16:23 28.04.2023 1174

İtaliyadakı turnirdə erməni təxribatı - "Zəngəzur" klubu niyə etiraz etməyib?  

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Dünya şöhrətli "Barselona"nın futbol akademiyasından ilhamlanaraq "La Masiya" adı altında yaradılan uşaq futbol klubu  ötən ildən "Zəngəzur" adını daşıyır. Bu da təsadüfi deyil. 2022-ci ildən kluba maliyyə ayıran iş adamı Şahin Rəhmanlı əslən Zəngəzurdandır. 29 yaşlı klub prezidenti "La Masiya" adının dəyişdirilməsini özü təklif edib və bu, daha çox ölkə xaricində keçirilən turnirlərdə Zəngəzurun Azərbaycan ərazisi kimi tanıdılmasına hesablanıb. Bəli, sözügedən klubu digərlərindən fərqləndirən əsas cəhətlərdən biri tez-tez beynəlxalq turnirlərə qatılmasıdır. Yəni "Zəngəzur" yalnız müxtəlif yaş qrupları üzrə Azərbaycan birinciliklərinə komanda buraxmaqla kifayətlənmir, həm də gələcəkdə futbolçu olmağı qarşısına məqsəd qoyan uşaqların indidən peşəkar oyunçu kimi formalaşmasını vacib sayır.

Düzdür, klub hələ böyüklərdən ibarət kollektiv qurmağa can atmır. Ancaq "Zəngəzur"un 2010-cu ildən 2016-cı ilə qədər yaş qrupları var. U-8-dən U-13-ə qədər komandalar isə respublika çempionatlarında iştirak edir. Ümumilikdə 200-dən çox uşağa  futbolun sirlərini öyrətməyə çalışan 10 məşqçinin olması da yetərincə ciddi məqamdır. Bazası olmayan və bütün yaş qrupları üzrə komandaları növbəli şəkildə "ASK Arena"da növbəli şəkildə məşq edən "Zəngəzur"un yetirmələrinə "Köln", "Fənərbağça", "Altınordu" kimi  klubların maraq göstərməsi təbii ki, ürəkaçan mənzərədir.

Ancaq redaksiyamıza daxil olan məlumata görə, "Zəngəzur"un İtaliyada qatıldığı son turnirdə - kurort bölgəsi olan Forte dei Marmidəki yarışda erməni təxribatı yaşanıb. Belə ki, 2012-ci il təvəllüdlü futbolçulardan ibarət komanda ilə turnirə qatılan Azərbaycan təmsilçisinin keçirdiyi oyunların birindən öncə stadionda Ermənistanın himni səsləndirilib. Bədnam qonşularımızın bizə qarşı atdığı növbəti cılız addım məntiqlə, təəccübləndirməməlidir. İşğal etdikləri Qarabağla bağlı məkrli planları boşa çıxan, Azərbaycan ordusu tərəfindən 44 günlük Vətən müharibəsində darmadağın edilən ermənilərin buna bənzər hərəkətləri adət etdiyimiz reallıqdır. Maraqlı olan budur ki, "Zəngəzur" hadisə ilə bağlı təşkilatçılara niyə etiraz etməyib? Və ya bu olay yaşanıbsa, Azərbaycan komandası yarışdakı çıxışını niyə dayandırmayıb? Digər tərəfdən, klub ölkəmizə dönəndən sonra baş verənləri hansı səbəbdən gizli saxlayıb? Suallara cavab tapmaq üçün öncə "Zəngəzur"un prezidenti Şahin Rəhmanlı ilə əlaqə saxlamağa çalışdıq. Şahin bəylə bir neçə cəhddən sonra əlaqə yaratsaq da, sualımızı cavablandırmaq üçün münasib vaxt olmadığını və özü bizə zəng vuracağını bildirdi. 3-4 saat gözlədikdən sonra klubun məşqçisi Azər Cabbarova telefon açdıq. Onun dediklərindən məlum oldu ki, "Zəngəzur" 64 komandanın iştirakı ilə baş tutan turnirdə 24 cü yeri tutub və təxribat təmsilçimiz "Roma"lı həmyaşıdları ilə matça çıxarkən həyata keçirilib:

"Roma" ilə oyundan əvvəl nəsə bir musiqi qoymuşdular. Bunun himn və ya başqa musiqi olduğunu bilməmişik. Mən Ermənistanın himnini heç vaxt eşitməmişəm və həmin vaxt bunun nə olduğunu anlamadığımız üçün şikayət də etməmişik. Bəlkə də heç himn deyildi. Bizə sonradan dedilər ki, belə bir şey olub. Ancaq himn olduğunu bilsəydik, oraları dağıdardıq... Vaxtında öyrənmiş olsaydıq, turnirdə iştiraka davam edərdikmi? Əlbəttə ki, yox".

Azər bəyin dedikləri redaksiyamıza sızan informasiya ilə uzlaşdığı üçün AFFA-ya müraciət ünvanladıq və "Zəngəzur"un başına gələn hadisədən xəbərdar olub-olmadıqlarını, ümumiyyətlə azərbaycanlılar İtaliyaya yola düşməzdən öncə futbol qurumuna məlumat verib-vermədiklərini soruşduq. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla söylədiklərini diqqətinizə çatdırırıq:

"Bildiyiniz kimi, AFFA özəl klubların xarici turnirlərdə necə iştirak etdiyinə cavabdehlik daşımır. "Zəngəzur" həmin yarışa getməmişdən öncə vizaya görə İtaliya səfirliyinə müraciət etmişdi. Səfirlikdə onlara demişdilər ki, vizanın verilməsi üçün İtaliya Futbol Federasiyası belə bir turnirin keçirildiyini təsdiqləməlidir. Yarışın keçirilməsinin İtaliya Futbol Federasiyası tərəfindən təsdiqlənməsi ilə bağlı kömək etmişik. Vizalarını özləri aldılar. Baş verən hadisə doğrudan da üzücüdür. Oxşar halların təkrarlanmaması üçün özəl klublar belə məsələlərə həssas yanaşmalıdır. Hüquqi cəhətdən biz onların işlərinə qarışa bilmərik. Ancaq kömək üçün nümayəndə istəsəydilər, onlarla göndərə bilərdik. Başqa sözlə, bizim nümayəndəyə ehtiyac duymayıblarsa, onları buna məcbur edə bilməzdik".

Görünən budur ki, "Zəngəzur"un İtaliyada yaşadıqları digər Azərbaycan klublarının da başına gələ bilər. Döyüş meydanında aldığı ağır məğlubiyyətlə barışa bilməyən utopist qonşularımızın başqa nəyə gücü çatır ki... Biz həqiqətlə barışmağı bacaramayan ermənilərin hamısını təxribatdan çəkindirə, onların ruhlarını tərk etməyən qisas hisslərini buxovlaya bilmərik. Ancaq klub kimi böyüməyi qarşısına məqsəd qoyanlar həm də mümkün təxribatları sığortalamağın vacibliyini anlamalıdır. Ən azı gələcəkdə belə vəziyyətlərdən uğurla çıxa bilmək və ölkəyə qayıdandan sonra sərhədlərimizdən kənarda baş verənləri gizlətməyi ən yaxşı çıxış yolu saymamaq üçün. 

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X