19:52 20.04.2024 352

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” - Kaxaber Tsxadadze

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Qarabağ” qarşı keçirdikləri səfər oyunu haqda danışıb.

Fanat.Az xəbər verir ki, o, 2:2 hesabı ilə matçı belə şərh edib:

“Pozitiv məqam odur ki, bu gün komandam yaxşı oyun nümayiş etdirdi. Nəzərə alaq ki, rəqibimiz "Qarabağ" idi. Hesabda geri düşsək də, bərabərlik qolunu vura bildik. Bu da pozitiv məqamdır. "Qarabağ"a qarşı oynamaq çətindir. Futbolçularımız bəzi səhvlər etdilər. Bu da bu günün neqativ tərəfidir. Sadə səhvlərdən top itirirdik. Qarşıda bizi "Kəpəz"lə ilin oyunu gözləyir. Bütün fikrimizi həmin matça yönəltməliyik".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X