşünürəm ki, lazım olanı uşaqlara verə bilirəm. Olub ki, qarşısına çıxdığım uşaq ağlayıb. Qucaqlamışam. Məncə onu vermişik, artıq o uşaqlar Qarabağın parçası olmağı çox istəyirlər, "Qarabağın oyunçusu olaq, Qarabağda oynayaq, Qarabağın oyunçuları ilə görüşək” kimi idealları var.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

01 Aprel 2020
01:13

Ciddi zarafatlar zamanı

31 Mart 2020
21:55

Avropada oynayan ən yaxşı gənc futbolçu

21:09

Koronavirusa yoluxan məşhur idmançını ələ saldı

20:25

Karantinə alınan voleybolçularımızdan son xəbər

20:05

Aronyanın xanımı vəfat etdi, azərbaycanlı məşhurlar başsağlığı verdi

19:52

Azərbaycanın həbsdə olan məşhur idmançılarından yeni xəbər

19:40

Şəhriyar Məmmədyarov ilk “10-luq”dakı yerini itirdi

19:37

“Sabah” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ödədi - VİDEO

19:34

Altay Əliyev və ailəsi fonda 3000 manat ianə köçürdü

19:30

Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI

18:30

MY 130 milyona alacağı ulduza daha nə vəd etdi? - SON DURUM

18:25

"Tottenhem" bütün işçilərinin maaşlarını azaltdı

17:49

Maykl Cordanın həyatından bəhs edən sənədli film apreldə yayımlanacaq - VİDEO

17:29

Bundesliqada 30 aprelə kimi fasilə olacaq

16:57

Çempionlar Liqasının qalibi oktyabrda müəyyənləşəcək

16:26

Dünya və Avropa çempionunun gözəl qızı Ceyd - FOTOLAR

16:22

Dastin Porye Ferqyusonla döyüşdə Həbibi əvəzləməyə hazırdı

15:57

Həbib Ferqyusonu bu vəziyyətə sala biləcəkmi? - VİDEO

15:36

Çempionatlar nə vaxt başlayacaq? - UEFA-nın təklifləri

15:03

Atası kimi klub prezidenti olmaq istəyir - FOTOLAR

15:02

Kobi Brayantın sonuncu oyununda istifadə etdiyi dəsmal 33 min dollara satılıb

14:27

Evdə iki məğlubedilməz

14:23

"Qəbələ"nin futbolçusu: "Bu, mənim üçün vacib addımdı"

14:18

"İtaliya A Seriyası bərpa olunmayacaq" - Totti

13:57

Karantin qaydalarını pozan futbolçu 150 min funt cərimə ödəyəcək - FOTOLAR

13:32

"Borussiya" oyunçusunun transfer qiymətini azaltmayacaq - 110 milyon avro

12:49

"Xəzər Lənkəran" böyük futbola qayıda bilər - RƏSMİ

12:47

Ronaldu satıla bilər - "Yuventus"da koronavirus böhranı

12:33

"Azərbaycan futbolu məni təəccübləndirdi"

12:15

"Barselona" fransız futbolçu ilə yolları ayırır

12:13

Həbsdə olan Mübariz Mənsimovdan xəbər var

11:38

"Koronavirusu zarafata salanlar axmaqdılar"

11:26

Əmirin Çəhrayı Panterası

11:21

21 yaşlı futbolçuya fantastik məbləğ - Rekord qırılır

10:51

"Real"da da maaşların azaldılacağı gözlənilir

10:20

Ferqyusonla döyüşdə Həbibi Castin Qeyci əvəzləyə bilər

09:47

"Barselona" və "Real"ın marağı ona təsir etmir" - Martinesin meneceri

09:44

"Maaşların azaldılmasını Messi təklif etdi"

09:23

Fransalı jurnalistlər Messidən inqilabçı düzəltdi - FOTO

09:15

Özil ata oldu - FOTO

09:14

Modriç ölkəsi üçün aparat aldı

08:55

Qambiyalı forvard Türkiyədən qaçdı

30 Mart 2020
19:25

"Ferqyusonla döyüşün baş tutmaması böyük bir faciə deyil" - Həbibin atası

18:30

"Neymar önəmli oyunçudu, amma əvəzedilməz deyil"

17:54

NBA-da mövsümün ən həlledici basketləri - VİDEO

17:31

Noyer 4 illik müqavilə tələb edir, "Bavariya" razılaşmır

16:54

Həbib: "İstənilən rəqiblə döyüşməyə hazıram, sadəcə məkanı və vaxtı deyin"

16:23

Tokio olimpiadasının yeni tarixi rəsmən açıqlandı - YENİLƏNİB

16:21

"Barselona" futbolçularından örnək addım: Maaşlarının 70% azaldılmasına razılıq verdilər

16:20

Slavço Georgievski: "Bu məsələ hələ də mənə əzab verir"

16:11

"Karateçi qız obrazını ustalıqla canlandıraram" - MÜSAHİBƏ+FOTOLAR

15:37

Martinesin "Barselona"ya transferi baş tutmaya bilər

15:16

Fatih Terim xəstəxanadan buraxıldı

14:57

"Real"ın ulduzu bu modelə görə ailəsini tərk edib - FOTOLAR

14:50

Koronavirusdan sağalan oyunçuların xəstələrə qan verməsi istənilir

14:32

"Futbol üçün çox darıxmışam" - "Barselona"nın ulduzu

13:56

"Uimbldon" da ləğv olunur

13:33

1xBet’in yeni Winning Games aksiyasında PlayStation 4 Pro qazanın!

13:30

Koronavirus PSJ-yə baha başa gələcək

12:53

Çempion arvadı necə döymək lazım olduğunu canlı yayımda göstərdi - VİDEO

12:39

Quardiola fransız futbolçunu komandasında görmək istəyir

12:14

"Ferqyusonla döyüş Səudiyyə Ərəbistanında keçirilməyəcək" - Həbibin meneceri

11:58

Serxio Ramosla "Real" arasında fikir ayrılığı yaranıb

11:26

Mourinyunun rəmzi komandasında kimlər var? - SİYAHI

11:10

Ronaldo karantin qaydalarını pozdu

10:54

Premyer Liqa oyunları xüsusi təcrid düşərgələrində keçirilə bilər

10:30

Rəşad Sadıqovdan koronavirusla mübarizəyə kapitansayağı dəstək

10:25

“Hop elədim”lə tullanmağın fərqi

10:10

İnsanları evdə qalmağa çağırdı, özü avtomobil qəzası törətdi - FOTOLAR

09:56

"Spartak"ın prezidentinin qızı belə şəklə düşüb - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.