18:01 09.04.2019 2023

"Futbol+"in yürüşünə sözardı - GÜNDƏM

Futbol başbilənləri indiki postunu tutmamış "Futbol+” var idi. İşlərinin öhdəsindən gəlməyənləri "qamçılaya-qamçılaya” özü də bura qədər gəlib... KİVDF-nin işini istədiyi istiqamətə yönəldə bilənlərlə mübarizə pərdə-pərdə davam edir... Öncə ölkə prezidentinə məktub, ardından mətbuat konfransı...


Bu gün "Futbol+” kollektivi aksiya keçirib. Çörək pulunu futboldan yazmaqla çıxaranlar əvvəlcə KİVDF-nin, sonra isə Prezident aparatının qarşısına yürüş ediblər. "Futbol+”çilər üzərinə "Bizi eşit, Prezident!”, "KİVDF ədalətsizliyə son qoy!”, "Haqqımızı istəyirik!” sözləri yazılan plakatlar qaldırıblar.


Futbolun "partiya qəzeti”nin – müstəqil Azərbaycan futbolunun kütləviləşməsi, inkişafı yolunda çox böyük işlər görmüş nəşrin bu duruma düşməsi çox utancvericidi. İnternet əsrinə sinə gərən, xərclərinin böyük hissəsini satışıyla qarşılayan "Futbol+”in ölüm-qalım savaşını müşahidə etmək böyük biganəliyin eybəcərliklərini tam çılpaqlığı ilə görmək anlamındadı.


Yox, səbəb xalqın qəzet almağa 50-60 qəpik tapmamasında, elektron idman KİV-lərinin informasiyaya ac ruhları doydurmasında deyil. Futbolun qibləgahı saydığımız Avropa ölkələrinin demək olar ki, hamısında idman saytları sayca yerli qəzetlərdən çoxdu. Fəqət Azərbaycan adlı məmləkətdə nəşrin yayımına süni əngəllər yaradıldığı, hər nömrəsini "gözünə təpməyə” hazır oxucuların çoxunun məhz bu "badalaqlar” üzündən vaxtında qəzet ala bilmədiyi faktdı. Rayonlara yarıdar şəkildə göndərilmir, qəsəbələrdəki köşklərə 2-3 "Futbol+” verilir, bəzi "nöqtələr”də isə izi-tozu belə yoxdu...


İdman mətbuatının simgəsi adını haqq edən qəzetin ayaqda qalması üçün astronomik məbləğlərin tələb olunmadığı bəlli həqiqətdi. KİVDF-nin vermədiyi maliyyənin tapılmasına futbol ictimaiyyəti hamılıqla çalışmalıdı. Şübhəsiz, bir qəzetin "yaşaması”nın məsuliyyəti birbaşa AFFA-nın, milli futbolçuların, klubların, media mənsublarının üzərinə düşən məsuliyyət olmasa da, ortada mənəvi məsələlər, futbol mətbuatının tarixinə sayğı adlı anlayış var.

Bu boyda futbol ictimaiyyəti 20-30 min manatlıq problemi yoluna qoya bilmirsə, "Futbol+”çilərin aylardı ucaltdığı haqq səsinə hay verən tapılmırsa, hamı bir birindən utanmalıdı.

 

Fanat.Az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

Facebookdan bizi izləməyi unutmayın.
X