16:33 30.05.2018 799

Uğurun proqnozçusu: "Elə bil əziz insanım uğur qazanıb"

UEFA 2018/19 mövsümünün birinci yarısı üçün hakimlərin yeni kateqoriyalarını açıqlayıb. Əliyar Ağayev I kateqoriyalı hakimlər qrupuna yüksəlib.

Bozumtul dönəm yaşayan ölkə futbol gündəmini rəngləndirən xəbər oldu.

Bu, bir ilkdir. Azərbaycanlı hakimin I kateqoriyaya yüksəlməsi tək futbol uğuru deyil, artıq ölkəni də ciddiyə almağın göstəricisidir. UEFA və FIFA belə məsələlərdə detalçı və həssasdır...

***               ***               ***

Mövzu ətrafında işləmək vacibiyyəti və həvəsi yaranır.

Hardan, necə başlayaq?

Əliyarla?

Danışılıb. Fikirlərini bölüşüb, perspektivlərinə də hakimliyi kimi hakim olmaq istədiyindən bəhs edib.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov?

Telefon zənginə cavab verməyi öyrənsin, onadək isə sizinlə bu mövzuda ən vacib və maraqlı həmsöbəti təklif edim.
   
***                  ***                     ***

Uzun illər əvvəl, hələ Əliyarın hakimliyə yeni başladığı vaxtlardır. Azərbaycan hakimliyinə inamsızlıq futbolumuzdakı hərc-mərcliyə düz mütənasib idi. Hər tur hakimlikdən şikayətlər, az qala, hamısının sifarişlə fit çaldığına dair şübhələr...

Əliyarın da hər səhvindən sonra; qərəzli edib, yoxsa səhvdir - polemikaları...

Həmin ərəfələr idi ki, oyunların birində "Neftçi"nin lehinə yanlış qərar vermişdi və rezonans yaradan  qərarın səbəblərini araşdırarkən, özümçün mühüm sayılacaq bir arqumenti araşdırıb, yazmışdım. Atası Kərim Ağayev "Neftçi" İSM-in əməkdaşıdır və klubun xeyrinə səhv qərar verməsi niyə də bundan qaynaqlanmasın...

Həmin qeydə iki nəfər reaksiya vermişdi - atası, bir də Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev.

Atası çox təmkinlə qısaca bunu demişdi: "Yazınızı oxudum, vicdanımla deyirəm, mənim bu klubun əməkdaşı olağımın oğlumun hakimliyinə heç bir təsiri ola bilməz. İnanın ki, o, öz şəxsiyyətinə sığışdırmaq belə bir şeyi".

***                  ***                   ***

Ancaq Aslan bəyin, "Hakimlər haqda iddialar yazılanda çoxuyla özüm də razılaşıram. Ancaq ən çox Əliyar Ağayev haqda yazanda diqqətlə araşdırmağınızı istəyərdim" qeydi ətrafında geniş söhbət qurmalı olmuşduq. "Niyə"lərin geniş müzakirəsindən sonra  eşitdiyim arqumentləri əsaslı qəbul etmişdim. Həm də PFL hakimlərin qış toplanışına medianı da dəvət edirdi - onları hərtərəfli müşahidə eləməyə imkanımız olurdu...

2013/14 mövsümü. Əliyar Ağayev UEFA-nın II kateqoriya hakimlərinin siyahısına düşəndə sonradan hakimlikdən qovulacaq Anar Salmanov da həmin kateqoriyada idi. Burda istedadın dürüstlüklə vəhdətininin zamanla doğrulmasına dair maraqlı haşiyə də çıxmaq olar.

Həmin dövr üçün ikinci kateqoriya fövqəladə uğur sayılmırdı. Ancaq Anarın qismində ənənə, təcrübə yox, gənclik və müntəzəmlik sintezi irəlilədi və fövqəladə uğur qazandı, irəli addımladı, yeni cığır açdı.

Bunadək isə nə ənənəyə, nə də gəncliyə inam vardı.

Təbii ki, bu mövzuda ən maraqlı həmsöhbət gənc hakimlərə inanmağın qarantiyasını vermiş Şahgəldiyev olacaqdı.

- Aslan bəy, həmişə deyirdiniz ki, hakimlər haqda tənqidlər normaldı, olmalıdı, haqlı olanı da var, haqsızı da, ancaq Əliyar Ağayevə ciddi yanaşmanızı xahiş edirəm...

- Hardasa 8-9 il əvvələ gedib çıxdınız. Yaxşı yadımdadır, həmişə jurnalistlərlə söhbətdə deyərdim ki, gənc hakimlərə daha diqqətli yanaşmaq lazımdır.   Sizinlə söhbətimizdə isə ən çox Əliyarın adını çəkirdim. Həmin ərəfələr Azərbaycan futbolunda qarışıqlıq hökm sürürdü. Mən də klub işindəydim və hər şeyin şahidi olurdum ("Karvan" FK-nın mətbuat katibi - red.). PFL-dəki işimə dəvət alanda Ramin müəllimlə (Ramin Musayev, PFL-in prezidenti - red.) söhbət etmişdim. Hamımız bilirik proseslər necə gedir, bəs necə olacaq - soruşmuşdum, demişdi ki, narahat olma, düzgün olmayan hər bir şey cəzasını alacaq. Ən çox da hakimlikdən yazılırdı. Mediada haqlı-haqsız inamsızlıq təbliğ olunurdu, azarkeşlər hər oyunda onları təhqir edirdi. Təcrübəli hakimlərin bir çoxu özünə qarşı inamsızlıq yaratmışdı, onlara hörmət edən yox idi. Hakimlikdə ciddi islahatlar başladı. Sürətlə gəncləşdirmə getdi və yadımdadır ki, hər addım çox ehtiyatlı atılırdı. Ancaq baxırdım ki, gənclər tam başqa cürdü. Ona görə çəkinmədən deyirdim ki, onlar səhv edəndə bunu qərəz kimi anlamayın. Öyrənəcəklər, bişəcəklər, düzələcək, əsas odur, sifariş, təzyiq  təsir etmir,  inkişaf etmək istəyirlər. Bəli, aralarında ən çox Əliyarı qabardırdım. O, yeni gələndə sanki bataqlıq içində gül idi. Ancaq özünü qorudu, pis niyyətləri yaxın buraxmadı. Həm yaxşı hakim, həm də yaxşı insan - mənə Əliyarı tərifləməyə/tərəfini saxlamağa əsas verən bunlar idi".

***                     ***                      ***

Və zaman gəldi, həqiqətən, riskli sayılacaq proqnozunuz doğruldu. Ona görə riskli ki, indiyədək Azərbaycan futbol hakimliyi bu qədər mühüm səviyyədə təmsil olunmayıb. Hakimliyə qarşı heç bir inamın qalmadığı ərəfələrdə çəkdiyiniz bir ad irəlilədi və böyük uğura nail oldu.

"Bunu biləndə elə sevinmişdim, elə bil, ən əziz insanım uğur qazanıb. Bu futbolumuz üçün çox böyük uğurdur. Ən çox sevindirən odur ki, belə uğuru bu cür insan qazanıb. Bu incə, ancaq çox vacib məqamdır. Qoy həmişə belə insanlar uğur qazansın. 
Vaxt var idi, Əliyari istəməyənlər olmayan şeylərdən danışırdılar. Nə bilim 200 minlik maşını var, şəhərdə 6 otaqlı evi və sairə. Bu insanlar jurnalistləri aldadırdılar. Bilirdilər ki, gənclər uğurlu olacaq, öz üzərində ciddi çalışırlar. Ancaq hər imkanda onların adına şaiyə yayıb, insanları şübhəyə salmağa çalışırdılar. Zaman göstərdi ki, səhvlər olacaq, əsas odur, düzgün yol tut, inkişaf elə".

Doğru proqnoz da uğurlu işin yarısıdır. Şahgəldiyevlə futbol mövzularında söhbətlərimiz daim dəyərli olub. Bəs başqa hansılara görə müsbət fikir, işıqlı proqnoz vermək olar? Özü desin: "Heyf, Ömər Paşayevin səhhətindəki problem ona mane olur. Allah köməyi olsun, tez sağalsın, onun da böyük imkanları var. Ümumiyyətlə, gördüyümüz gənc hakimlərin hər biri haqda müsbət fikir səsləndirmək olar. Əsas odur, niyyət düzgün ola. Elə ölkə kubokunun finalını idarə eləyən Rauf Cabbarovu misal çəkim. Bir müddət əvvələdək deyilirdi ki, atası Gülağa Cabbarov Hakim-İnspektorlar Komitəsinin sədri postundan getdiyi üçün oğlunu da "vuracaqlar". Belə söhbətlər, xəbərlər prosesə çox ziyandır. Həmin adamdan ikiqat iradə tələb edir ki, özünü toparlasın. Rauf alın təriylə, öz zəhmətiylə finalı idarə eləməyə layiq olduğunu göstərmişdi. Mövsümboyu ən yaxşı hakimlik ondaydı. Finalı da yüksək səviyyədə idarə elədi və istəyərəm ki, onun da yolu açılsın. Həqiqətən, hakimlikdə gəncləşdirməyə getmək böyük risk idi, ancaq şükür ki, uğurlu adlar çox oldu. Əvvəlkitək narazılıqlar kütləvi deyil, çox azalıb. Elə sizin sahənizdə - jurnalistikada da belədir. Bir KİV-in təcrübəli rəhbəri başqa sahəyə keçəndə, peşəni tərk edəndə, fikir verirsinizsə, yerinə kimsə gələndə həmin KİV əvvəlki kimi olmur. Yerinə gələn o nüfuzu qaytara bilərmi-bilməzmi... Hər sahədə belədir. İslahat, dəyişiklik riskdir. Ancaq hakimlikdə bu addımlar uğurlu alındı, nəticələr də göz qabağındadı".

Bəs futbol sahəsində başaqa uğur vəd eləyən  adlar varmı - Şahgəldiyevin müşahidəsi maraqlıdır. Sanki idarəçilik problemləri azalmır, klublarda fərqli layihələr gözə dəymir, təşəbbüslər yeknəsəkdir. Fikrini soruşaq:

"Düşünmürəm ki, idarəçilik zəifdir. Sırf futbol menecmenti baxımında vəziyyət yaxşıdır. Uğurlu kadrlarımız var. Ancaq arzulanan səviyyəni görmək istyiriksə, bizdə futbol biznes layihəsinə çevrilməlidir. Belə olmasa, uğurlu kadrlar da gözə dəyməyəcək, önə çıxa bilməyəcək. Avropada belədir. Onlar futboldan gəlir götürür. La Liqanın idarəçilərinin ətrafı biznesmenlərdir. Müasir futbolu əsasən, marketoloqlar idarə edir.  Biz futbolu biznesə, biznesi futbola yaxınlaşdırmalıyıq. Bunlar arasında əlaqə, tələb-təklif rejimi yaranmasa, az əvvəl qeyd etdiyim kimi, arzulanan səviyyəni görmək çətin olacaq.
Hələ şükürlü bir dövrdəyik. İndi-indi futbol klubları futbolyönlü idarə olunur. Vaxtilə 600 min alan oyunçu indi 60 minlik müqaviləyə layiq olmaqçün əziyyət çəkir, özünü göstərməyə, fərqlənməyə çalışır. Belə olmalıdır. Zamanında bu mühiti qurmaq lazım idi. Ölkə futbolunda maliyyənin indikindən qat-qat çox olduğu vaxtlarda lazım idi bu vəziyyətin yaranması. 

Kəmiyyətə qaçırıq. Vaxtilə 14, 16, 18 komanda da olub çempionatda, çempionun son turda bəlli olduğu, rəqabətin indikindən dəfələrlə güclü olduğu ərəfələri birlikdə yaşamışıq, ancaq nə olsun, daxili rəqabət xaricdə uğurla nəticələnirdimi? Ən azı, indiki qədər yox. Deməli, əsas məsələ kəmiyyət yox, keyfiyyətə yönəlməkdir. Həmişə söhbətlərimizdə müzakirə etmişik, olmasın 14, 16, cəmi 10 klub olsun çempionatımızda, ancaq 10 nəfər də ciddi, peşəkar idarəçi təyin edilsin. Onun keyfiyyətli idarəçi komandası olsun. Yalnz bu halda bizim futbolda həm uğur olar, həm də maddi rifah yaxşılaşar"

- Geniş söhbətçün təşəkkürlər və ən əsası, doğru proqnozlarınızı yenidən eşitmək diləyilə...

- Mən sizə təşəkkür edirəm ki, bir anlıq 8-10 il əvvələ qaytardınız.
 
Mənbə: Fubolpress.az
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2020
15:53

Naqatomo vidalaşdı, göz yaşlarını saxlaya bilmədi - FOTOLAR

15:38

"Mançester Siti", yoxsa "Liverpul"?

15:14

"Müştərimin "Qarabağ"a keçmək variantı realdı"

14:57

Superkubok ləğv edildi

14:35

Atasına sarıldı, sevinc göz yaşlarına boğuldu - Pyaniç "Barsa"ya transferini belə qeyd etdi (VİDEO)

13:52

Kubokun finalında qalmaqal: Azarkeşlər sosial məsafəni pozdu, oyun dayandı - FOTOLAR

13:20

"Barselona" yeni baş məşqçisini açıqladı - RƏSMİ

12:55

Rus futbolçu "Qarabağ"a "pul oxudu" - GƏLİR?

12:42

İstefanın bir addımlığında: "Barselona"nın futbolçuları baş məşqçiyə qarşı

12:29

"Qarabağ" yeni transferini açıqladı - FOTO

12:01

Cey Ar Smit və Lebron Ceyms yenidən komanda yoldaşı olacaqlar - RƏSMİ

11:48

Ronaldu ilə sevgili olduğunu deyən gözəl çılpaq FOTOsunu paylaşdı

11:37

Klopp: "Mənə çempion koridoru lazım deyil"

11:34

"Arsenal" və "İnter" Qrizmann uğrunda mübarizə aparır

11:04

Milan belçikalını aldığı qiyməti açıqladı - RƏSMİ

10:53

"Beşiktaş"ın sabiq "Qarabağ"lıya təklif etdiyi məbləğ açıqlandı

10:25

Sane artıq Münhendədi - Tibbi müayinədən keçdi

10:20

Azərbaycanlı mütəxəssis ərəblərlə yeni müqavilə imzaladı - FOTO

09:55

"Milan" xal itirdi - VİDEO

09:35

"Arsenal"dan dörd cavabsız qol - VİDEO

09:20

"İnter"dən darmadağın - 6:0 (VİDEO)

09:00

Beş qol vuruldu, "Çelsi" uduzdu - VİDEO

08:20

Soldatova gözəlliyinin dəyərləndirilməsini istədi - FOTOLAR

00:35

"Roy Kin AFFA ilə razılaşsa, səxavətlə mükafatlandırılacaq"

01 İyul 2020
22:35

Mario Qomesin vurduğu ən yaxşı 5 qol - VİDEO

21:30

"İnsanlar indi bizim ağrılarımızı başa düşməyə başlayırlar" - Anri

19:47

Gerye "Qarabağ"a qayıtdı - ÖZÜ DEDİ

19:10

"Mançester Siti"dən ayrılır - Quardiola təsdiqlədi

18:15

"Arsenal"da yeni müqavilə - FOTOLAR

17:37

"Borussiya"nın yeni forması - FOTOLAR

17:05

Ançelotti oyunçusunu tanımadı - VİDEO

16:35

89 yaşında ata oldu

16:23

"Ziqa-zaqa! Ziqa-zaqa! Oy! Oy! Oy!" - Azarkeşlərin sevimli nəğməsi necə yaranıb?

16:09

"Sabah" daha bir futbolçusu ilə vidalaşdı - RƏSMİ

16:09

İnfantino: "Başa düşmüşük ki, futbol ən önəmli məsələ deyil"

15:55

Vilayət Eyvazovun rütbə verdiyi idmançıdan AÇIQLAMA

15:11

Bakı klubu daha bir oyunçusu ilə müqaviləni uzatdı

14:55

"Barselona" çempionluğu son saniyələrdə əldən verdi - VİDEO

14:37

"Sumqayıt" futbolçusu ilə müqaviləni ləğv etdi - RƏSMİ

14:15

"Nqannu məni ilk raundda "söndürməsə", qalib gələcəm"

14:14

"Qarabağ" daha bir futbolçu ilə yolları ayırdı

13:40

"Napoli" Lill"in "qapısını döydü" - 100 milyonluq təklif

13:37

Daha bir futbolçusu "Sumqayıt"dan ayrıla bilər

13:16

Adebayor Paraqvay klubundan ayrıldı - RƏSMİ

13:04

"Bavariya"dan yeni transfer - FOTOLAR

12:30

"Çelsi" yeni formasını təqdim etdi - FOTO

12:25

Koronavirusun yeni dalğası ÇL-in keçirilməsinə mane olacaqmı? - UEFA-dan reaksiya

12:07

Messinin 700-cü qolu belə qeyd edildi - VİDEO

12:03

Vaqif Cavadov: "Roy Kin? Yerli məşqçi daha məntiqəuyğundu"

11:47

Alman klub prezidenti millimizin üzvünü təriflədi: "Güclü idi"

11:46

"İşimin təhlükə altında olduğunu düşünmürəm" - Setyen

11:17

Məşhur xanım idmançının bu halı görənləri qorxutdu - FOTO

11:08

Azərbaycan çempionatı başa çatdırıldı - Çempion elan edildi

11:04

Məğlubedilməz boksçu 21 yaşında dünyasını dəyişdi

10:54

Azərbaycanlı hücumçu: "Ayaqlarım yerdən üzüldü"

10:25

Messi 700-ə çatdı

09:52

"Mançester Yunayted"dən 3 cavabsız qol - VİDEO

09:48

Dieqo Maradona İspaniya millisində?

09:41

"Yuventus" 3 xalı 3 qolla qazandı - VİDEO

09:35

Fransalı futbolçu Azərbaycana təşəkkür etdi - FOTOLAR

09:16

4 qol vuruldu, "Barselona" yenə xal itirdi - VİDEO

09:09

Vilayət Eyvazovdan məşhur cüdoçu ilə bağlı əmr

08:20

Elin Helstrem Avropada rəqib tanımır - FOTOLAR

00:13

İngiltərə klubunun kapitanı bıçaqlandı

30 İyun 2020
23:50

Nurlanın komandası bu tur nə etdi?

23:10

"Fənərbağça"nı "Milan"a dəyişdi - RƏSMİ

22:15

Bundesliqada mövsümün rekordları - VİDEO

21:30

MY 50 milyondan artıq ödəməyəcək - 20 yaşlı futbolçuya görə

20:54

"Ayaks" Babellə vidalaşdı - RƏSMİ

20:25

"Barselona" çempionluq matçına çıxır

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image