İkinci Liqada 22-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün lider "Bakı Sportinq" 2-ci pillədə qərarlaşan "Cəbrayıl"ın qonağı olub və 1:0 hesablı qələbə qazanıb.
Bu qələbə sayəsində xal hesabını 52-yə çatdıran Bakı təmsilçisi çempionluq uğrunda inamlı addım atıb. Turnir cədvəlinin növbəti pillələrində hərəyə 46 xalla uyğun olaraq "Cəbrayıl" və "Füzuli" qərarlaşıblar.
"Cəbrayıl" - "Bakı Sportinq" - 0:1
Qol: Aqşin Paşayev, 41