15:16 24.08.2021 1954

"İdmançımızın Tokio 2020-dən kənarlaşdırılması təxribatdı" - Açıqlama

"Hamı kimi Ramildən də Tokioya yola düşməzdən öncə test götürülüb, cavabı da təbii ki, neqativ çıxıb. Nə oldu, komanda yoldaşlarından başqa heç kimlə yaxın təmasda olmayan adam iki günün içində virusa yoluxdu?".

Bunu Fanat.Az-a paracüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi İbrahim İbrahimov deyib. Rio 2016 Paralimpiadasının qalibi Ramil Qasımovdan götürülən koronavirus testinin pozitiv çıxmasını, bu səbəbdən Tokio 2020-dən uzaqlaşdırılmasını yığmamıza qarşı təxribat adlandıran çalışdırıcı geridə qalan müddətdə idmançımızda hansısa narahatlıq müşahidə edilmədiyini bildirib: "Ramillə görüşmək imkanımız olmasa da, tez-tez zəngləşirik. Halında heç bir dəyişiklik yoxdur. Nə temperaturu, nə nəfəsalmasında çətinlik var. Heç nədən beş il ərzində çəkdiyi əziyyət puç oldu. Konkret ad çəkə bilməyəcəyəm, sadəcə, belə başa düşürük ki, bu, komandamızın potensialından narahat olan bəzi qüvvələrin bizə qarşı təxribatıdır. Əbəs yerə son Paralimpiya çempionumuz hədəf seçilməyib".

İbrahimov karantinə alınan komandanın digər üzvlərinin əhval-ruhiyyəsindən də danışıb. Baş məşqçi yaranan çətinliklərə baxmayaraq, millimizin yarışı uğurla başa vuracağına inanır: "Karantin hamının əhvalına pis təsir edib. İlk günlər daha çətin oldu, indi şərtləri bir az yumşaldıblar. Komandamızın qalan beş üzvünün hər biri vətənə medal gətirmək gücündədir. Yarışa üç gün qalıb. Hamı komandamızın nəyə qadir olduğunu görəcək".

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunlarının cüdo yarışları 27-29 avqust aralığında "Nippon Budokan" arenasında baş tutacaq. Azərbaycan yarışda 5 kişi, 5 qadın cüdoçu ilə təmsil olunacaq. Kişilərdən Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq), İlham Zəkiyev (+100 kq), qadınlardan Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) tatami üzərinə çıxacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

Facebookdan bizi izləməyi unutmayın.
X