16:32 06.01.2022 816

Kifayət Qasımova təyinatından danışdı: "Mənim yığmada olmağım..."

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Bu gün Azərbaycanın cüdo üzrə qadınlardan ibarət yığma komandasına köməkçi-məşqçi təyin olunduğu açıqlanan Kifayət Qasımovanın Fanat.Az-a müsahibəsi

- Kifayət xanım, təyinatınızla bağlı təəssüratlarınızı öyrənək.
- Əslində, mənə əvvəlki federasiya rəhbərliyi tərəfindən də yığmada çalışmağımla bağlı təklif olunmuşdu. Sadəcə, o vaxt müəyyən səbəblərdən alınmadı. İndiki rəhbərlik, konkret desək, federasiya prezidenti Rəşad Nəbiyev qadınlar yığmasında xanımların çalışmağında maraqlıdır. Mən də tam razıyam ki, qadın millisində xanımların işləməsi daha effektiv nəticələrə gətirib çıxarır.

- Bu, məşqçi kimi ilk təyinatınızdır. Hər halda, üzərinizdəki məsuliyyət və həyəcan da çox olmalıdır.
- Həyəcan olduğunu deməzdim, amma, əlbəttə, məsuliyyət çoxdur.

- İşinizə nə vaxt başlayacaqsınız?
- Yığma ayın 8-də Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq. Yeni təyin olunduğum üçün ora gedə bilməyəcəyəm. Komanda qayıtdıqdan sonra fəaliyyətə başlayacağıq, inşallah.

- Azərbaycan qadın cüdosu tarixinin ən uğurlu simasısınız. Məşqçi kimi ölkə cüdosuna nə verə biləcəyinizi düşünürsünüz?
- Öncə onu deyim ki, məşqçilik işində təcrübəsiz deyiləm. Güləşmədiyim dövrdə cüdodan tam uzaq qalmamışam. Qardaşımın hazırlaşdırdığı uşaqlara bir müddət mən təlim keçmişəm. Sualınıza gəldikdə, yığmadakı qızların əksəriyyəti çoxdandır məni komandada görmək istəyirdi. Deyirdilər, kaş "Kifa" bizim məşqçimiz olaydı. Əvvəlcədən konkret danışmaq düz olmazdı, amma hər halda mənim yığmada olmağım qızlara ancaq fayda verə bilər. 

- Özünüz də qeyd etdiniz ki, cüdodan tam uzaq qalmamısınız. Yəqin ki, millinin son illərdəki çıxışlarından, ümumi durumundan da müəyyən dərəcədə xəbərdarsınız. Sizcə, yığmada həll olunmalı əsas problem nədir?
- Sözün açığı, indi dəqiq fikir bildirə bilməyəcəyəm. Komandanın içində olmadan nəsə söyləmək istəmirəm. Amma onu deyim ki, cüdoyla məşğul olan qızların sayında artım var. Kütləvilik varsa, rəqabət, inkişaf da olar. Xüsusilə yeniyetmə və gənc qızlarımız son vaxtlar yaxşı təsir bağışlayırlar. Komandamızın baş məşqçisi Rəşad Məmmədov da təcrübəli mütəxəssisdir. Birlikdə Paris Olimpiadasına doğru uğurlu iş ortaya qoya biləcəyimizi düşünürəm. Əsas odur ki, yığmada sabitlik olsun. Əvvəllər tez-tez məşqçi dəyişirdi, bu da komandaya ancaq zərər gətirirdi.

- Əvvəlki müsahibəmizdə həm də idmançı kimi qayıdacağınızı bildirmişdiniz. Karyeranızı bərpa etməklə bağlı fikrinizi dəyişməmisiniz? 
- Yəqin ki, ancaq məşqçiliklə məşğul olacağam.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X