UEFA milli asossiyasiyaların nümayəndələri ilə videokonfrans keçirir.
Fanat.Az xəbər verir ki, konfransda Çempionlar Liqası və Avropa Liqası ilə bağlı da qərar qəbul edilib.
Qərara əsasən, avrokuboklarda 2019/20 mövsümünün bərpası iyula qədər təxirə salınıb. Koronavirus pandemiyasına görə təxirə salınan oyunların iyul-avqust aylarında keçirilməsinə qərar verilib.
Bu baş tutsa, növbəti mövsüm gec başlayacaq. Belə olan halda Çempionlar Liqasının 2020/21 mövsümünün startı oktyabrın 14-21-də olacaq.
Fanat.Az