09:00 18.04.2024 1065

BOStan, yoxsa idman qurğusu?

AFFA-nın aprel ayının əvvəlində keçirilən hesabat-seçki konfransı rəhbər dəyişikliyi ilə yadda qaldı. Futbol təsərrüfatımızın ali qurumunda baş tutan səsvermə, seçkiöncəsi və sonrası açıqlamalar nəinki idman mətbuatının, hətta ictimai-siyasi medianın da gündəmini zəbt etdi. Təbii ki, bəzi məqamlar, rəqəmlər, xərclər illərdir gözlənilən dəyişikliyin fonunda kölgədə qaldı. İndi bir-bir bu rəqəmlərə (yüz minlərə) təkrar nəzər salsaq, “gözə batanlar”ı da var. Məsələn, AFFA-nın son hesabat dövründə Bakı Olimpiya Stadionuna (BOS) ayrılan məbləğ  392,800 AZN (üç yüz doxsan iki min səkkiz yüz) olub. İlk baxışdan bu yardım BOS üçün o qədər çox görünmür. Lakin unutmayaq ki, ölkəmizin ən böyük arenası kifayət qədər gəlir gətirən idman qurğusudur. 

Gəlir hardan gəlir?

1.    Azərbaycan Premyer Liqasında iştirak edən komandalar  - “Zirə”, “Kəpəz”, “Araz-Naxçıvan” daim, “Qəbələ”,  “Turan Tovuz”  isə Bakıda keçirdikləri oyunlardan öncə məhz bu stadionun xidmətlərindən yaralanır. Əldə etdiyimiz məlumata görə, bir məşqin qiyməti 500 manatdır. Təqribən komanda üçün 4 məşqi gündə bir dəfədən hesablasaq, bu, həftəyə 2000, aya isə cəm 8000 AZN edir. Bölgə təmsililçilərinin ikisinin birlikdə aylıq xərcini 2000 nəzərə alıb toplasaq, 10 000  (on min) manatlıq ödəmə alınır. On ayda isə bu rəqəm 100 000 (yüz min) edir.
2. “Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində 2 matçını - “Linkoln” (Cəbəllütariq) və "Rakuv"la (Polşa) görüşləri Bakı Olimpiya Stadionunda keçirib. Bir oyunun icarə haqqı deyilənlərə inansaq, 90 000 manat civarındadır. Minimumla hesablayıb 150 000 AZN-lə nöqtə qoymaq olar.
3. Arenanın ərazisindəki minifutbol meydançaları icarəyə verilib. İcarə haqqını təxmin etmək üçün günortadan sonra həmin ərazidən keçmək kifayət edir. Bu tip qurğular gün ərzində minimum 5 saat işləyir. Şənbə, bazar, bayram günləri isə daha çox... Aylıq icarəhaqqı azı 15 000 edirsə, BOS-un illik karının üstünə 180 000  manat gəlmək olar.
4. “CBC Sport” televiziyası arenanın ərazisində yerləşir və icarədardır. Telekanal tərəfindən  illik 150 000 – 200 000 manat civarında icarəhaqqı ödənildiyi deyilir.
5. Ötən il 1 konsert keçirilib. Bundan əlavə, mart ayında “Qarabağ” - “Qalatasaray” matçı olub. Qeyd edim ki, qardaş ölkədə zəlzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə təşkil olunan xeyriyyə oyunu üçün də icarə haqqı ödənildiyi faktdır. 
6. Futbol akademiyaları...
7. Hakimlər
8. Ərəb ölkələrindən təlim - məşq toplanışına gələn komandalar...
9. Şirkətlərin daxili tədbirləri...

Siyahını çox uzatmaq olar. Lakin 9 bənddə nəzəri və minumum hasablama ilə 1,5 milyonu keçmək olur. Əminəm ki, bu məbləğ daha çoxdur.

Təbii ki, xərclər də var: kommunal, ofisin saxlanılması, maaşlar, vergilər və ən əsası, hesabat verənlərin xoşladığı “digər xərclər”. Yuxarıda sadaladığım gəlirlərin həqiqiliyinə şübhəm yoxdur, amma qarşı tərəfin də təsdiq və ya təkzibinə yer ayırmağa çalışdım. 

Stadionun sözçüsü Fərid Əsədzadə isə sadaladığım bəndlərin kommersiya sirri olduğunu bildirdi: “Rəqəmləri sizə deyə bilmərəm. Kommersiya sirri olduğu üçün açıqlamağa ixtiyarım yoxdur. Təbii ki, keçirdiyimiz tədbirlər və onlardan gələn gəlirlər xərclərimizin bir hissəsini qarşılayır. Məsələn, ötən il “Qarabağ”ın 2 oyununu və bir konsert təşkil etmişdik. Bundan əlavə, mediada işıqlanmayan şirkətlərin daxili tədbirləri olur ki, onların gəliri hesabına xərclərimiz bağlanır. Deyə bilmərəm ki, yüz faiz bağlanır, bəli, maliyyə dəstəyi var. Dəstəyin nə qədər, gəlirin nə qədər olmasını təəssüf ki, açıqlaya bilmərəm”. 

Anlaşılmayan bir məsələ var. Həm də kommersiya fəaliyyəti ilə məşğul olan qurum, qurğu niyə dotasiya ilə işləsin? Əgər dotasiya ilə işləyirsənsə, deməli, hesabat verməlisən. Maliyyə ayıran qurum BOS-a ayırdığı məbləği açıq-aşkar deyirsə, siz nəyi gizlədirsiniz?  

Təbii ki, kommersiya sirrinin nə olduğunu bilirəm. Əgər Fərid bəy də daxil olmaqla oradakı əməkdaşların maaşını soruşsaydım, “Agrosport “ MMC-yə su kimi axan maliyyədən sual versəydim, nəinki kommersiya sirrini pozmaqda, hətta Paris sazişinə sətiraltı sataşmaqda da ittiham edə bilərdiniz.

Deyilənə görə, ali futbol qurumumuzda ciddi maliyyə yoxlaması gedir. Yəqin ki, SOCAR-ın balansında olan, AFFA-dan da illik 400 minə yaxın pul alan BOS-a da növbə çatacaq və sirr aşkar olacaq!

Əli Sahib
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

22 May 2024
01:55

Ranyeri karyerasını bitirdi

01:15

"Çelsi" Poçettino ilə vidalaşdı - RƏSMİ

21 May 2024
22:49

"Revanş hissi ilə alışıb-yanırdım" - Xasay Həsənli

21:06

"Mançester Yunayted"dəki dostlarım məni öldürər, amma..." - Devid Bekhem

20:51

AÇ-2024: İngiltərə millisinin 33 nəfərlik heyəti belədir

19:45

Premyer Liqanın ən sürətli qolu açıqlandı - VİDEO

19:01

Ziya qızıl medal qazandı

18:43

Rəşad bürünc medal aldı

18:23

Bakıda təşkil olunacaq dünya çempionatının təqdimat mərasimi keçirildi

18:11

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

17:56

Peşəkar Çövkən Liqasında I tur start götürdü

17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X