09:00 02.06.2023 1072

"Qarabağ"ın ikinci ulduzu necə gəldi? - Mövsümün təhlili

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümü başa çatıb. Bir neçə tur öncə çempionluğu rəsmiləşdirən 91 xalla “Qarabağ” qızıl medalların sahibi olub. 

Bununla da “Qarabağ” tarixinin 18-ci titulunu qazanıb. Həmçinin, bu mükafat Ağdam klubunun tarixlərində 10-cu çempionluğudur. Bununla da, "Qarabağ"ın loqosunda ulduzların sayı ikiyə çatdı. “Köhlən atlar” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 və 2021/2022 mövsümlərində də bu titulu əldə edib.

“Qarabağ”ın hesabında 7 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022) və 1 Superkubok (1993) da var.

Ağdamlılar bununla da titul sayında Azərbaycan rekordunu təkrarlayıb. “Neftçi”nin də hesabında 18 titul var. Bakı klubu 9 çempionluq, 6 kubok, 2 Superkubok və 1 “Birlik kuboku” qazanıb.

Mövsümün gümüş mükafatçısı isə 81 xalla “Sabah” olub. Bu, 2017-ci ildə yaradılan klubun qazandığı ilk medaldır. Bürünc mükafatın sahibi isə 68 xal toplayan “Neftçi” klubu olub. 

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün bombardiri “Qarabağ”ın futbolçusu Ramil Şeydayev olub. 27 yaşlı hücumçu mövsümdə 22 qol vurub.

O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. “Qarabağ”ın tarixində 8-ci dəfə futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdamlılar bununla da ölkə rekordunu təkrarlayıb. “Neftçi”nin də üzvləri 8 bombardirlik yaşayıb. Amma Bakı klubunun üzvləri 7 fərqli mövsümdə bunu bacarıb. “Qarabağ”ın futbolçuları isə 8 mövsümdə bombardir adına sahib çıxıb.

MÖVSÜM

FUTBOLÇU

KLUB

QOL

1992

Nazim Əliyev

“Xəzər”

39

1993

Samir Ələkbərov

“Neftçi”

16

1993/94

Musa Qurbanov

“Turan”

35

1994/95

Nazim Əliyev

“Neftçi”

26

1995/96

Rövşən Əhmədov

“Kəpəz”

23

 

Fazil Pərvərov

“Kəpəz”

23

1996/97

Qurban Qurbanov

“Neftçi”

34

1997/98

Nazim Əliyev

“Dinamo”

23

1998/99

Alay Bəhramov

“Viləş”

24

1999/00

Badri Kvaratsxeliya

“Şəmkir”

16

2000/01

Paşa Əliyev

“Dinamo-Bakılı”

13

2003/04

Samir Musayev

“Qarabağ-Azərsun”

20

2004/05

Zaur Ramazanov

“Karvan”

21

2005/06

Yakuba Bamba

“Karvan”

16

2006/07

Zaur Ramazanov

“Xəzər-Lənkəran”

20

2007/08

Xaqani Məmmədov

”İnter”

19

2008/09

Valter Quqlemon

“İnter”

17

2009/10

Fərid Quliyev

“Standard”

16

2010/11

Georgi Adamiya

“Qarabağ”

18

2011/12

Bahodir Nasimov

“Neftçi”

16

2012/13

Nikolas Kanales

“Neftçi”

26

2013/14

Reynaldo Silva

“Qarabağ”

22

2014/15

Nurlan Novruzov

“Bakı”

15

2015/16

Dani Kintana

“Qarabağ”

15

2016/17

Filip Ozobiç

"Qəbələ"

11

 

Rauf Əliyev

"İnter"

11

2017/18

Baqali Dabo

"Qəbələ"

13

2018/19

Mahir Emreli

“Qarabağ”

16

2019/20

Baqali Dabo

"Neftçi"

7

 

Mahir Mədətov

“Qarabağ”

7

 

Stiven Monroz

"Neftçi"

7

 

Peyman Babayi

"Sumqayıt"

7

2020/21

Namiq Ələsgərov

"Neftçi"

19

2021/22

Kadi Borqes

“Qarabağ”

12

2022/23

Ramil Şeydayev

“Qarabağ”

22

 

"Qarabağ" klubunun üzvlərindən çempionluq şərhləri:

Tahir Gözəl (Klub prezidenti): "10-cü çempionluq Azərbaycanda bir ilkdir. Bu, bizi çox sevindirir. Hiss edirəm ki, hər birimizdə bayram sevinci var. Bir klubun ardıcıl 1-2 il çempion olması ayrı bir uğurdur, amma 10 dəfə çempion olması onu göstərir ki, bu klubda dərin qələbə əzmi, birlik var. Bu hal bizi çox sevindirir. "Qarabağ"ın loqosunda bir ulduz var. Çünki UEFA-da hər beş ildən bir 1 ulduz verir. Artıq bizim loqomuz dəyişəcək və orda 2 ulduz olacaq. Bu, böyük bir nailiyyətdir. Bu gün biz zəfərimizi tam başka ruhla qeyd edirik. Çünki qələbəni azad Azərbaycanda qeyd edirik. Bu uğuru bizə belə xoşbəxtliyi yaşadan cənab prezidentimiz İlham Əliyevə, şəhidlərimizə həsr edirəm". 

Qurban Qurbanov (Baş məşqçi): "Bu adı qoruyub saxlamaq çox xoşdur. Hər il çempionatda birinci olmağı məqsəd qoyuruq. Bu il də çempionluq adını qoruyub saxlamaq bizim üçün xoş oldu. Futbolçularımız çox yaxşı performans göstərdilər. Düşünürəm ki, çempionluq adına layiq idilər"

Qara Qarayev (Futbolçu): "Hansı təəssüratlar yaşadığımı növbəti illərdə, karyeramı bitirəndən sonra dəqiqləşdirəcəyəm. Bu komandanın, əldə edilən uğurların tərkib hissəsi olmaq məni sevindirir. Hətta bundan sonrakı dönəmi də nəzərə alaraq deməliyəm ki, həyatımın ən önəmli titullarını “Qarabağ”da qazanmışam. Burada keçirdiyim fantastik illər var. Xüsusən də, ardıcıl çempionluqlarda, gerbimizə iki ulduz əlavə etməkdə əməyimin olması məni sevindirir. “Qarabağ” camiəsinə təşəkkür edirəm. Bu illər ərzində yumruq kimi bir olmuşuq. Bu titulu əlimizdən almaq istəyən komandalar çox olub. Ancaq bunu heç kimə verməmişik. Ardıcıl 8 dəfə çempion olan komandanı hər kəs dayandırmaq istəyirdi. Rəqiblərin bizə qarşı göstərdiyi istək, aqressivlik normaldır. Gələn il bu mübarizə onqat çempiona qarşı olacaq. Ümid edirəm ki, növbəti mövsüm də çempion olacağıq. İldən-ilə mübarizə çətinləşir, daha çox sürət tələb edir. Əvvəllər bəzi rəqibləri rahat məğlub edə bilirdiksə, indi bu, mümkün olmur. Çünki hər kəs futbol oynamağı bacarır, çempiondan xal almaq istəyir. İllərdir bu uşaqlarla çiyin-çiyinə döyüşürəm. Son 10 ildə klubdakı uşaqları ailəmdən, dostlarımdan daha çox görürəm. Bütün çətin və yaxşı günlərimiz bir yerdə olub. Futbolçularla ayrılmaq heç də asan deyil. Ancaq təəssüf ki, futbol karyerası belədir. Bəzən istəməsən də, ayrılıqlar baş verir. “Heyətdə nə kimi dəyişikliklərin olacağını baş məşqçimiz Qurban Qurbanov daha yaxşı bilir. Ümid edirəm ki, bütün kollektiv yenə bir yerdə qalar”.

Musa Qurbanlı (Futbolçu): "Hər mövsümün öz çətinliyi var. Asan mövsüm olmur. Burada bizim 1 illik əziyyətimiz var. Bizim meydandan kənarda çəkdiyimiz əziyyətlər, məşqlər görünmür. Bütün mövsümlərdə futbolçuların, məşqçilərin, klubun işçilərinin zəhməti var. Ona görə də hər il çempion olanda çox böyük sevinc yaşayırıq. Bu il bizə "Sabah" bir az çətinlik yaratdı. Bu da bizi sevindirir. İstəyərdik ki, "Neftçi", "Zirə", "Qəbələ" və digər klublarımız da çox inkişaf etsinlər, çempionatımız maraqlı olsun. Bu, bizə ancaq xeyir verə bilər".

***

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" klubunun artıq I təsnifat mərhələsindəki bütün rəqibləri müəyyənləşib. Ağdam klubu yüksək reytinqə malik komandaların olduğu “səpələnmişlər” səbətində yer alıb. 
"Qarabağ" bu sihayıda yalnız “Ferensvaroş”dan geri qalmaqla ikinci sıradadır. “Qarabağ”ın rəqibi “səpələnməmişlər” səbətinə düşən komandalardan biri olacaq. Əvvəlki illərdə olduğu kimi, püşkatmada Ermənistan və Azərbaycanda çempionları bir-biri ilə düşə bilməyəcək.

Püşkatma mərasimi iyunun 20-də, 1-ci təsnifat mərhələsinin oyunları isə 11/12 iyul və 18/19 iyulda keçiriləcək. “Qarabağ” bu mərhələni keçəcəyi halda - 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq.

“Qarabağ”ın püşkatmadakı potensial rəqibləri: 

“Linkoln Red İmps” (Cəbəllütariq)
“Ki Klaksvik” (Farer adaları)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Rakov” (Polşa)
“Partizani” (Albaniya)
“Hakken” (İsveç)
“Farul”(Rumıniya)
“Valmiera” (Latviya)
“Balkani” (Kosovo)
“Larn” (Şimali İrlandiya)
“Hamrun Spartans” (Malta)
“Svift” (Lüksemburq)
“Struqa” (Şimali Makedoniya)

Dörd komandanın iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi:

“Buduçnost” (Monteneqro)
“Breydablik” (İslandiya)
“Tre Penne” (San Marino) 
 “Atletik” (Andorra)

***

Azərbaycan UEFA Konfrans Liqasında təmsil edəcək "Neftçi", "Sabah" və "Qəbələ"nin də II təsnifat mərhələsindəki mövqeləri və potensial rəqibləri bəlli olub. 

“Neftçi”nin potensial rəqibi 19-a, “Sabah”la “Qəbələ”nin qarşılaşa biləcəyi komanda sayı 23-ə çatıb.
Püşkatma zamanı səpələnmişlərdə yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına Belarus klubu “Torpedo BelAZ” qoşulub. Səpələnməmişlərdə qərarlaşacaq “Sabah” və “Qəbələ”nin işi daha çətin olacaq. Çünki “Bazel” (İsveçrə) və AEK (Larnaka, Kipr) kimi komandalar da sələpənmişlərin sırasına düşüblər.

İyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

UEFA Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər:

“Düdelanj” (Lüksemburq)
“Riqa” (Latviya)
“Maribor” (Sloveniya)
“Şkendiya” (Şimali Makedoniya)
“Linfild” (Şimali İrlandiya)
“Vaduts” (Lixtenşteyn)
“Dunayska” (Slovakiya)
“Dandolk” (İrlandiya)
“Alaşkert” (Ermənistan)
“Sutyeska” (Monteneqro)
“Şkupi” (Şimali Makedoniya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Riqa” (Latviya)
“Tobol” (Qazaxıstan)
“B36 Torshavn” (Farer adaları)
“Ararat” (Ermənistan)
“Qzira Yunayted” (Malta)
“Levadiya” (Estoniya)
“Dinamo” (Minsk, Belarus)
“Konnas” (Uels)
“Milsami” (Moldova)
“HB Torshavn” (Farer adaları)
“Europa” (Cəbəllütariq)
“Domjale” (Sloveniya)
“Santa-Koloma” (Andorra)
“Proqres” (Lüksemburq)
“Dinamo” (Batumi, Gürcüstan)
“İnter Eskaldes” (Andorra)
“Kruzaders” (Şimali İrlandiya)

Səpələnməmişlər:

“Jilina” (Slovakiya)
“Torpedo” (Kutaisi, Gürcüstan)
“Vikinqur” (Reykyavik, İslandiya)
“Sent-Patriks” (İrlandiya)
“Vlazniya” (Albaniya)
“Vikinqur” (Farer adaları)
“Derri Siti” (İrlandiya)
“Makedoniya” (Şimali Makedoniya)
“Panevezis” (Litva)
“Honka” (Finlandiya)
“Jelezniçar” (Bosniya və Herseqovina)
“Baltsan” (Malta)
“Zimbru” (Moldova)
“Dukagini” (Kosovo)
“Haka” (Finlandiya)
“Dila” (Gürcüstan)
“Birkirkara” (Malta)
“Qlentoran” (Şimali İrlandiya)
“Heqelmann” (Litva)
“İsloç (Belarus)
“Akureyri” (İslandiya)
“Eqnatia” (Albaniya)
“Penibont” (Uels)
“Xaverforduest Kaunti” (Uels)
“Meqpays” (Cəbəllütariq)
"Arsenal Tivat" (Monteneqro)
“Virtus” (San-Marino)
“Kosmos” (San-Marino)

Qeyri-müəyyənlər:

“Payde” (Estoniya)
“Tirana” (Albaniya)

II təsnifat mərhələsi
Səpələnmişlər:

“Brügge” (Belçika)
“Bazel” (İsveçrə)
“Gent” (Belçika)
PAOK (Yunanıstan)
“Makkabi (Təl-Əviv, İsrail)
“Viktoriya” (Çexiya)
“Budo-Qlimt” (Norveç)
“Lex” (Polşa)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Yurqarden” (İsveç)
APOEL (Nikosiya, Kipr)
“Beşiktaş” (Türkiyə)
“Riyeka” (Xorvatiya)
“Gimaraeş” (Portuqaliya)
“Styaua” (Rumıniya)
“Legiya” (Polşa)
“Rusenborq” (Norveç)
“Spartak” (Trnava, Slovakiya)
AEK (Larnaka, Kipr)
“Omoniya” (Kipr)
“KuPS” (Finlandiya)
“Neftçi” (Azərbaycan)
“Osiyek” (Xorvatiya)
“Aris” (Saloniki, Yunanıstan)

Səpələnməmişlər:

“Voyvodina” (Serbiya)
“Lütsern” (İsveçrə)
“Bohemians” (Çexiya)
“Beytar” (İsrail)
“Hammarbü” (İsveç)
“Kalmar” (İsveç)
“Kauno” (Litva)
“Poqon” (Polşa)
“Zalaeqerseq” (Macarıstan)
“Keçkemet” (Macarıstan)
“Debretsen” (Macarıstan)
“Sepsi” (Rumıniya)
“Qəbələ” (Azərbaycan)
“Boraç” (Bosniya və Herseqovina)
“Sabah” (Azərbaycan)
“Ordabasi” (Qazaxıstan)
“Aktobe” (Qazaxıstan)
“Çelye” (Sloveniya)
“Auda” (Latviya)
“Differdanj” (Lüksemburq)
“Torpedo BelAZ” (Belarus)

Qeyri-müəyyən:

“Petrokub” (Moldova)

Qeyd: Fotolar PFL-in rəsmi saytına məxsusdur. 

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X