12:00 08.07.2021 1486

Peşəkar idmançı olmaq üçün uşaqlar necə yetişdirilməlidir? - Əməkdar məşqçi şərh edir

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)
 
Fanat.Az saytı uşaq və gənclərin inkişafı ilə bağlı silsilə yazılar təqdim edəcək. 
 
Hər həftə ölkə idmanının tanınmış mütəxəssisləri ilə yeniyetmələrin peşəkar idmançı kimi yetişdirilməsində mühüm olan məqamları müzakirə edəcəyik. 
 
Bugünkü qonağımız Naxçıvan MR Daxili İşlər Nazirliyinin İdman cəmiyyətinin sabiq əməkdaşı, Naxçıvan MR Boks Federasiyasının müəllimi, Azərbaycanın əməkdar məşqçisi İsa Xəlilovdur. 
 
- Gələcəkdə peşəkar idmançı olmaq üçün uşaqlar necə yetişdirilməlidir? 
- Uşaqların idmana həvəsləndirilməsində ən mühüm və diqqət edilməsi lazım olan məsələ yaş faktorudur. Gələcəyin peşəkar idmançıları olmaq istəyən uşaqlar valideynləri tərəfindən 6-12 yaş aralığında idman təlim-məşq prosesinə cəlb edilməsində fayda vardır. Uşaqların hansı idman növü üzrə ixtisaslaşması hər şeydən öncə onun şəxsi istəyi ilə əlaqədardı. Belə ki, istənilən idman növündə uşağın mənəvi psixaloji vəziyyəti, təlim məşq toplantıları və gündəlik məşğələlərə olan istəyi onun peşəkar idmançı olmaq yolunda əmin addımlarla irəliləməsinə ciddi təsir göstərir. Daha sonrakı faktor isə mütəxəssislər tərəfindən müəyyən edilməlidir. Mən beynəlxalq təcrübədən misal gətirmək istəyirəm. Məsələn, Almaniyada perspektivli və istedadlı uşaqların hansı idman növünə yönəldilməsi məsələsinin həll edilməsi üçün onlara ümumi fiziki hazırlıq adlanan xüsusi sınaq-məşq prossesindən keçirilir.
 
 
- İsa müəllim, ümumi fiziki hazırlıq məşqi dedikdə nəyi nəzərdə tutursunuz? 
Ümumi fiziki hazırlıq məşqi dedikdə, idmanın hansısa bir növünü özündə əks etdirməyən, mərhələli şəkildə özündə qaçış, tullanma və yüngül atletikanın hərəkətlərindən ibarət olan xüsusi təlim məşqidir. Bu məşq prosesinin xüsusiliyi ondadır ki, məhz bu zaman müəllim heyəti uşaqların hansı idman növünə daha uyğun olmasını, təlim iştirakçılarının cəldliyini, qol və ayaq güclərinin hazırki vəziyyətini və ümumi bədən kondisyonunun nə dərəcədə inkişaf etdiyini rahat və dəqiqliklə müəyyən edə bilirlər. Bununla da, müəllim heyəti hansı uşağın güləşə, hansının boksa, hansının isə başqa bir idman növünə uyğun olmasına qərar verirlər. Bu qaydalara adekvat olaraq da, bu proses bizim müəllim və mütəxəssis heyəti tərəfindən icra oluna bilər.
 
- İdmanla məşğul olan uşaqların qidalanması, yuxu rejimi məsələləri necə tənzimlənməlidir?
- Aydındır ki, hər bir şəxs, xüsusən də uşaqlar hansısa idman növü üzrə uzunmüddətli təlim-məşq prosesinə başlamaq istəyirsə, ilk öncə ciddi şəkildə həkim muayinəsindən keçməli və ümumi sağlamlıq haqqında arayış təqdim etməlidir. Bundan sonra, müəllim heyətinin üzərinə düşən vəzifə uşaqların qidalanmasına və yuxu rejiminə ayrı-ayrılıqda nəzarəti həyata keçirməkdir. Bu zaman hər bir uşaq gecə müddətində ən azı 6, ən çoxu 8 saat yuxu rejiminə əməl etməlidir. Bununla yanaşı, günlük təlim-məşq prosesindən sonra 1 saatlıq yatmamaq şərtilə istirahət etməlidir. Belə ki, bu, məşq zamanı yorulmuş və enerji itirmiş əzələlərin yenidən bərpasına xidmət edəcəkdir.  
 
Qidalanma məsələsinə gəldikdə isə, ilk öncə yağlı, şəkərli yeməklər və istənilən un məmulatı qida rasyonundan çıxarılmalıdır. Çünki bu növ qidalar artıq piylənməyə, qan təzyiqinin stabillyinin dəyişməsinə və orqanizmdəki maddələr mübadiləsinin pozulmasına səbəb olur. Xüsusən də, uşaqlarda məşqdən 1 saat öncə, proteinlə zəngin meyvələrə üstünlük verilməli və günlük məşq zamanı istisna olmaqla ən azı 2 litr su içilməlidir. 
 
 
- Təlim-məşq prosesləri necə həyata keçirilməlidir?
- Ümumiyyətlə, təlim-məşq prosesləri aparılan bədən tərbiyəsi və idman zallarında tədris olunan idman növündən asılı olaraq ilk öncə lazımi alət və avadanlıqların olmasına diqqət yetirilməldir. Daha sonra, iştirakçıların yaş, cins və fiziki hazırlıq kriteryaları üzrə qruplara bölünməsi həyata keçirilməlidir. Məsələn, fiziki hazırlığı daha zəif olan uşaqlar daha yüngül məşqlərə cəlb edilməli və onların təlim-məşqi daha qısa müddətdə başa çatdırılmalıdır. 
 
Təlim-məşq prosesləri həftədə 3 dəfə və yaş qruplarından asılı olaraq 1 saatla – 3 saat aralığında həyata keçirilməlidir. Təlim-məşq prosesində uşaqların həddindən artıq fiziki yüklənməsinə yol verilməməlidir. 
 
- Təlim-məşq proseslərində zədələnmələrdən qorunmaq üçün nələrə diqqət edilməlidir?
- İlk öncə, idman zallarında alət və vasitələrin sazlığı yoxlanılmalı və idmançıların idman alətlərindən düzgün istifadə qaydaları öyrədilməlidir. Həmçinin, boks, güləş kimi zədələnmələrə daha yatqın idman növlərində idmançıların uyğunluq faktoru nəzərə alınmalıdır. Məsələn, fiziki hazırlığı daha güclü olan idmançı ilə daha zəif olan idmançının qarşılaşdırılması hər hansı zədələnməyə yol aça bilər. Ümumilikdə, zədələnmələrlə bağlı məsuliyyət müəllimin öz üzərinə düşdüyündən təlim zamanı buna birbaşa nəzarət edilməlidir. Düşünürəm ki, peşəkar müəllim və mütəxəssislər belə hallarla çox nadir hallarda rastlaşır. 
 
 
- Siz 35 ildən çox müddətdə Boks idman növü üzrə ixtisaslaşmış təcrübəyə sahibsiniz. Bu mənada peşəkar bokçular necə yetişdirilməlidir və təlimlər necə aparılır?
- Boks çətin adaptasiya olunan və daha çətin uğur qazanılan idman sahəsidir. Boks diman növü üzrə təlim-məşq qaydaları digər idman növlərində olduğu kimi ümumi olaraq tətbiq olunur. Bundan əlavə sırf bu idman növünə aid qaydalar və bu idman növünün xüsusi texnikası mövcuddur. Hər şeydən öncə, Boks üzrə təlim-məşq prosesləri yaş qruplarından asılı olaraq, həftədə 3 və ya 4, maksimum 2 saat olmaqla keçirilir. 
 
Bununla yanaşı, beynəlxalq və yerli yarış və turnirlər öncəsi ümumi təlim-məşq toplantıları yəni, ruslar demiş, "zbor” məşqləri gündə 3 dəfə aparılır. Bu təlimlər səhərlər, asta qaçış və isinmə hərəkətləri ilə başlayır. 1 saat bu formada davam edir. Daha sonra saat 12 də fiziki cəhətdən daha sürətli və ağır məşq prosesi başlayır. Bu isə 3 saata qədər davam edir. Axşam saat 7-dən sonra isə yeriş və nəfəs açma hərəkətlərindən ibarət olan məşqlər həyata icra olunur.
 
Röya Kərimli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X