13:02 24.12.2021 763

2022-də gözlədiyimiz böyük idman hadisələri

Hər il olduğu kimi 2022-ci il də fərqli mötəbər idman yarışları ilə bol olacaq. 

Fanat.Az üzümüzə gələn 2022-ci ildə keçiriləcək idman yarışlarını təqdim edir:

Gənclər arasında Xokkey üzrə Dünya Çempionatı

2022 IIHF Gənclər arasında xokkey üzrə Dünya Çempionatı 26 dekabr 2021-ci il - 5 yanvar 2022-ci il tarixləri arasında keçiriləcək. Kanadanın Edmonton və Red Dir şəhərlərində keçiriləcək turnir 46-cı IIHF Dünya Çempionatıdır. Bu turnir Edmonton şəhərinin tarixində dördüncü, Red Dir tarixində isə ikinci olacaq. Əvvəlcə çempionatın İsveçin Göteborq şəhərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən 2024-cü ilə təxirə salınıb.

Sürətli konkisürmə üzrə 116-cı Avropa çempionatı

Sürətli konkisürmə üzrə 116-cı Avropa çempionatı 7-9 yanvar 2022-ci il tarixlərində Herenvendəki (Niderland) "Thialf" konkisürmə meydançasında keçiriləcək. 

Fiqurlu konkisürmə üzrə Avropa çempionatı

2022-ci il fiqurlu konkisürmə üzrə Avropa çempionatı yanvarın 10-dan 16-dək Estoniyanın paytaxtı Tallinndə, "Tondiraba" idman kompleksində keçiriləcək. İdmançılar kişilər və qadınlar arasında tək konkisürmə, cütlük fiqurlu konkisürmə və buz rəqsi kateqoriyalarında yarışacaqlar.

24-cü Qış Olimpiya Oyunları

2022-ci il Qış Olimpiya Oyunları sayca 24-cüdür. 31 iyul 2015-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Kuala-Lumpurda keçirilən sessiyasında Pekin həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək ilk şəhər olaraq seçilib. 

Qış Olimpiya Oyunlarının açılış mərasimi 4 fevral 2022-ci il bağlanış mərasimi isə 20 fevral 2022-ci ilə təsadüf edəcək.

Qış Paralimpiya Oyunları

2022-ci il Qış Paralimpiya Oyunları (rəsmi olaraq XIII Qış Paralimpiya Oyunları) 4-13 mart 2022-ci il tarixlərində Çinin Pekin şəhərində keçiriləcək.

Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatı

2022-ci il Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatı martın 21-dən 27-dək Fransanın Montpellier kurort şəhərində, "Zyüd de Frans" arenasında keçiriləcək. Yarış kişilər və qadınlar arasında tək konkisürmə, cütlük fiqurlu konkisürmə və buz rəqsi kateqoriyalarında keçiriləcək.

Bandi üzrə Dünya Çempionatı

Bandi (Buz üzərində topla xokkey) üzrə 2022-ci il Dünya Çempionatı sayca 41-cidir. A və B turnirləri 2021-ci ildə Rusiyanın Sıktıvkar şəhərindəki Respublika stadionunda keçirilməli idi, lakin 27 mart - 3 aprel 2022-ci il tarixinə təxirə salındı.

Buzda Xokkey üzrə Dünya Çempionatı

Buzda Xokkey üzrə Dünya Çempionatı 2022-ci ilin yazında Finlandiyanın Helsinki və Tampere şəhərlərində keçiriləcək. Bu, sayca 85-ci Xokkey üzrə Dünya çempionatıdır. 

2022-ci il Asiya Oyunları 2022-ci ildə Çinin Hançjou şəhərində keçiriləcək idman yarışıdır.

Yay Asiya Oyunları

16 sentyabr 2015-ci ildə Asiya Olimpiya Şurası 2022-ci ildə Xançjouda Yay Asiya Oyunlarının  keçiriləcəyini elan etib.

Yeniyetmələrin Yay Olimpiya Oyunları

2022-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunları 22-29 oktyabr tarixlərində keçiriləcək. Ev sahibi Seneqalın paytaxtı Dakar seçilib. Bu, Afrikada keçirilən (gənclər arasında da olsa) ilk Olimpiya Oyunları olacaq.

Futbol üzrə dünya çempionatını

Futbol üzrə dünya çempionatının qrup mərhələsi 21 noyabr - 18 dekabr 2022-ci il tarixlərində Qətərdə keçiriləcək. Bu, sayca 22-ci dünya çempionatıdır. Qətər tarixində ilk dəfə futbol üzrə dünya kubokuna ev sahibliyi edəcək. Bundan əlavə, dünya çempionatı ilk dəfə Yaxın Şərqdə, Şimal yarımkürəsində isə ilk dəfə olaraq payız-qış aylarında keçiriləcək. 2022-ci il dünya çempionatının təşkilatçısı 2010-cu il dekabrın 2-də Sürixdə (İsveçrə) müəyyən edilib. Final oyunu 2022-ci il dekabrın 18-də 80 min tamaşaçı tutumuna malik Lusail şəhərindəki Milli Stadionda keçiriləcək. Qətərdə yay fəslinin çox isti olması səbəbindən Dünya Kuboku noyabrın sonu-dekabrın ortalarına qədər davam edəcək. Bu, may, iyun və ya iyul aylarında baş tutmayan ilk turnirdir. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X