21:16 19.07.2021 1538

Azərbaycan deputatının cangüdəni İngiltərə millisinin ulduzuna hücumda iştirak edib

Futbol üzrə Avropa Çempionatının bir neçə gün əvvəl keçirilən final oyununda uduzan İngiltərə yığma komandasının qaradərili üzvlərinə qarşı sosial media üzərindən irqçi hücumlar edənlərin arasında Azərbaycan Milli Məclisinin deputatının "cangüdəni” də yer alır. 

Virtualaz.org "Sky News"a istinadla xəbər verir ki, Center for Countering Digital Hate (CCDH) şirkəti komandanın üç qaradərili üzvünə qarşı irqçi hücumlar həyata keçirən 99 akkauntu analiz edib. Bu hesablardan futbolçuların ünvanına "Instagram"da 100-dən çox irqçi şərh yazılıb.

Xatırladaq ki, finalda İngiltərə ilə İtaliya komandaları qarşılaşıb. Əsas və əlavə vaxtın 1:1 hesabı ilə başa çatdığı oyunda qalibi müəyyənləşdirmək üçün penalti zərbələri seriyası baş tutub. Qaradərili oyunçular Markus Reşford, Ceydon Sanço və Bukayo Saka zərbələri qaçırdıqdan sonra İtaliya qələbə qazanıb. Sosial mediada əksər şərhlər İngiltərə komandasına qarşı müsbət olsa da, üç oyunçu oyundan dərhal sonra irqçi şərhlər almağa başlayıb.

Britaniyanın Baş naziri Boris Conson İngiltərə futbol komandasında çıxış edən qaradərili futbolçulara qarşı irqçi hücumları qınayıb. Conson "Twitter" hesabında bu barədə yazıb: "Komanda sosial mediada irqçi hücumlara məruz qalmamalıdır, əksinə qəhrəman kimi təriflənməyə layiqdir. Bu dəhşətli irqçi ifadələrə cavabdeh şəxslər özlərindən utanmalıdırlar”.

Eyni şəkildə, London şəhər meri Sadiq Xan da "Twitter" hesabından futbolda və ya başqa bir yerdə irqçiliyə yer olmadığını deyib. O, cavabdeh şəxlərin məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib. 

İngiltərə futbolunun rəhbər orqanı olan Futbol Assosiasiyası da hər cür irqçiliyi və oyunçulara olan təzyiqləri qınayan bir açıqlama verib. 

Londonun polis idarəsi "Twitter"də şərhlərdən xəbərdar olduğunu bildirib, onları qəbuledilməz adlandırıb və araşdırılacağını əlavə edib.

CCDH müəyyən edib ki, irqçi şərhlərin yazıldığı həmin 99 hesabdan cəmi 3-ü Böyük Britaniya ərazisində qeydiyyatdan keçib, qalanları isə xaricdədir. Şərhlərin 1/4 anonim istifadəçilər tərəfindən yazılıb, qalanları isə öz hesablarından qaradərili futbolçulara irqçilər hücum ediblər. Məsələn, Ceydon Sançonun "Instagram" paylaşımlarından birinin altına irqçi şərh və söyüş yazanlardan biri Azərbaycan Milli Məclisinin deputatının cangüdəni kimi özünü təqdim edir. Onun kimliyi məqalədə göstərilmir. Digər isə İrandan olan biznesmendir.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

Facebookdan bizi izləməyi unutmayın.
X