13:57 18.04.2024 448

Yeni pəncərə açılıb, yeni nəfəs hələ yoxdu

Aprelin əvvəlində Azərbaycan futbolunda köklü dəyişiklik baş verdi. 16 ildir futbol təsərrüfatımıza başçılıq edən Rövnəq Abdullayev erası başa çatdı, AFFA prezidenti postuna Rövşən Nəcəf gətirildi. Belə desək, yeni nəfəs üçün pəncərə açıldı. Necə ki, qışdan sonra yaz havasını acgözlüklə ciyərimizə çəkirik, ən populyar idman növündəki intibaha da elə tamarzıyıq...

"Qarabağ" xaric, futbolumuzdakı durğunluq, milli komandanın zəif, daim autsayder statusunda çıxış etməsi və dünya reytinqində "100-lüy"ə düşə bilməməsi, uşaq futbolunda inkişafın İ-sinin belə olmaması, hər il ayrılan milyonlarla büdcənin havaya sovrulması... - Abdullayevin gedişini çoxdan şərtləndirirdi. Təbii ki, təzyiqlərə dözməyən və budəfəki seçkidə namizədliyini irəli sürməyən SOCCAR-ın keçmiş şefi tək günahkar deyil. Əslində, o, AFFA-nın "pulayıran"ı idi, əsas işlərə Elxan Məmmədov cavabdeh idi. Hansı ki, "təhlükəni hiss edən siçanın gəminin göyərtəsindən qaçdığı kimi", o da seçkilərə qədər nəinki AFFA- nı, Azərbaycanı belə tərk edərək özünə FİFA-da iş tapdı...

Gözləmək olardı ki, Rövşən Nəcəfin gəlişi ilə yeni islahatlar dalğası başlayacaq, öz komandasını yaratmağa start verəcək AFFA-nın yeni rəhbəri bir-birinin ardınca təyinatlar reallaşdıracaq. Ancaq hələ də hər şey Abdullayevin qoyub getdiyi "sıfır" nöqtəsindədir. Nəinki AFFA-nın müvafiq postlarında dəyişiklik müşahidə edirik, milli komandalara belə baş məşqçi təyinatı reallaşmır. Xüsusilə də əsas yığma 6 aydır başsızdır. Ötən ilin noyabrında müqaviləsi başa çatdıqdan sonra göndərilən Canni De Byazinin boşaltdığı post vakantdır. Don geyindirmək olar ki, baş məşqçi təyinatını təzə rəhbərliyin həyata keçirməsi məntiqlidir. İşin məntiqsiz tərəfi odur ki, yeni çalışdırıcı tapmaq üçün AFFA İşçi Qrupu yaratmışdı, adamlar neçə vaxtdı axtarışda idi. Bu işi yeni rəhbərlik həll edəcəkdisə, həmin İşçi Qrup nəyə lazım idi? Hələ martda Bakıda təşkil olunan turniri, millinin Monqolustan və Bolqarıstanla görüşlərini demirik...

...Üç həftəyə yaxın vaxt keçib. Konkret, yeni rəhbərlik yarım aydır işə başlayıb və bu az müddət deyil. Bu zaman kəsiyi axtarışları yekunlaşdırmağa kifayət edir. Bəyəm milliyə iki ay sonra Almaniyada keçiriləcək AÇ-2024-ün iştirakçılarından hansınınsa baş məşqçisini gətirəcəklər ki, gözləyirlər? "Yol xəritəsi" belə bəlli deyil: əcnəbi mütəxəssis olacaq, yoxsa yerli? 

Rövşən Nəcəfdən gözləntilər böyükdür. Ən azından, hər kəs onun seçkidən dərhal sonra verdiyi vədlərin - azarkeşlərlə işbirliyi, uşaq futbolunda..... media ilə əlaqə və sairin icrasını gözləyir. Mümkündür ki, yeni rəhbərlik problemə qlobal yanaşacaq və bu üzdən təhlillər vaxt aparır. Amma bu, bir nəfərin verəcəyi qərarla həll olunmayacaq. AFFA indiki məqamda ictimaiyyətin futbol kəsimi ilə müzakirələrə dərhal başlamalı, təklifləri dinləməlidir.  

AFFA-da sonrakı işlər də bu sürətlə aparılacaqsa... Neqativdən çıxıb yenə mənfi düşüncələrə yuvarlanmaq istəməzdik. Yaxşı düşünək ki, yaxşı olsun. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2024
17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

09:22

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

09:00

Gürcüstan millisinin AÇ-yə vəsiqəyə görə alacağı mükafatın məbləği bilindi - Baş nazir açıqladı

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

18:44

Remsdeyl "Arsenal"ı tərk edəcək, İngiltərəni yox

18:02

AÇ-2024: 38 yaşlı Modriç milliyə çağırıldı

17:43

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

17:21

Almaniya Bundesliqasının ən yaxşı oyunçusu bilindi

17:03

Azərbaycan millisi Qazaxıstan, Türkiyə və Moldova ilə qarşılaşacaq

16:45

"Mənim hansısa problemim olubsa..." - Salah Kloppdan danışdı

16:27

"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq

Facebookdan bizi izləməyi unutmayın.
X