11:37 27.01.2018 1222

Rəşad Sadıqov: “Milliyə qayıtmaq fikrim yoxdu” - MÜSAHİBƏ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Antalyadakı təlim-məşq toplanışı dünən yekunlaşdı. Yeni tsiklə yeni məşqçinin rəhbərliyi altında hazırlaşan U-21-in qardaş ölkədəki hazırlığının nə dərəcədə faydalı olduğunu rəsmi oyunlarda görəcəyik. Milliylə ötən ilin sonlarında vidalaşan Rəşad Sadıqova veriləcək suallar çox idi. Sadıqovla həm "ehtiyac olsa, sıralarına qayıdıb kömək edərəm” dediyi əsas millidən, həm də U-21-dən danışdıq.

- Öncə Millətlər Liqasında millimizin perspektivi ilə bağlı fikrinizi alaq? 
- Millətlər Liqası bütün komandalar üçün əlavə stimuldu. Bütün millilər aşağı-yuxarı eyni səviyyədədi. Kiminsə digərindən bir balaca üstünlüyü var. Ona görə də hamı istəkli olacaq. Çalışacaqlar ki, sona qədər mübarizə aparsınlar. Püşkün nəticəsinə gəlincə, dürdüncü səbətdən Kosova millisinin düşməsini istəməzdim, daha zəif rəqiblər – San Marino, Cəbəllütariq var idi. Heç kim düşünməsin ki, asan olacaq. Farer adaları da, Kosova da sönuncu dəfə öz qruplarında bəzi komandalara məğlub olsalar belə, mübariz oyun qoyublar ortaya. Fikirləşirəm ki, bizi gərgin və maraqlı mübarizə gözləyir. Bu turnirdə rəqiblərimiz kim olmasından asılı olmayaraq üzərimizdə təzyiq olacaq. Çünki bütün futbol ictimaiyyəti uğur qazanacağımızı gözləyir. Amma asan olmayacaq. Çünki bu cür komandalar daha ambisiyalı, daha mübariz olurlar. Vaxt olub ki, Lüksemburq, Malta, Lixtenşteyn kimi millilərlə oyunda qələbə qazana bilməmişik. Bu oyunlar bizim üçün üstün səviyyəli rəqiblərlə görüşlərdən daha ağır, daha gərgin keçib. Ona görə də, diqqətli oynamalıdı komandamız. Çox ciddi hazırlaşmalıdılar. Önəmlisi də oyunlara psixoloji cəhətdən hazır olmaqdı. 

- "Millidə mənə ehtiyyac olacağı halda, kömək etməyə həmişə hazıram” - demişdin. Hal-hazırda Bədavi Hüseynov zədəlidi. Hüseynovun formasını nə vaxta yığacağı da sual altındadı. Çox güman ki, ehtiyac duyulacaq.
 - Demişəm ki, millinin mənə ehtiyacı olsa və düşünsəm ki, həqiqətən köməyim dəyər, bir-iki oyun köməklik edərəm. Hal-hazırda milliyə qayıtmaq fikrim yoxdu. O mövqe üçün Ruslan Abışov, Elvin Yunuszadə var. Maksim Medvedev də mərkəzdə oynaya bilir. Artıq onların da oynamaq vaxtıdı. Düşünürəm ki, o mövqedə problem yaşamarıq. Həm də bu günlərdə qayıdıb-qayıtmamağım müzakirə mövzusu deyil.



"Artıq bu prosess 19 yaşlılarda da gedir"

 - U-21-də nəsildəyişmə prosesi gedir. Heyətə daha gənc futbolçular cəlb olunur. Nəzərə alsaq ki, dəvət alanların əksəriyyəti 1998/99-cu il təvəllüdlü futbolçulardı, bu addımın növbəti tsiklə hesablandığını düşünmək olar. Klublarda da məşqçilərin əksəriyyəti daha gənc futbolçulara şans vermir. Bu səbəbdən nəsildəyişmə prosesinin mənfi və müsbət tərəfləri nədi? 
- Açığı, deyim ki, nəsildəyişmə prosesi gedir, növbəti tsikli düşünürəm, bu tsikl mənim üçün bitib kimi fikrim yoxdu. Sadəcə, 1996/97 və 1998/99 doğumlu futbolçulardan komanda yaratmaq istəyirəm. O demək deyil ki, bu toplanışa çağırılmayanlar diqqətdən kənarda qalıb və yaxud onların potensialı yoxdu. Hamı nəzarət altında olacaq, hər birini diqqətlə izləyəcəm. Üzərində çalışan hər bir futbolçuya şans verəcəm. Daha gənclərə gəlincə, son dönəmlərdə futbolçu 1996-cı il təvəllüdlü idisə 96-da, 98-disə 98-də oynayırdı. Çox nadir hallarda yuxarı yaşlarda gənc futbolçu görürdük. Son dönəmlərdə futbolçularımızın yetişməsi ilə bağlı ən böyük problemlərindən biri də bu idi. Əksinə, onlara güvənmək, toplanışlara cəlb etmək lazımdır ki, onların nəsli gələndə artıq özlərinin daha güclü, hazır hiss etsinlər. Fikir verin, artıq bu prosess 19 yaşlılarda da gedir. Bu yaş qrupu üzrə yığmaya 7-8 nəfər 2001-ci il təvəllüdlülər dəvət alıb. 2002-lərə 2003-lər çağırılıb. Düşünürəm ki, bu addımları ata-ata gənclərimizə təkan vermiş olarıq. Bu uşaqlara mütləq şans verilməlidi. Mənim özüm 18 yaşımda olimpiya yığmasında, 4 oyun sonra əsas millidə debüt etmişəm. Mənim böyüməyimi gözləsəydilər, bəlkə də perspektivim, potensialım ordaca batıb gedəcəkdi. Ona görə də gənclərə daha çox təkan verilməlidi. O demək deyil ki, 96/97 təvəllüdlülərin futbolu bitdi. Xeyr, onlar A milliyə düşməlidirlər, özlərini orda göstərməlidirlər. Yəni bu prosess ümumi futbolumuzda baş verməlidi. Hər bir məşqçinin rolu olmalıdı bu işdə. İmkan daxilində bu uşaqlara şans verilməlidi. 

- U-21-də Azərbaycanla bağlılığı olmayan futbolçulara güvəniləcək? 
- "Sırf Azərbaycanlılar oynamalıdı” kimi məntiq qalmayıb dünya futbolunda. Mən həmişə tərəfdarı olmuşam ki, ancaq azərbaycanlılardan qurulsun. Bu gün Almaniya millisinə baxsaq, heyətinin yarısı əcnəbidi. Kimisi kiçik yaşda gətirir, kimisi başqa cür. Sonda baxırsan ki, heyətin yarısı əcnəbidi. Çox misal çəkə bilərəm – Fransa, İngiltərə. Bütün millilərdə bu prosses gedir. Düşünürəm ki, hansısa mövqedə çətinliyimiz olacaqsa və yaxud futbolçunun potensialı həqiqətən milliyə faydalı olacaqsa, onda götürərəm. Yox, gəlsin bu gün mənə kömək etsin, nəticə qazanım, sabah isə Azərbaycan millisinə faydası olmasın, bu futbolçulara qarşıyam. Çox olmasının da tərəfdarı deyiləm. Bu gün və sabah futbolumuza xeyir verə biləcək 3-4 əcnəbinin tərəfdarıyam.



"Əks təqdirdə futbolçu nəsli getdikcə kəsiləcək"

 - "Qarabağ” gənclərinin Romadakı matçından sonra "uşaq futbolunda inqilabi dəyişikliklər etmək lazımdı. Azərbaycan futbolu uçruma doğru gedir. Ciddi işlər görülməlidi” demişdin. Amma bu sahədə tərpəniş hiss olunmur. Bu durumda aşağı yaş qrupları üzrə millilərin ciddi nəticə verəcəyi nə qədər realdı? 
- Bəli, dediklərimin arxasındayam. Çünki biz evi damından tikməyə çalışırıq. Təməli olmayan tikilinin dayanıqlığı olmaz. Mən bu fikirdəyəm. Aşağı qayıtmalıyıq – 8, 9, 10 yaşa. Ciddi işlər görülməlidi. Hal-hazırda zəif gedir bu işlər. Dediklərim yığmada yox, klublarda edilməlidi. Bu uşaqlara daha keyfiyyətli, daha sürətli futbol oynamağı öyrətməliyik. Yaxşı mütəxəssislər olmalıdı bu uşaqların üstündə. Biz 16, 17 yaşında hazır futbolçu axtarırıq. Hazır futbolçu gəlməyəcək, əgər biz onu 8, 9, 10 yaşdan yetişdirməsək. Baxın, əvvəllər məhəllə futbolu daha aktiv idi. Mən özüm səhər başlayırdım axşama qədər üç oyun oynayırdım. Sonra gəlib bir saat, saat yarım məşq edirdim. Amma əsas futbolu öyrənmişəm məhəllə futbolunda. İndi bu ənənə demək olar ki, yox səviyyəsindədi. Məcburuq ki, qayıdaq akademiyalara. Aşağı yaş qruplarında ciddi işlər görülməlidi və bu işlərə də ciddi nəzarət olmalıdı. Əks təqdirdə futbolçu nəsli getdikcə kəsiləcək. 

- Müasir futbolda stopper mövqeyi daha önəmlidi. Dəfələrlə açıqlamalarında bu ampulada bizdə futbolçu yetişmədiyini təəssüflə qeyd etmisən. Bu gün də millidə və klublarımızda bu boşluq hiss olunur. Təcrübəli stopper və məşqçi kimi səbəb nədə görürsən? 
- Biz istəyirik ki, birdən-birə mərkəz müdafiəçisi peyda olsun və A millidə oynasın. Mən sizi inandırım ki, 2-3 ilə bu mövqeyə milli səviyyəsində oynayacaq yaxşı futbolçular olacaq. Həmin futbolçular bir balaca çalışsalar və baş məşqçilər onlara güvənsələr inanın ki, millidə yaxşı stopperlər görəcəyik. Gözümlə gördüyümü sizə deyirəm. Anton Krivotsyuku götürək, mən onda böyük potensial görürəm. Düzdü, klubda ona sol müdafiəçi kimi şans verirlər. Bunun özü də təqdirəlayiqdi. Mən özüm də vaxtı ilə dayaq yarümmüdafiəçisi, sağ, sol müdafiəçi kimi oynamışam milli səviyyəsində. Bu gün o da verilən şansdan istifadə etməlidi. Ondan Avropada oynayacaq səviyyədə stopper çıxar. Bəhluldu, Elvin Sərkərovdu, Murad Qayalıdı... Elə digər nəsillərdən də saya bilərəm. Bu ampulaya uyğun, yaxşı uşaqlar var. Sadəcə, onlara güvənib şans verilməlidi ki, oynasınlar. Özümdən misal çəkirəm. Mənə Vaqif Sadıqov, Kazbek Tuayev, Əsgər Abdullayev şans verib. Oynayırdım, səhvlərim də olurdu. Əsas odu ki, güvənirdilər, axıra qədər inanırdılar. 



"Məşqçiyə ən azı 2-3 il şans verilməlidi ki..."

- İndiki məşqçiləri onlar qədər ürəkli olmamaqda qınayırsız? 
- Yox, sadəcə indi klublarda fərqli siyasətdi. Hamı komandadan nəticə tələb edir. Nəticə olmayanda məşqçi göndərilir. Heç kim görülən işə baxmır ki, düzdü ya da yox. Belə olmamalıdı. Məşqçiyə ən azı 2-3 il şans verilməlidi ki, onlar da gənclərə şans versin. Ona görə də məşqçi nəticədən başqa heç nə düşünmür. Bu işlər kompleks şəklində olmalıdı. 

- Məşqçilərə şans verilməlidi deyirsiz, düzdü. "Qarabağ” rəhbərliyinin Qurbanovun sona kimi yanında olması heç kimə sirr deyil. Komandanın bu günkü uğurları göz önündədi. Szin ki şansınız olub, niyə yuxarıda qeyd etdiyimiz kimi müasir futbolda önəmli ampula sayılan "stoper” mövqeyinə futbolçular yetişdirməmisiniz? Vaxt verilməlidi deyirsinizsə, sizin kifayət qədər vaxtınız olub. 
- Əgər o potensialda uşaq olsaydı inanın ki, şans veriləcəkdi. Ad çəkmək istəmirəm amma olub ki, baxmışıq, bəyənmişik sonda klubları buraxmayıb. Sonradan o futbolçular itib-batıb. Əslinda gənc futbolçunun bu günkü "Qarabağ”dan əvvəl bir az başqa klubda oynaması daha məsləhətdi. Digər komandalarda təcrübə toplamaq daha xeyrli olar futbolçu üçün. Bu gün "Qarabağ”da məqsədlər böyükdü. Ampulasından aslı olmayaraq "Qarabağ”a gələn gənc özünü itirə bilər məşqlərdə, oyunlarda. Bu da futbolçunun özünəinamının itməsinə gəlib çıxar. Gənclərə şansvermə prossesi başqa klublarda olmalıdı. Açıq danışaq, bu gün "Qəbələ”nin, "Qarabağ”ın qarşısına böyük məqsədlər qoyulub, hamıda onlardan nəticə gözləyir. Yəni bu klubların avropa gənclərə şans verməsi, heç o gənclərin öz xeyrinə də deyil. Sualınızın cavabına gəlsək, yenə deyirəm, inanıram ki, potensiallı gənc olsa, Qurbanov şans verər. Buna əminəm.

- Bəzi ölkələrdə uşaq futbolunun inkişafı üçün müxtəlif modellər tətbiq olunur. Elə ölkələr var ki, komanda məşqlərindən başqa, bir-birinə yaxın yaş qruplarında ustad dərsləri keçirilir. Məsələn, 2-3 yaş qrupundan hücumçulara ayrı, yarımmüdafiəçilərə ayrı, müdafiəçilərə ayrı təlimlər keçirilir. Bizdə bu metoddan istifadə nə qədər effektiv olar? 
- Romanın 1saat 10 dəqiqəlik məşqinə baxmışam. Həmin müddətdə digər meydençada klubun gənc 17-18 yaşlı hücümçusuna 1 saat fərdi məşq keçirilirdi. Topu sağla al, solla vur, solla al, sağla, vur, başla vur, sinə ilə saxla və sairə. Mən onu bir gün görmüşəm. Bəlkə ona hər gün və yaxud həftədə 3-4 dəfə belə məşqlər keçirilir. Sonra da onlara qarşı oyunlarda fərq bilinir. Bunun üçün də hər klubun yaxşı infrastrukturu olmalıdı, akademiyalarımızda da böyük işlər görülməlidi. Meydançalar olmalıdı. İndividual məşqlər üçün meydançalar vacibdi. Türkiyədə "Beşiktaş”ın bazasında oldum. Cəmi bir dənə meydançası vardı. Onlarda da eyni durumdu. "Beşiktaş” böyük məqsədlər üçün oynayır. Cavanlara şans verə bilmir, hazır futbolçular alır. Çıxış yolu budur ki, infrastruktura diqqət ayrılmalıdı. Akademiyalarda şərait baxımından problem olmamalıdı. Meydançalar, trenajor zalları, analiz otaqları, fərdi məşqçilər, qrup məşqçiləri olmalıdı. Bütün bunlar olmasa, bizə çox ağır olacaq.

Əli Sahib
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2020
01:16

Ukrayna Kubokunu "Dinamo" qazandı

00:47

"Latsio"nun futbolçusu 4 oyunluq cəzalandırıldı

00:01

Türkiyə Superliqası: "Qalatasaray"a divan tutdular

08 İyul 2020
22:23

Nağıyev uduzdu

22:20

"Bu necə qol olmadı?" deyəcəyiniz 10 epizod - VİDEO

21:30

"Bu barədə danışsam, mənim üçün problem yaranacaq" - Mourinyu

20:15

Eden Azar yenə oynamayacaq? - SON DURUM

19:05

"Tottenhem"in futbolçusuna ağır cəza - Azarkeşlə dalaşdığına görə

18:20

8 ay Azərbaycandan ayrı düşmüş məşqçi: “Səfirlikdən bizə yardım edilməyib”

18:10

Vaqner Lav rəsmən Qazaxıstan klubunda

17:28

Puarye meydan oxudu: "Qetjini yenə əzişdirərəm"

17:18

"Layptsiq" yeni transferini açıqladı

17:00

Anridən sonra bunu bacaran ilk "Arsenal"lı - Obameyanq

16:20

"Neftçi" Hacıyevin müqaviləsini uzatdı, icarəyə verdi

16:16

Vitali Kliçkonun 15 yaşlı oğlu 198 sm. boya malik Vladimirdən uzundu - FOTO

16:09

"Qarabağ"ın Çempionlar Liqasına hazırlaşacağı məkan bilindi

16:04

Azərbaycan millisinin futbolçusu "Zenit"də - RƏSMİ

15:54

Klubu məşhur almanı "su qiyməti"nə satır - SƏBƏB

15:48

Dünya çempionu "Formula 1"-ə qayıtdı - RƏSMİ

15:05

"Barselona"da yeni müqavilə

14:44

Balotellinin yeni imici - FOTO

14:23

"Türkiyə futbolu Azərbaycandan da aşağı səviyyəyə düşəcək"

14:10

Nigeriyalı hücumçu "Qəbələ"dən ayrılır

13:30

Avropa nəhənglərinin transfer hədəfi "Çelsi"yə keçir

13:27

PFL "Neftçi" və "Keşlə"ni mükafatlandırdı

13:02

Mahir Emreli: "Kifayət qədər yaxşı olmadığımı söyləyə biləcək yeganə insan..." - FOTO

12:40

Quardiola: "Belə oynasaq, "Real" bizi mübarizədən kənarlaşdıracaq"

12:11

Kamal Quliyev: "Keşlə"də işləməyə razılıq vermişəm"

12:00

"Yuventus" və "Mançester Siti" onun uğrunda mübarizə aparır

11:51

Flavinyo: "Azərbaycanda insanlar mənə başqa cür baxırdılar"

11:40

Millimizin futbolçusu koronavirusa yoluxub?

11:28

AFFA İK-nın videokonfransı olacaq: Millinin baş məşqçisi müzakirə ediləcək

11:13

Qurban Qurbanov və oğlu mövsümün ən yaxşı futbolçusunu açıqladı

11:06

"Barselona" Qrizmannla bağlı qərarını verdi

10:47

18+ film ulduzundan şok açıqlama: "Otelə gəldik, onlar yatağa sərildi..." - FOTOLAR

10:30

"Mən həm prezident, həm oyunçu, həm də məşqçiyəm" - İbrahimoviçdən iddialı açıqlama

09:56

"Atletiko" xal itirdi - VİDEO

09:47

"Arsenal" - "Lester" oyununda qalib müəyyənləşmədi - VİDEO

09:38

5 qol vuruldu, "Çelsi" qələbə qazandı - VİDEO

09:10

"Milan"dan möhtəşəm geridönüş və "Yuventus" üzərində qələbə - VİDEO

08:20

Altıqat dünya çempionu gözəlliyini göstərdi - FOTOLAR

00:44

Useyn Bolt qızını göstərdi, adının mənasından yazdı - FOTO

07 İyul 2020
23:16

Türkiyə Superliqası: "Fənər" heç-heçə etdi

21:25

"Fənərbağça" aparıcı oyunçuları ilə bağlı qərar verdi

20:15

"Çelsi" Jorjinyonu bu qiymətə satır

19:25

"Roma"nın yeni baş məşqçisi kim olacaq? - Namizədlər

18:30

"Fənərbağça"nın oyunçusu "Real"ın "radar"ında

17:58

PL: "Arsenal" "Lester"ə qarşı, "Çelsi" "Pelas" səfərində

17:14

"Bavariya"nın Bundesliqadakı 100 qolu - VİDEO

16:49

"Borussiya"dan "Mançester Yunayted"ə ultimatum: 10 avqusta qədər...

16:08

"Barselona" təslim olmamaq üçün hər şeyi edəcək" - Setyen

16:07

Avrokubok təmsilçilərimiz yenidən koronavirus testindən keçəcək

15:34

A Seriyası: "Milan", yoxsa "Yuventus"?

15:17

"Səbail"in baş məşqçisi: "Onun gedişinə qarşı deyilik"

14:39

"Real"ın Mbappe planı: Transfer pulsuz başa gələcək

14:17

Operativ Qərargah 4 komandaya məşqlərə başlamağa icazə verdi

14:05

Azərbaycan vətəndaşlığından və yığmadan imtina edir

13:58

AFFA-dan kreativ addım: Biz hazırıq!

13:50

Sabiq "Qarabağ"la ABŞ-da yeni müqavilə imzaladı

13:46

"Milan"ın yeni baş məşqçisi o olacaq

13:12

"Çelsi"nin yeni forması - FOTOLAR

13:05

Robert Prosineçki: "Mən gələndə komanda sonuncu yerdə idi"

12:46

"Barselona" Messinin maaşını azaldır

12:14

Kəmaləddin Heydərovun rəhbəri olduğu federasiyada nə baş verir?

12:01

"Real"ın oyunçuları mükafatlardan imtina edir - SƏBƏB

11:40

"İnter"in "Barselona"dan tələbi: 90 milyon+oyunçu

11:39

Türkiyə millisinin sabiq üzvü "Qarabağ"a gələcək?

11:07

Rəşad Sadıqov Azərbaycan çempionatının ən yaxşı futbolçusunu açıqladı

11:02

Çılpaq şəkilləri silinən boksçu əsəbləşdi - FOTO

10:55

41 yaşında futbolla vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image