10:46 23.01.2018 616

Tərlan Əhmədov 1:8-ə görə azarkeşlərdən üzr istədi

"Komandamız "SKA Xabarovsk" qarşısına yorğunluq fonunda çıxmışdı. Hava şəraiti çox ağır idi. Heyətlə bağlı ciddi çatışmazlıq vardı”. Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Bakılılar Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində dünən keçirdiyi ilk yoxlama oyununda Rusiyanın "SKA-Xabarovsk” klubuna məğlub olub – 1:8. "Ağ-qaralar”ın yeganə qolunu meydana ikinci hissədə daxil olan İqnasio Errera vurub.

 

Baş məşqçi Tərlan Əhmədov klubun rəsmi saytına açıqlamasında oyunla bağlı danışıb: "21 yaşadək futbolçulardan ibarət milli komandamızda olan, eyni zamanda müəyyən səbəblərdən bu oyunda iştirak edə bilməyən digər əsas heyət üzvlərimizin yeri görünürdü. Rəqib artıq Antalyadakı təlim-məşq toplanışını bitirir, bizim isə ilk oyun idi. Yeni transferlərimiz tədricən komandaya uyğunlaşır. "Qato" həm bizdə, həm də ümumiyyətlə, uzun müddətdən sonra ilk oyununa çıxmışdı. Fiziki yükləmələr fonunda keçirdiyimiz qarşılaşmada qapımıza gələn demək olar ki, hər zərbə qolla nəticələnirdi. Bəxtsizlik faktoru da yüksək idi. Rəqibin uzaq məsəfadən az qala bütün zərbələri "doqquzluğ"a gedirdi və bu qollarda qapıçımızı da çox qınaya bilmirəm. Belə şey bəlkə də yüz ildə bir dəfə olur. Yoldaşlıq görüşlərinin əsas məqsədi başqadı və mən razıyam ki, qarşıdakı yoxlama oyunlarının hamısını uduzaq, amma bütün səhvlərimizi görək və bu səhvlərdən nəticə çıxarıb rəsmi matçlarda qələbələri sıralayaq”.

 

Əhmədov bildirib ki, çətin hava şəraitinə baxmayaraq, mövsümün ikinci hissəsinə hazırlıq davam edir: "İndi məşqlər nə qədər ağır olsa, rəsmi oyunlarda o qədər rahat çıxış edəcəyik. Hər şey nəzərdə tutduğumuz qaydada getsə, mövsümün həlledici mərhələsində formamızın pik nöqtəsinə yüksəlib, qarşıya qoyulan məqsədlərə çatacağıq. Yoxlama oyunu olsa da, bu məğlubiyyət mənim üçün çox ağırdı. İstənilən halda bu cür məğlubiyyətə bəraət qazandırmaq olmaz. Buna görə, ilk növbədə bütün komanda adından ən çətin günlərdə yanımızda olan sadiq azarkeşlərimizdən üzr istəyirəm. Onları yaxşı başa düşürəm. Bu oyun bizim üçün bir həyəcan təbili idi. Səhvlərimizi gördük və bunun üzərində işləyib çempionat və kubok matçlarında həmin səhvləri təkrarlamamaq, daha mükəmməl oyun qurmaq üçün çalışacağıq”.

 

Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

13 İyul 2020
14:04

Məşhur futbolçunun qardaşı güllələndi

13:40

MS İdman Arbitraj Məhkəməsinə təşəkkür etdi - BƏYANAT

13:10

"Mançester Siti" ÇL-də iştirak edəcək - Qadağa ləğv olundu

13:04

Niderland millisinin sabiq müdafiəçisi vəfat etdi

12:49

"Keşlə" Şamaxıya tam heyətlə yollandı

12:24

Klopp Almaniya millisində?

12:12

Milliləşdirilmiş futbolçumuzdan paylaşım: "Şəhidlər ölməz, vətən bölünməz" - FOTO

11:47

Kante karyerasını İtaliyada davam etdirə bilər

11:17

17 yaşlı futbolçu "Qalatasaray"ın tarixinə düşdü

11:13

Klopp "Liverpul"dan sonrakı karyerası barədə danışdı: "Bir il heç nə etməyəcəm"

10:44

Türk məşqçi: "Möhkəm ol, qəhrəman Azərbaycan əsgəri"

10:43

Formula 1: Hemilton Ştiriya Qran-prisinin qalibi oldu

10:20

Rüfət oynadı, komandası darmadağın etdi

09:56

Dörd qol vuruldu, "Milan" xal itirdi - VİDEO

09:25

"Fənərbağça" "Sivasspor"a uduzdu - VİDEO

09:06

Canni De Byazi: "Futbol baxımından böyüyən ölkəyə gedirəm"

09:00

"Tottenhem" "Arsenal"ı belə məğlub etdi - VİDEO

08:20

Fitnes-model həyatını "Instagram"da dəyişib - FOTOLAR

12 İyul 2020
22:25

"Zenit"dən transfer bombası - SON DƏQİQƏ

19:12

"Arzum Zidanı və Ronaldunu klubumuzda görməkdi"

18:35

"Qəbələ": 66 oyun, 36 qələbə

18:20

"Sabah"da yeni təyinatlar - RƏSMİ

17:27

Ronaldinyo ev dustaqlığından çıxdımı? - SON DURUM

16:50

İsveç çempionu "Qarabağ"a rəqib ola bilər

15:57

"Zirə"legionerini yola saldı

14:35

"Qalatasaray"dan transfer bombası - Dünya ulduzu gəlir

13:48

Azərbaycanda sabiq klub prezidenti 270 min dollarlıq iddia qaldırıb - Hər ay 42833 dollar alacaq

13:05

Rus hakim Latviyada saxlanıldı - SƏBƏB

12:57

"Sumqayıt"da yeni müqavilə

12:33

Pyotr Yan UFC çempionluğunu belə qazandı - VİDEO

12:01

Rafael Ağayev: "Hələ şou-biznesə keçmək fikrim yoxdur"

11:52

Azərbaycanlı futbolçuların komandası uduzdu

11:50

Aygünün qızı ilə görüntüsü yayılan futbolçu sevgilisilə şəkil paylaşıb bu sözləri yazdı - FOTOLAR

11:45

Millimizin yeni məşqçisi: "Bu, bizim üçün yeni bir mərhələ olacaq"

11:26

Dabo “Neftçi”yə təşəkkür etmədi - FOTOFAKT

11:15

Gənc futbolçu qəzada öldü

09:00

Komandası qələbə qazandı, Nurlan isə...

08:20

Məşhur idman dərgisindən şok addım: İlk dəfə trans model... - FOTOLAR

01:48

La Liqa: "Barsa" və "Atletiko" tək qolla qazandı

01:30

A Seriyası: "Roma" səfərdə coşdu

01:00

Messi yeni rekord müəyyənləşdirdi

00:05

Türkiyə Superliqası: "Göztəpə" evdə uduzdu

11 İyul 2020
22:30

"Traktor" səfərdən xalla qayıtdı

22:19

Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

22:15

İngiltərə Premyer Liqası: "Çelsi"ni "kötəklədilər"

22:14

“Neftçi”nin transfer yalanı - Dario Frederiko düyünü

21:30

Yeni transfer "Çelsi"yə qoşuldu - FOTO

20:25

Premyer Liqa matçında poker etdi - Son 39 ildə ilk dəfə (VİDEO)

19:10

Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

18:46

"Neftçi"nin sabiq vitse-prezidenti vəfat etdi - Koronavirusdan

18:15

La Liqa: "Barselona" növbəti matçına çıxır

17:37

"Barselona" Braziliyadan 19 yaşlı oyunçu aldı

17:13

Halep avqustda İtaliyada korta çıxacağını təsdiqlədi

17:05

Azərbaycanlı karateçi: "Messi Allahın bəlasıdı"

16:57

Rafael Ağayev Rusiya millisindən təklif alıb

16:45

De Bröyne "Mançester Siti" ilə bağlı qərarını verdi

16:12

"Neftçi" Dabonun mükafatlarını Kiprə göndərir - FOTO

15:52

"Beş əvəzetmə" qaydasının müddəti uzadılır? - FIFA prezidentindən açıqlama

15:34

Bundesliqanın ən yaxşı 5 yarımmüdafiəçisi - VİDEO

14:52

Prezident seçilsə, Setyeni "Barselona"dan göndərəcək

14:25

Dünya çempionu vəfat etdi

13:57

Futbolçu klub işçisi ilə dalaşdı, xəstəxanalıq oldu

13:49

Canni De Byazi: "Azərbaycana pul üçün gəlmirəm"

13:35

Gürcü idmançıdan Şengeliyaya dəstək: "O, bizim bütün xərclərimizi qarşılamışdı"

12:54

Kontenin əvəzinə Alleqri - Şok iddia

12:02

"Çelsi"də ayrılıq - "Tottenhem"ə keçir

11:53

Forza azzerri!

11:31

Zidan: "Hakim penalti təyin edibsə, deməli, penalti var"

11:16

Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi

10:45

"Real"da ciddi itki: Mövsümü "bağladı"

Facebookdan bizi izləməyi unutmayın.