16:11 30.03.2020 2294

"Karateçi qız obrazını ustalıqla canlandıraram" - MÜSAHİBƏ+FOTOLAR

"Viktoriya" tamaşasındakı Viktoriya roluna görə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin aktrisası” nominasiyasında mükafata layiq görülən, 2 il öncə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilən, 18-dən çox film və seriallara çəkilmiş gözəl aktrisa Günel Məmmədova Fanat.Az-ın suallarını cavablandırıb. 

- Hansı idman növünə marağın var?
- Ümumiyyətlə, uşaqlıqdan sevdiyim idman növləri karate, fiqurlu konkisürmə olub. Hazırda isə bodibildinqə marağım artıb.

- Futbol matçlarını izləyirsən?
- Futboldan uzağam, amma buna baxmayaraq futbolçuları tanıyıram. Evimizdə bacım oğlunun futbola böyük həvəsi olduğu üçün hərdən məcburiyyətdən ona qoşulub mən də futbola baxıram. 

- İdmançı olmaq istəsəydin, hansı idman növünü seçərdin?
- Məncə, fiqurlu konkisürməni seçərdim. Rəqsi çox sevirəm. Bu idman növü isə rəqslə idmanı birləşdirir.

- Kumirin olan idmançı var?
- Xeyr, yoxdu. Ümumiyyətlə, kumir sözü məndən uzaqdı. Amma bir çox idmançılarımız var ki, onlarla fəxr edirəm. Çünki, yarışlarda bayrağımızı qaldırırlar.

- Filmlərdə bir çox əlbəyaxa döyüş növlərindən istifadə olunur. Sən bir aktirisa kimi belə filmə çəkilsən, hansı döyüş növünü seçərsən?
- Əlbəttə ki, karate. Çox marağım var bu idman növünə. Həmişə arzulamışam ki, valideyinlərim məni bu idman növü ilə məşğul olmağa sövq etsinlər. Təəssüf ki, belə bir şey heç vaxt olmadı. İstərdim ki, məni döyüş səhnələri çox olan filmlərə çəksinlər. Karateçi qız obrazını ustalıqla canlandıraram.

- Səncə, futbol üzrə Azərbaycanın  yığması niyə həmişə uğursuzluğa düçar olur?
- Çətin sualdı əslində. Amma statistika və tarix göstərir ki,  biz fərdi idman növlərində həmişə uğur qazanırıq. Ancaq kollektiv idman növlərində çox təəssüf ki, uğurlarımız elə də çox deyil.

- "Qarabağ” oyunlarını stadiondan izləmək istəyərsənmi?
- Yalan deməyi sevmirəm, vaxtım olmur. Dediyim kimi, evimizdə balaca futbol həvəskarı var. O dəfələrlə stadiona gedib, milli yığmamıza dəstək olub. Futbola marağım olmasa da, bir azərbyacanlı kimi həmişə dəstək olmağa varam!

- Deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Son günlər dünyada tüğyan edən karonavirus fəlakətini nəzərə alsaq, səncə dünyanı gözəllik xilas edəcək yoxsa, idman etməklə sağlam bədənə sahib olmaq? Gözəl və çox istedadlı aktirisa Günel bu barədə nə deyə bilər?
- Dünyanı insanlıq xilas edəcək. Əslində bu da təbiətin bir üsyanıdı. Təbiət də bezib qeyri təbiilikdən, sünilikdən, müdaxilə edilməkdən. Virus oldu, olmadı insan hər zaman öz sağlamlığına fikir verməlidi. Sağlamlıq ilk növbədə sağlam qidalanmaqdan, idmandan başlayır. Başa düşüləndi ki, bəzən həyat qayğıları bir sıra insanlara imkan vermir. Hər-hansı idman zallarına getmək,  ya da ki, evdə müəyyən vaxt ayırıb məşqlər etmək bəzən çətinlik yaradır, buna vaxt tapmaq olmur. Adi bir qaçış belə insana az fayda vermir . Oturaq həyata o qədər öyrəşmişik ki, bəzən 20 metr yolu yeriməyə çətinlik çəkirik. 

- Ən sevdiyin obraz hansıdı?
- Öz oynadığım obrazları nəzərdə tutursansa, onları heç vaxt bir-birindən ayırmıram. Oynadığım  hər bir obrazı sevirəm. Canlandırdığım rolların hər birinə öz ürəyimi qoymuşam və hər birində Günel var.

Elçin Aslangil
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X