Avrokuboklarda 2020-21 mövsümü üzrə püşkatma mərasimlərinin nə zaman keçiriləcəyi məlum olub.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasında və Avropa Liqasında cütlər aşağıdakı tarixlərdə müəyyənləşəcək:
Çempionlar Liqası
I seçmə mərhələ - 9 avqust
II seçmə mərhələ - 10 avqust
III seçmə mərhələ - 31 avqust
Pley-off - 1 sentyabr
Qrup mərhələsi - 1 oktyabr
Avropa Liqası
I seçmə mərhələ - 10 avqust
II seçmə mərhələ - 31 avqust
III seçmə mərhələ - 1 sentyabr
Pley-off - 18 sentyabr
Qrup mərhələsi - 2 oktyabr
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında isə "Neftçi", "Keşlə" və "Sumqayıt" təmsil edəcək.
Fanat.Az