10:20 19.05.2023 549

"Biz bunu edə biliriksə, premyer liqa klubları hansı problemdən danışır?" - Azər Bağırov

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Həftənin əvvəlində AFFA-nın Lisenziya Komissiyasının iclası oldu və birinci divizion komandalarından "Araz-Naxçıvan"la "Zaqatala"ya növbəti mövsüm Premyer Liqada iştirakı üçün lisenziya verildi. Bunu Azər Bağırovun baş məşqçisi olduğu naxçıvanlılar çempion olmaqla haqq edir. Bununla belə, şübhələr var ki, komanda Premyer Liqada iştirak edə bilməyəcək. Əvvəla, hələ də yüksək liqada sonuncu yeri tutan iştirakçının diviziona düşməsinə imkan verilməyəcəyi ehtimal olunur. Digər tərəfdən, lisenziya tələblərini yerinə yetirməsinə zəmanət versə də, "Araz-Naxçıvan"ın bir çox texniki detalların öhdəsindən gələcəyinə şübhələr var.
Bu kimi suallara baş məşqçi Azər Bağırovla aydınlıq gətirməyə çalışdıq: 

- Artıq sizi yüksək liqaya gəlişiniz münasibətilə təbrik etmək olar, yoxsa hələ məsələyə nöqtə qoyulmayıb?
- Doğrudur, icazə verilib. Amma bu o demək deyil ki, artıq premyer liqadayıq. Bildiyimə görə, AFFA-nın İcraiyyə Komitəsinin iclası olmalıdır və orada bütün məsələlərə aydınlıq gəlməlidir. Ondan sonra bu haqda konkret nəsə demək olar.

- Onda sualı belə verək: lisenziya almağınıza baxmayaraq, imtina edib yenə divizionda oynamağınız mümkündü?
- Xeyr, imtina etməyi düşünmürük. Premyer Liqada iştirak etməyə iddialıyıq. Sadəcə, divizionda mövsümü sona çatdırmaq və AFFA-nın yekun qərarını gözləmək niyyətindəyik.

- Əksəriyyəti texniki detallar düşündürür: "Araz Naxçıvan"ın hər dəfə Bakıya və ölkənin digər regionlarına səfər etməsi üçün imkanı yetəcəkmi? Büdcə müzakirəsində bu nəzərə alınıbmı?
- Bu sualı tez-tez verirlər. Premyer liqa klubunun ildə iki dəfə harasa səfər etməsi problem olmamalıdır. İstər maliyyə cəhətdən, istərsə də texniki və psixoloji baxımdan.

- Rəqiblərinizin uzun və əziyyətli yola görə narazılıq bildirə biləcəyini düşünmürsüz?
- Kiminsə bunu deməsi absurddur. Bakıdan Naxçıvana bir saatlıq yoldur. Həm də çox rahat şəkildə, "Boinq"lərlə səfər etmək olur. Deyək ki, "Neftçi"nin və ya "Qarabağ"ın Naxçıvana səfər etməsi onun Tovuza və ya Gəncəyə getməsindən qat-qat rahatdır, tez başa gəlir. Uzağı iki saata Naxçıvanda olursan. Üstəlik, Gəncə və ya Tovuz təmsilçiləri elə öz şəhərlərindən bura birbaşa reyslə gələ bilərlər. Səhv etmirəmsə, həmin reyslər həftədə iki dəfədir. Necə ki, bizim bu il Gəncəyə, Tovuza səfərlərimiz olub. Divizion klubu "Araz-Naxçıvan" bunu edə bilirsə, premyer liqa təmsilçiləri hansı problemdən danışa bilər?
  
- Komandaya əlavə sponsor cəlb edə biləcəksiniz?
- Hazırda "Araz-Naxçıvan"ın baş sponsoru "Cahan Holdinq"dir. Ola bilər, gələcəkdə əlavə sponsorlar cəlb edilsin. Ancaq indi buna ciddi ehtiyac hiss etmirik. "Cahan Holdinq"lə iş birliyindən məmnunuq. Nəyin necə olacağını zaman göstərəcək.  

- Stadion, ot örtüyü, yardımçı meydançalar məsələsini həll etdinizmi? Bu yöndə işlər nə yerdədi?
- Əsas stadionumuzun ot örtüyünün bu ayın sonundan etibarən dəyişdirilməsinə başlanılacaq. Qazon yeni, UEFA standartlarına uyğun süni örtüklə əvəzlənəcək.
 
- "Araz-Naxçıvan"ın komanda olaraq strategiyası necə olacaq: "Şamaxı" kimi sırf yerlilərə güvənəcəksiz, yoxsa heyətdə legionerlər də olacaq? Sırf yerlilərlə oynayacaqsızsa, hazırda heyətdə olan əcnəbi futbolçuların taleyi necə olacaq? Ümumiyyətlə, heyətdə çoxmu dəyişiklik olacaq?
- Həm legionerlərin, həm də yerli oyunçuların olacağı normal komanda formalaşdıracağıq. Demək olar bütün futbolçularımızın müqavilələrinin müddəti mayın 31-də bitəcək. Kimlərlə yolumuza davam etmək istəyiriksə, onlarla yeni anlaşma imzalanacaq. Bir sözlə, peşəkar klublarda proses necədirsə, bizdə də elə olacaq.

- Məşqçilər korpusunda hansı dəyişiklik olacaq? Köməkçilərinizin hamısı müəyyənləşib? Rail Məlikov və Rəşad Sadiqovun adı sizin komanda ilə çəkilir.
- İcraiyyə Komitəsinin iclası olmadan, lisenziya icazəsi qüvvəyə minməyənə qədər hansısa futbolçunun və ya məşqçinin keçidini müzakirə etmək qeyri-peşəkarlıq olar. Bir az da səbr edək, məsələ qanuniləşsin, ondan sonra müqavilələrin imzalanmasına başlayacağıq. 

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X