13:07 25.04.2024 367

"Boykot qərarı “Neftçi”nin xeyirinə olmayacaq" - Braziliyalı müdafiəçi

“Qarabağ”a qarşı oynamaq həmişə çətin olur. Hamı bilir ki, çox keyfiyyətli komandadır. Oyunçuları keyfiyyətlidir, hər oyun bunu göstərirlər. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar bizdən hər oyun qələbə gözləyirlər, əsasən də derbi oyunlarında. Ancaq biz onları sevindirə bilmirik. Düşünürəm ki, biz oyunçular əlimizdən gələni etdik, amma qələbə qazanmağa bu kifayət etmədi”. 

Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Yuri Matias Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a 1:4 hesabı ilə (ilk matç 0:4) uduzaraq mübarizəni dayandırdıqları cavab görüşündən sonra jurnalistlərə açıqlamada deyib.

O, “Qarabağ”ın “Neftçi”yə qarşı əsas heyətlə çıxdığını qeyd edib: “Əlbəttə ki, bu onun göstəricisidir ki, onlar “Neftçi”yə hörmətlə yanaşırlar. “Neftçi” böyük klubdur, tarixi klubdur. Düşünürəm ki, bu amillərə görə “Neftçi”yə hörmətlə yanaşıb əsas heyətlə oynayırlar. Bu məni, sözün düzü, təəccübləndirmədi. Mən gözləyirdim ki, onlar bizə qarşı əsas "11-lik"lə oynayacaqlar. Derbi oyununda yenidən məğlub olmaq üzücüdür. Azarkeşlər də çox üzülürlər ki, onlar istəklərini yerinə yetirə bilmirik”. 

Braziliyalı oyunçu “Neftçi əvvəlki kimi uğurlu etmək üçün nə lazımdır” sualına belə cavab verib: “Əvvəllər çalışırdım ki, hər çempionatın öndə gedən komandalarını izləyim. Ona görə Azərbaycanda olmadığım dönəmdə belə, “Neftçi”ni hər zaman qazanan və uğurlu klub kimi görmüşəm. Artıq bir ilə yaxın burdayam. Nəyi dəyişmək lazımdır, nə çatışmır - bunu deyəcək adam mən deyiləm. Çünki bunu bilmək üçün daha uzun müddət lazımdır ki, vəziyyəti tam dərk edəsən”. 

O, oyunda aldığı zədəsi haqda da söz açıb: “Höccət mənim ayağımın üstünə çıxdı, ona görə ayağım burxuldu. Bundan sonra hiss elədim ki, ağrı var. Bazar günü də bizim vacib oyunumuz var. Düşündüm ki, əvəz olmağım daha uyğun olar”. 

Matias “Neftçi” və “Qarabağ” klublarının fərqindən danışıb: “Deyərdim ki, “Neftçi”də sabitlik çatışmır. Məncə, stabil olsaq nəticələrimiz, oyunumuz daha yaxşı olar. “Qarabağ”ın oyunu haqda danışsaq hamı razı olacaq ki, bu komanda illərin komandasıdır. O cür böyük rəqiblərə qarşı oynayırlar, təcrübə yığırlar. Düşünürəm ki, bizdə stabillik olsa, biz də o nəticəyə gəlib çıxa bilərik”. 

O, Rumıniya mətbuata verdiyi müsahibənin Azərbaycanda yayılmasından da danışıb: “Verdiyim müsahibəni kim Azərbaycanda veribsə, düşünürəm ki, düz tərcümə etməyib. Ümumiyyətlə, son bir aydır mənim adım  Rumıniya mətbuatında çox hallanır, “ÇFR Kluj”la və digər klublarla. Bu normaldır. Çünki mən o klubun uğurlu oyunçularından olmuşam. Orda məni yaxşı tanıyırlar, xatırlayırlar, çünki çempion olmuşam, yaxşı uğurlar qazanmışam. Ona görə onların məni xatırlamaları normaldır. Amma mənə sual verilmişdir ki, “ÇFR Kluj”a qayıradımmı. Əlbəttə ki, qayıdardım, çünki orda məni yaxşı qarşılayıblar, yaxşı günlər keçirmişəm. Ona görə də dedim ki, mən qapıımı həmişə açıq saxlayıram. Amma eyni şey “Neftçi”yə də aiddir. Haçan “Neftçi”dən çıxıb getsəm, mənə eyni sualı versələr, eyni cavabı verərəm ki, əlbəttə, imkanım olsa qayıdaram”. 

29 yaşlı müdafiəçi “Neftçi” azarkeşlərinin etdiyi boykot haqda da danışıb: “Sevindirici haldır ki, bura gəldiyim ilk günlərdən “Neftçi” azarkeşləri məni yaxşı qarşıladılar. Onların dəstəklərinə doğrudan da, ehtiyacımız var. Çünki onlar həmişə bizim 12-ci oyunçumuz olublar. Çalışmışam həmişə səmimi olum, bu suala da səmimi cavab verəcəm. Elədikləri boykot, düşünürəm ki, “Neftçi”nin xeyirinə olmayacaq. Azarkeş həmişə kluba kömək, dəstək olmalıdır. Klubun adı həmişə oyunçulardan üstündür. Ona görə onlar, düşünürəm ki, klubu dəstəkləməyə davam etməlidirlər. Əlbəttə ki, onlarsız oyunlarımız çətin gedir. Biz onlar üçün darıxmışıq. Düşünürəm ki, onlar da bizi stadionlarda dəstəkləmək üçün darıxıblar. Qarşıdaki oyunlarımız vacib oyunlardır. Ümid edirəm ki, onlar gəlib bizi dəstəkləyəcəklər”. 

Yuri Matias “Neftçi”nin Azərbaycan çempionatını turnir cədvəlində ikinci yerdə bitirməsini mümkün olduğunu qeyd edib: “Hazırdaki durumda birinci yer artıq bəllidir. Ona görə məqsədimiz yalnız ikinci yerdə bitirməkdir. Turniri ikinci yerdə bitirməyimiz bizim üçün uğur sayılar. ikinci yerdə bitirməyimiz mümkündür. Hər şey öz əlimizdədir. Oynayacağımız rəqiblər də bizimlə mübarizə aparırlar. Həmin oyunlarda qələbə qazansaq ikinci yerdə bitirmiş olarıq”.

Nahid Ustaclı

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

Facebookdan bizi izləməyi unutmayın.
X