14:01 10.03.2018 1091

Rəfiyev pul qazandığı futbolçulara qarşı: “Sumqayıt”ı təyinatından sonra “bəyənib”

Daha heç nə. "Prezident” sözü bu qədər ucuzlaşdısa, deməli, ölkədə futbol heç kimə lazım deyil. İndi futbol bir qrupun əlində qazanc vasitəsi, dost-tanışı başına toplayıb, ciblərini doldurmaq imkanıdı.
 
"Sumqayıt” futbol klubunda Müşahidə Şurasının növbəti iclası keçirilib. Gözlənildiyi kimi, Riad Rəfiyev təsisçilərə təqdim edilib və o, prezident təyin olunub. Göndərən AFFA, rəsmiləşdirən də elə AFFA-dı.
 
Vaxtilə "Neftçi”nin rəhbəri olmuş Rasim Rəfiyevun oğlu Riad Qurban Qurbanovun milli komandaya gəlişi ilə kənarda qalmışdı. O, uzun illərdi millinin meneceri kimi çalışan Rəfiyevi öz komandasında görmək istəməmişdi. İşi-gücü futbolçu transferi ilə məşğul olmaq, onlardan qazanc götürmək olan yeni prezident vəzifə səlahiyyətlərindən sui-istifadə edirdi. Azərbaycana gətirilərək milliləşdirilən onlarca bacarıqsız əcnəbinin transferində də bu şəxsin imzası var.
 
Baş katib Elxan Məmmədovun dostu, tərcüməçisi, yığmadakı "qulağ”ı olan Riad bəy "Sumqayıt”a da hamisinin dəstəyi ilə gəlib. Kamran Quliyevin "Neftçi”yə göndərilməsindən sonra kluba nəzarət başqasına keçməsin deyə, öz adamını bura yerləşdirmək Məmmədov üçün prioritet hədəf idi. Zaur Hacıməhərrəmov variantı alınmayandan sonra Riad ön plana çıxdı və təyinat reallaşdı.
 
Bəlkə də uğurlu təyinatdı – işini görmədən qiymət vermək olmur. Lakin idarəçilikdə heç bir təcrübəsi olmayan, həmişə yalnız futbolçulardan faiz tutmaqla məşğul olan birinin Sumqayıt boyda şəhərin komandasına rəhbərlik etməsi asan olmamalıdı. Üstəlik, baş məşqçi Samir Abasov komandanı avrokuboklara bu qədər yaxınlaşdırmışkən "Sumqayıt”ın daha ağıllı idarə edilməsinə ehtiyac var.
 
Avropa Liqasına vəsiqə uğrunda mübarizədə "Sumqayıt”ın əsas rəqibi "Neftçi”di. Bu, həmin komandadı ki, dünənədək Rəfiyev o komandanın bazasında yatır, futbolçu satıb, pul qazanırdı. İndi də Namiq Ələsgərov,Elnur Cəfərov və Rəhman Hacıyevin şəxsi meneceri Riaddı. Və bu futbolçular maaşlarından faiz verdikləri Rəfiyevlə rəqibdilər. Bu məqam sabah şübhəli oyunların ortaya çıxmasında ciddi rol oynaya bilər.
 
Maraqlıdı ki, Rəfiyev bəlkə də son günlərə kimi bu variantı heç ağlına gətirmirmiş. O, təyinatından yalnız bir neçə saat sonra bu klubla maraqlanıb. Dünən 21.40-da isə Riad "Sumqayıt”ın feysbuk səhifəsini izləyərək bəyənib. Yəni, "tanışlığa başlayıb”.


 
Yəni prezident kreslosu bu qədər alçaqdadı ki, hər yoldankeçən ora əyləşə bilir?
 
Mənbə: futbolinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2020
23:27

Fərid oynadı, bəs Samir hanı?

23:22

Nicat yenə qol vurdu, komandası...

23:16

"Traktor" qələbə qazandı

22:15

"Barselona"da növbəti ayrılıq

21:30

Pelleqrini yenidən La Liqada?

20:26

Azərbaycanlı futbolçu Estoniyada kubok qazana bilmədi

20:25

"Fənərbağça" "Barsa"nın iki futbolçusunu birdən transfer edir

19:10

A Seriyası: "Yuventus" "Torino"ya qarşı, "Milan" "Latsio" səfərində

18:55

"Qalatasaray"ın Arda Turan planı açıqlandı

18:20

Kalates "Panatinaikos"dan ayrıldı - "Barselona"ya keçir

17:54

"Keşlə"də yeni müqavilə

17:35

La Liqa: "Real" "Atletik"ə, "Barselona" "Vilyarreal"a qarşı

17:19

Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

17:00

"Real"ın ulduzu "Atletik"lə oyunu da buraxacaq

16:13

"Neftçi"dən ayrılan futbolçu: "Bu, yaxşı vidalaşma deyil"

16:01

Narkotikdən imtina edən Maradona içkiyə qurşanıb

15:51

Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama

15:28

PL: "Arsenal" "Vulverhempton" səfərində, "Çelsi" "Uotford"a qarşı

15:22

İngilis mütəxəssis Azərbaycanı tərk etdi

14:41

Ermənistan futbolunda qalmaqal: 58 nəfər oyun alqı-satqısında günahlandırılır

14:17

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTOLAR

13:58

"Messi və Ronaldu "Yuventus"da? Möhtəşəm olardı"

13:24

"Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir

12:45

Azərbaycanda daha bir yarış təxirə salındı

12:40

Balotelli karyerasını Argentinada davam etdirə bilər

12:32

"Neftçi" 3 futbolçuyla danışıq aparır - ADLAR

11:58

Elmar Baxşıyev: "Ümid edirəm ki..."

11:44

Sneyder qayıdır - Bu klubdan təklif var

11:34

Mövsümün sonunda futbolla vidalaşacaq

11:13

Donald Gerye: “Qarabağ"a qayıtmaq ən yaxşı variant idi”

10:47

Millimizin futbolçusu cəzalı duruma düşdü

10:33

"Barselona" Qrizmannı "Yuventus"a təklif edib

10:03

Messi "Mançester Siti"də?

09:59

İngiltərə klubu millimizin futbolçusunu istəyir

09:41

De Rossi İtaliya A Seriyasında baş məşqçi olacaq

09:10

"Atletiko"dan üç cavabsız qol - VİDEO

08:20

Vaqner Lavın tərk etmədiyi Lene Pires - FOTOLAR

00:25

Kim gəlir, kim gedir? - Elitanın yay "bazarlığ"ı

00:09

Nağıyev Moldovada tarixə düşdü

03 İyul 2020
23:14

Qazaxıstan çempionatı dayandırıldı

21:30

Holand forma nömrəsini dəyişdi

20:35

Kapitan "Barselona"dan ayrıldı

19:20

"İnter" Sançesə görə 20 milyon avro ödəməyə hazırdı

18:59

"Neftçi"dən ayrılan hücumçu Cənubi Kipr klubunda

18:25

Premyer Liqada ayın məşqçisi kim olacaq? - Namizədlər

17:50

"Barselona"nın futbolçusu üçün mövsüm bitdi

17:17

"De Bröyne dünyanın ən yaxşı yarımmüdafiəçisidi" - Quardiola

16:58

Fariz Nəcəfov: "Tələsik qərarlara ehtiyac yoxdur"

16:16

PL-də ayın ən yaxşı oyunçusu adına namizədlər: "Liverpul"dan heç kim yoxdu

15:52

"Qarabağ"dan ayrılan futbolçu Azərbaycanla vidalaşdı

15:50

"Qəbələ"nin prezidenti açıqladı: Baş məşqçi kim olacaq?

15:27

Nurməhəmmədov dünyasını dəyişdi

15:09

"Həbiblə döyüşdə Qetjiyə azarkeşlik edəcəm"

15:01

"Barselona"nın futbolçuları Xaviyə müraciət etdilər

14:29

Serena Uilyams 2 yaşlı qızı ilə birlikdə məşq etdi - FOTOLAR

14:27

AFFA-nın Roy Kinə təklif etdiyi məbləğ açıqlandı

13:36

"Liverpul" "Arsenal"ın antirekordunu təkrarladı

13:05

"Atletiko"nun yeni forması - FOTO

12:45

"Sabah"ın yeni baş məşqçisi məlumdu - ÖZƏL

12:42

Aygün Kazımovanın qızı braziliyalı futbolçu ilə əylənir - VİDEO

12:38

Vaqner Lav Qazaxıstan klubunda!

12:33

Zidan Messinin "Barselona"dan ayrılmasını istəmir

12:16

"Qəbələ"nin legioneri Azərbaycanı tərk etdi

12:03

Alisa Şmidt gözəlliyini belə göstərdi - FOTO

11:48

"Bavariya"nı "Liverpul"a dəyişir

11:33

"Sabah" baş məşqçisini istefaya göndərdi

11:30

Sane rəsmən "Bavariya"da - FOTOLAR

11:14

Roy Kin Azərbaycanda yaşamaq istəmir

10:57

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

10:53

"Barsa" Xavi ilə razılaşdı - ƏMƏKHAQQI AÇIQLANDI

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image